Tofiq Abdin: “Azərbaycanda ilk dəfə qonorarsız yazı yazmaq ideyasını mən vermişəm” - MÜSAHİBƏ
07.10.13

- Bir az özünüzdən danışaq. Ən son yazdıqlarınız nə olub, hansı kitablarınız işıq üzü görüb?

- Son  illərdə çıxan əsərlərim “Dövlət çevrilişi“ və Azərbaycanın sənət adamlarına, onların dünəninə həsr olunmuş publisistika kitabıdır. Hələ Türkiyəyə getməmişdən qabaq o kitabı əlyazma şəklində hazırlamışdım.

-  İndi nə yazırsız?

- Şeir çox az yazıram. Kim necə qəbul edir, bu məni maraqlandırmır. Öz içimin səsi ilə yazan adamam. Durum deyim ki, kimsə bir cür, digəri başqa cür qarşılayır, bu məni maraqlandırmır.  İki qəzetlə əməkdaşlıq edirəm. “Ədalət” qəzetində “Dan üzü yazıları”, “525-ci qəzet”də isə “Oralarda kimlər var” adlı səhifəm var. “525-ci qəzet”də Türkiyə,  Rusiya və başqa ölkələrin yazıçıları, yaxud orada yaşayan Azərbaycan yazarları  haqqında yazıram. Əsas məqsədim Azərbaycan və dünya ədəbiyyatında az tanınan adamları təbliğ etməkdir. “Ədalət” qəzetindəki səhifəm isə sərbəst səhifədir.

- Həm də “Xəzər” jurnalında baş redaktor müavinisiz. Jurnalın bugünkü acınacaqlı durumu barədə nə deyə bilərsiniz?

- 2012-ci ildə cəmi bir nömrəsi çıxdı. Son illər cəmi bir, ya da iki nömrəsi çıxır. Afaq Məsud yazıq, min yerə müraciət edib. Amma hələ ki bir xəbər yoxdu. Maddi problemlərə görə bu cür çıxır.

- Yəqin ki, jurnalın orqanı olduğu Tərcümə Mərkəzinin statusu dəyişməlidi. Jurnalı xilas etmək üçün başqa çıxış yolu varmı ?    

- Elə bir söhbət gedir. Amma hələ ki, qalıb. Tərcümə Mərkəzinə insitut statusu da vermək istəyirlər. Hələ ki ortada heç nə yoxdu. İndi görək də... 

- Bu cür olsa yəqin ki, “Xəzər” jurnalı da bir ağ gün görər...

- Əlbəttə. Bu jurnalın çox gözəl keçmişi olub. İndi maddi imkan yoxdu da. Bir jurnalda iki –üç əməkdaş bütün yazıları yaza bilməz. Birincisi, buna fiziki güc çatmaz. İkincisi, lap çatsa da belə,  iki-üç nəfərin hesabına hazırlanan jurnal çox yeknəsək olacaq. Biz dörd nəfərə - Afaq Məsud, Zakir Fəxri, mən, bir də Saday Budaqlı üçün çox çətindi. Kənar müəllifləri də qonorar olmadan işə cəlb etmək olmur. Onları da qınamalı deyil. Onlar da vaxt itirir, elektrik sərf edib kompüterdə yazırlar. Müəllif də deyir ki, mən də nə iləsə dolanmalıyam. Maşallah, indi Azərbaycan mühitində sizin kimi cavanlar üçün min istiqamət var. Biri sayta yazır, biri qəzetə yazır. Ədəbiyyat üçün özünü fəda edən insan hanı? “Ədalət”lə, “525”ə yazıram. Hörmət edib beş-on manat qonorar yazırlar. Azərbaycanda ilk dəfə qonorarsız yazı yazmaq ideyasını mən vermişəm. Bunu o zaman deyirdim ki, həmin vaxt mənim normal maaşım var idi. Deyirdim ki, maaşımız bizi qane edirsə, qəzetin vəziyyətini nəzərə alıb qonorar istəməyək. Qazanc yerlərimiz kəsildi. Radioda çıxış edirsən pul vermirlər,  televiziyada pul vermirlər, qəzetdə də yazırsan pul vermirlər.

- Əksinə, elələri var ki, çıxışçıdan pul istəyir....

- Ay sağ ol.

- Cəmiyyətdəki mənəvi ab-hava, etik-əxlaq kodeksləri sizi qane edirmi ? 

