XVII əsr Azərbaycan şairi Mirzə Saleh Təbrizinin divanının surəti əldə edilib
08.10.13
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu XVII əsr Azərbaycan şairi, Təbriz şəhərinin şeyxülislamı olmuş Mirzə Saleh Təbrizinin divanının surətini əldə etmişdir.
İnstitutdan bildirmişlər ki, Tehranın Məclis Kitabxanasında saxlanan, 102 səhifədən ibarət bu farsca divanın 65-79-cu səhifələrində şairin Azərbaycan türkcəsində 36 şeiri – qəzəl, qitə, nəzm və təkbeytlər cəmi 149 beyt həcmində toplanmışdır.
Mirzə Salehin yeni aşkarlanmış bu divanı onun XVII əsr ədəbiyyat tariximizdəki mövqeyini müəyyənləşdirməyə yardım edəcəkdir. /AzərTAc/
|