“Əlabbas Müznib. Türkcə qəzəllər” antologiyası nəşr edilib
08.10.13
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Samirə Gəncəlinin tərtib etdiyi “Əlabbas Müznib. Türkcə qəzəllər” antologiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır.
İnstitutdan bildirmişlər ki, ilk dəfə 1917-ci ildə “Orucov qardaşları” mətbəəsində çapdan çıxmış bu əsərdə Azərbaycan, Türkiyə, Orta Asiya klassiklərinin şeirləri toplanmışdır.
Nəşrin redaktoru Arif Ramazanov, “Ön söz” ün müəllifi isə filologiya elmləri doktoru Paşa Kərimovdur. /AzərTAc/
|