- Bu mövzu o qədər müzakirə olunub ki... Mənəviyyat elə bir şeydi ki, onu qanuniləşdirmək mümkün deyil. Məsələn, Elmin sən mənim yanımda siqaret çəkmə, başqa yerdə çək, bu kimi şeyləri qanuniləşdirmək olmaz. Mənəviyyat məsələlərində bir az insaf və vicdan lazımdı. Məsələn, mən müxtəlif saytlara baxıram, müxtəlif yazılar oxuyuram. Müəlliflərin çoxunun imzalarını tanıyıram. Bəzən dözmürəm, götürüb zəng edirəm. Deyirəm ki, ay qardaş bu belə deyil axı, onu yazmısan. Bizə “Qobustan”da son dərəcə azadlıq verilmişdi. Buna baxmayaraq biz heç vaxt olmayan şeyləri yazmazdıq. İndi gənclərin əlinin altında sayt var. İstədiklərini yazırlar. Sonra da məsuliyyəti başqasının boynuna atırlar. Halbuki, o məsuliyyəti özləri daşımalıdırlar.  Gənclər yazdıqları sözə tarix kimi baxmırlar. Elə bil ki, çayxanada oturub nə haqqındasa danışırlar. Daha demirlər ki, yazdıqları tarixdir.

- Deməli hərc-mərclik var?

-  Bəli, hərc-mərclik var. Bu, təkcə Azərbaycanda deyil. 8 il yaşadığım Türkiyədə də belədi,  orda da bu cür adamlar var. Orda da dəbdə olmaq istəyən və bunun uğrunda çarpışan adamlar var. Yaxud, Mahir Mehdi kimi kənara çəkilən gözəl şairlərimiz var. İddialar Azərbaycan ədəbiyyatında doludu. İndi də baş alıb gedir.

- Ümumiyyətlə, indiki ən yeni ədəbi nəslin gələcək Azərbaycan ədəbiyyatına hər hansı faydası olacaqmı? 

- Ola bilməz ki, olmasın. Bizim səhərdən dediyimiz hərc-mərcliyin özü də bir ovqatdı. 60-cı illərdə deyək ki, “xolleybenlər” deyilən bir nəsil vardı. Yəni, etirazçılar. Biz geyimimizdən tutmuş sözə qədər etiraz edirdik. Amma bu etirazın içində bir hörmət və mədəniyyət var idi. Qarşındakı insana sayğı var idi. Belinskinin bir sözünü sənə xatırladım. Deyirdi ki, bir adamı tənqid edəndə düşünməlisən ki, o adam bu gün sənin qarşında deyil. Onun sənə cavab vermək imkanı yoxdu.

- Çağdaş ədəbi gənclikdə diqqətinizi çəkən məqamlar hansılardı?

- İndiki dövrün gənclərindəki informasiya gücü məni heyrətə gətirir.  Hərdən elə adamdan elə sitat gətirirlər ki, adam özü təəccüblənir. Bizdə indi gözəl bir gənclik var. Sadəcə ədəbi gənclik iki yerə bölünür. Biri Yazıçılar Birliyinin rəsmən üzvləri olan, o birilər isə onlara müxalif və guya daha modern olan gənclərdi. İkincilər Yazıçılar Birliyi üzvlərini yaxşı yazmamaqda günahlandırır. Bunun özü də çox absurd bir şeydi. AYB yaranmamışdan qabaq, bəyəm ədəbiyyat yox idi? Mən birliyin üzviyəm, 10 ildə bir dəfə ora gedərəm, ya getmərəm. Yaxşı ədəbi əsərlər Yazıçılar Birliyindən kənarda yazılır. İndi 60-70-ci illərin ədəbi gəncliyindən fərqli olan bir ədəbi gənclik var. Bu da doğru bir şeydi, bu cür də olmalıdı. İndiki ədəbi gənclik bizdən daha biliklidi, daha çox informasiyalıdı, daha azaddır. Mən, İsa İsmayılzadə, Azər Abdulla, Abbas Abdulla və başqaları sıxıntı içində yazırdıqsa, indiki ədəbi nəsil üçün sıxıntı deyilən anlayış yoxdu. “Qlavlit” yox, sözün məsiliyyətin daşıyan yox. İndi tam sərbəstlikdir. Bəziləri bu sərbəstliyi düzgün dəyərləndirir, sui-istifadə etmir, bəziləri isə əksinə.   

- Yuxarıda Mahir Mehdinin adını çəkdiniz...  

