Azərbaycan Yazıçılar Birliyi prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb
30.09.13
Bu gün Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin iclası keçirilib.
İclasda prezident seçkiləri ilə bağlı məsələlər müzakirə olunub: “Seçkilərin tam demokratik şəraitdə şəffaflıqla keçiriləcəyinə ümid bəsləyən toplantı iştirakçıları siyasi debatların sivil şəkildə, etik çərçivələrdə keçirilməsinin vacibliyini vurğulayıb”. Yazıçılar Birliyindən bildiriblər ki, iştirakçıların ümumi rəyinə görə, prezidentliyə iddiaçılar bir-birinə düşmən gözü ilə deyil, siyasi opponent kimi baxmalıdırlar: “Siyasi müzakirələr və mübahisələr cəmiyyətdə amansız qarşıdurmaya səbəb olmamalıdır. Azərbaycan payızı heç vəchlə ərəb baharına çevrilə bilməz”. İclasda iştirak edənlər seçkilərdə İlham Əliyevi dəstəklədiklərini bəyan ediblər və ədəbi ictimaiyyəti İlham Əliyevə səs verməyə çağırıblar. /APA/
|