Cəlil Cavanşir - Cəsarətli misralar

03.10.13

Tənqidçilərə “uzun pas”

Bizdə postmodern şeir yazılırmı?
Postmodern şeir fenomeni haqqında danışmamışdan öncə ədəbi tənqidin və oxucunun bu fenomenə münasibətini, postmodern şerirə bəzən şüursucasına təpki göstərən düşüncəni araşdırmağa, və yazının əvvəlində verdiyimiz suala mübaliğəsiz cavab verməyə ehtiyac var. Ümumilikdə postmodern estetika və postmodern mətn haqqında ədəbi tənqidimizin fikri olduqca qarmaqarışıqdır və birmənalı deyil. Bu baxımdan bir balaca açıq-saçıq, epataj mətn görən kimi, “postmodern” yarlığı yapışdıran ədəbi tənqidimizin durumu o qədər də ürəkaçan deyil. Əvvəlcə şeirimiz ənənəçilikdən xilas olub-olmamadığını müəyyənləşdirməliyik. Şeirdəki postmodern ünsürlərin varlığı, hələ şeirin postmodern şeir olması demək deyil. Buna diqqətçəkməkdə fayda var. Məsələn ironiya və parodiyaya ənənəvi şeirimizdə də çox rast gəlinir. Şeirimizi ənənəviçilikdən xilas etməyə çalışan Aqşinin, Qismətin, Alikin, Sevincin və adını çəkmədiyim digər gənc və yenilikçi şairlərin yaradıcılığı dərindən təhlil olunmalıdır. Bu şeirimizin gələcəyi naminə olduqca vacib amillərdən biridir.
Müasir tənqidçilərimizin yaradıcılığında şeir təhlili və tənqidi, analizi yox dərəcəsindədir. Mən tənqidçilərimizin, ədəbiyyatşünaslarımızın əziyyətini itirmək istəməzdim, amma “görünən dağa bələdçi lazım deyil”. Oxucu bir kənara, şeir heç ədəbi tənqidin də maraq dairəsində deyil.
Son bir ildə  şeir mövzusunda cəmi iki-üç ciddi  yazı ilə rastlaşmışam. Halbuki hamı bir ağızdan şeirin ölümündən, şeir kitablarına maraq olmamasından ağızdolusu danışır.

Nə isə, mətləbi çox uzatmadan tənqidçilərimizə topu tənqidçilərimizə ötürürəm. Vaqif Yusifli, Elnarə Akimova, Mətanət Vahid, Əsəd Cahangir, Tehran Əlişanoğlu vaxt tapan kimi bu pası qəbul etsə yaxşı olar.

Sevəcəyiniz şeirlər


Yazı masamın üstündə istedadlı şairimiz Sevinc El Sevərin “Qadının yoxmu?”  şeirlər toplusu var. Bir neçə günümü Sevincin poeziyasına həsr etmişəm və etiraf edim ki, çox böyük zövq almışam. Bəri başdan deyim ki, mən Sevincin şeirlərini təhlil etmək, tənqid etmək fikrindən uzağam. Bu yazı isə sadəcə təqdimat amaçlıdır. Çox arzu edirəm ki, şeirsevərlər bu kitaba biganə qalmasın. Çünki, gerçəkdən də Sevincin şeirlərini sevəcəyinizdən əminəm.
“Qadının yoxmu?” kitabı  Sevincin “Qanun” nəşriyyatının “Ən yeni ədəbiyyat” seriyasından çap olunmuş üçüncü kitabıdır. Deyəsən müasir ədəbiyyatımızda “Ən yeni ədəbiyyat” seriyasından üç kitabı çap olunan yeganə müəllif Sevincdir.  “Şəhər” romanı və “Qadağan saatları” şeirlər toplusundan sonra yenidən oxucuların görüşünə şeirlə gəlmək məncə böyük cəsarət tələb edir. Sevinc də hamımız kimi şeirə, şeir kitablarına olan münasibəti çox gözəl bilir. Bunu bilə-bilə növbəti şeir toplusunu oxuculara təqdim etdiyi üçün qələm dostumu səmimi qəlbdən təbrik edirəm!