- İstedadlı cavan şairdi. “Ulduz” jurnalında poeziya şöbəsinin müdiri olanda onunla işləmişəm. Bir ara ədəbi aləmdən uzaqlaşdı. Bir vaxt haqqında yazı yazdılar ki, guya Elçin Hüseynbəyli ilə Fikrət Qoca onu Yazıçılar Birliyindən didərgin saldı. Amma Mahir Mehdi yaradıcılıqdan uzaqlaşıb Yevlaxda oturanda Elçin Hüseynbəyli onun şeirlərini “Ulduz”da çap edirdi.  

- Ciddi bir məsələnin üstünə gəldik. Paytaxtda yaşamadan yazıb-yaratmaq olmaz?

- Həyatım təmin olunandan sonra mənim Bakıda nə işim var ki?! Gedib oturaram sakit rayonların birində, yaradıcılığımla məşğul olaram. Necə ki, Türkiyədən yazılar yollayırdım burda çıxırdı, o cür də Salyanın Xarabakənd kəndində oturub yazılarımı yollayaram. Bunlar da saytlara, qəzetlərə verərlər.

- Sonra da ayda da bir dəfə gəlib qonorar alardıınız hə?  

- Əşi, heç qonorar da lazım deyil. Ya da ki, qonorarı karta köçürərdilər də... Bakıdan çıxmaqla şairlər məhv olur deyilən bir şey yoxdu. Yəni ki, indi yoxdu.

- Hazırda paytaxtdan kənarda ədəbiyyat varmı ?   

- AYB-in bölgələrdə filialları var. Onlar öz işlərini intensivləşdirməlidi. O fikir yaranmasın ki, yazıçı ancaq paytaxtda yaza bilər. Yazıçı üçün Naxçıvanda, yaxud Qazaxda yazmaqla paytaxtda yazmağın heç bir fərqi yoxdu.

- Bugünkü nəsil daha çox nədə geri qalır?   

- Rüstəm İbrahimbəyov, Anar, Elçin kimi yazıçılar indi yoxdu.  40 -50 ildən sonra deyə bilərik ki, məsələn, Qanturalı, Elçin, Anar, yaxud Maqsud  İbrahimbəyov və ya başqası olacaq. Dediyim odur ki, indiki gəncləri indi bəlkə də tam dəqiq dəyərləndirmək olmaz.

- Açıq-saçıq ifadələr, mövzular şağdaş ədəbiyyatda çox yer alıb. Yaşlı bəslin nümayəndəsi kimi bunu qəbul edirsiniz?  

- Rasim Qaraca, Həmid Herisçi Aqşin Yeniseyi açıq - saçıqlıqda günahlandırıblar. Mən belə günahlandırmanın əleyhinə olmuşam. Bizdən yüz il əvvəl də Avropa ədəbiyyatında açıq-saçıqlıq olub. O yazı tərzinə mənim simpatiyam var. Durub deyə bilmərəm ki, bu tərbiyəszilkdi. Mənim üçün tərbiyəsizlik insanın düşüncəsinə yad olan notu zorla ona yedirtməkdir. Bilmədiyin bir şeyi demək tərbiyəsizlikdi. Gənclərin yazmaq istədiklərinin hamısı Avropanın çoxdan  keçdiyi etaplardı.

- Açıq-saçıq yazmağa meyl edənlər heç olmasa bunu bacarırlarmı ? 

- Bizdə erotik ədəbiyyat deyilən anlayış yoxdu. Türkiyədə var, bu sahədə xüsusi jurnallar çıxır. Həmin yazıçıların da düşüncələri  budur. Məsələn, bizdə bir dəfə o cür yazan yazarı aparıcı televiziyada sıxma-boğmaya salmışdı ki, sənin əsərini evdə, ailənin yanında  oxumaq olmaz. Əşi,  oxumaq olmaz, oxuma da. Eşitmisən  ki, o adam bu cür əsər yazıb daha gedib onu niyə alırsan?

Burda da ustalıq lazımdı. Bu yazarlar sözü açıq yazırlar. Üstüörtülü çatdıra bilmirlər. İsmayıl Şıxlı “Ayrılan yollar” əsərində bir səhnəni təsvir edir. “İmran Firəngizi qucaqlayıb çəmənliyə yıxdı. Qız dillənmədi”. Vəssalam, burda hər çey aydındı. Amma bəziləri bu cür səhnələri başqa cür təsvir edir. Məsələn, qızı çəmənliyə yıxdı, yıxandan sonra da paltarlarını çıxartdı... Belə ədəbiyyat da var. Gənclər görür ki, cəmiyyətdə vulqarizm baş alıb gedir. Fikirləşirlər ki, açıq-saçıqlığı da bir adam yazmalıdır. /modern.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.