Nəriman Əbdülrəhmanlının “Yolçu” romanı işıq üzü görüb
07.10.13
“Qanun” nəşriyyatı yazıçı Nəriman Əbdülrəhmanlının “Yolçu” roman-salnaməsini çap edib.
Romandakı hadisələr oxucunu Səfəvilərin süqutu illərinə, “Lalə dövrü”nə, Nadir şah zamanına aparır. Əsərin qəhrəmanı Güney Batı məmləkətlərindən, Firəngistandan, Venesiyadan, İstanbuldan, Anadolu çöllərindən, Konyadan, Bağdaddan, Ərzurumdan, Qarsdan, Nəqşivandan, Rəvandan, Ərdəbildən, Təbrizdən, Qəzvindən, İsfahandan, Muğandan… keçən yolçudur...
O, krallar, sultanlar, şahlar, hersoqlar, paşalar, xanlar, ağalar, bəylər, knyazlar, sərkərdələr, üləmalar, mirzələr… görən, mərhəmət, qəddarlıq, satqınlıq, nəvaziş, vəcd, şəhvət, aclıq, firavanlıqla rastlaşan, yaşanan eşqlərin, yıxılan xanədanların, vurulan başların, məkrlərin, riyakarlıqların, çəkilməz dərdlərin şahidi olan səyyahdır.
“Yolçu” romanı oxucunu tarixin fırtınalı bir dövrünə – XVIII yüzilliyin birinci yarısına aparır, onu sevgi, nifrət, xoşbəxtlik, fəlakət, işıq, zülmət qarşıdurmasının dolanbaclarına salır.
"Media forum"
|