Cəsarətli poeziya

Sevinc El Sevər(ötən ilə qədər Sevinc Pərvanə imzası ilə tanımısınız) gündəmdə olan, haqqında çox danışılan, tənələr və töhmətlərə sinə gərən qələm adamıdır. Yaxşı xatırlayıram ki, “Atamın xatirəsinə” şeiri ilə çağdaş şeirimizdə inqilabi cəsarət nümayiş etdirmişdi. Etiraf edək ki, ədəbiyyatımızda hələ də bu cür cəsarətli misralar yazılmır:

“Mən onu sevmirəm
sevsəydim böyük olardım
məndə elə ürək hanı onun kimisini sevməyə…
oysa çox şey öyrətdi mənə atam…
təhqir olunmuş insanlarla bir cərgədə dura bilməyi…
bar qızları qədər söyülməyi…
”qəhbəsən, onsuz da səni mütləq düzəldəcəklər”
dediyində
giziltili bir duyğu keçdiyini demirəm hələ içimdən…
Sərxoş döndüyü gecələrdə
məni səhv saldığı da olurdu anamla…”


Bilirəm, indi kimlərsə bilgisayarın arxasında ikrahla üz-gözünü turşudub, məni də, müəllifi ən yaxşı halda qınayır. Amma oxucunu vicdanı ilə baş-başa buraxıram. Zövqlər, düşüncələr fərqli olduğu üçün, Sevinc də belə etmişdi zamanında. Üstünə yeriyən “yekə-yekə” qələm adamlarının qarşısından bir addım da geri çəkilməyib, yazıb yaratmağa davam etmişdi. Onun haqqında ağzına gələni yazanların, danışanların inadına, bütün çətinliklərə rəğmən Sevinc yazıb yaratmağa davam etmişdi.
Onu şəxsən tanıyana qədər onu amazonkalar qədər cüssəli, dəliqanlı və asıb-kəsən bir xanım kimi təsəvvü edirdim. Amma ilk dəfə rastlaşanda çox heyrətlənmişdim və mülayim xasiyyətli, zərif və sakit xanımın bu cür cəsarətli mətnlər yazmasına heyrətlənmişdim. Təbii ki, cəsarət və qəhrəmanlıq cüssəylə, boy-buxunla, fiziki qabaritlərlə ölçülmür. Bu qədərini bilsəm də, Sevinci at minib qılınc oynadan, ox atan amazon qadınları kimi təsəvvür edirdim.

Şeirimizdəki Azərbaycan qadını

Sevinclə heç vaxt üz-üzə oturub söhbət etməmişəm. Bir neçə dəfə internetlə müsahibə almışam, bir ya da iki dəfə telefonla danışmışam. Amma onu digər qələm dostlarım kimi, öz doğmam, yaxın adamım hesab etmişəm. Eyni saytlarda, qəzetlərdə çap olunduğumuz vaxtlar da olub. Onun yazılarına, istedadına onu şəxsən tanıyan,  ailəvi dostluğu olan insanların qısqanclığını görmüşəm. Ona mane olanları, adını çəkmək istəməyənləri görmüşəm. Sevincin mərdliyinin, səxavətinin, yurdsevərliyinin şahidi olmuşam.
Təbriz zəlzələsində Sevincin xahişi ilə bir aylıq qonararını zəlzələdən zərərçəkənlər üçün fonda şəxsən mən aparıb keçirmişəm. Bir sözlə dərin tanışlığımız olmasa da onu və ailəsini öz doğmalarımdan hesab edirəm. Məncə onun şeirlərini oxuduqca siz də onu ruhunuza yaxın və doğma hiss edəcəksiniz. Xüsusən xanım oxucuların sətirlər, misralar arasında öz taleyini, öz əzabını tapacağından əminəm.
Təəssüf ki, Sevincin “Ən yeni ədəbiyyat” seriyasından çap olunan “Şəhər” və “Qadağan saatları” kitabları haqqında fikirlərimi yaza bilməmişəm. Amma fürsət varkən deyim ki, Sevincin “Şəhər” romanı cəmiyyətimizin qadına münasibətini, Azərbaycan qadınının günümüzdəki çətinliklərini, problemlərini işıqlandıran ən gözəl nümunələrdəndir.
Sevinc hekayələrində də, publisistikasında da, poeziya da da oxşar problemlərin işıqlandırılmasına çalışır. Onun əksər qəhrəmanları qadın olmağın əzabını yaşayan qadınlardır. Kimin necə yanaşmasından asılı olmayaraq, Sevinc Azərbaycan qadınını yazır.

Onun sevinci də, kədəri də, əzabı da, pessimizmi də, ümidsizliyi hətta üsyanı da bizə tanışdır.

“nə oldu,
aslandan qorxdunuzmu
dediniz:
“aslanın erkəyi, dişisi olmaz”
insanı sevib də,
“insanın qadını, kişisi olmaz”
deyə bilməzsinizmi?”

(Gender problemi)



Sevincin şeirlərindən çoxlu misallar gətirmək, misra-misra, sətir-sətir də təhlil etmək, tənqid etmək olar. Amma könül istərdi ki, bu ağır və məsuliyyətli missiyanı tənqidçilərimiz boynuna çəksin. Ümid edirəm ki, müasir poeziyanı, postmodern Azərbaycan şeirini təhlil edərkən, “Qadının yoxmu?” kitabı diqqətdən kənarda qalmayacaq.

Avanqard.net

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.