Pasternakın qadınları - Eşqvə ehtiras

20.09.13

Şöhrəti dadandan sonra bəzən bu səni yorur. Təriflər, tənqidlər, daim diqqət mərkəzində olmaq - bezirsən. Hərdən sənə adi insan kimi yanaşmalarını istəyirsən.

Görünür, bu mənada məşhur rus şairi Boris Pasternak da istisna deyil. Birinci arvadı Yevgeniya da, ikinci arvadı Zinaida da şairin rastına məhz belə bir məqamda çıxmışdılar. Onlar tanışlıqlarının ilk günlərində Pasternakın yaradıcılığına elə bir diqqət göstərməmələri ilə müəllifin diqqətini çəkmişdilər.

Yevgeniya ilə Boris 1921-ci ildə, ümumi dostlarının evində rastlaşmışdılar. Həmin məclisdə Pasternak şeir oxuyanda qadının fikri başqa yerdə idi, kimləsə söhbət eləyirdi. Şair bu qadından təəssüratlarını soruşur və o, düzünü deyir:

- Bağışlayın, amma sizi dinləyə bilmədim.

Səmimiyyət Borisi heyran edir:

- Düz elədiniz, belə cəfəngiyyata qulaq asmazlar. 

Və ya 1929-ci ildə Pasternakın həyatına daxil olan Zinaida Nikolayevna ilə tanışlıq anına fikir verək. Zina dünyaca məşhur pianoçu Neyqauzun həyat yoldaşı olub. Onlar hər ikisi həyat yoldaşları ilə birgə gəldikləri məclisdə tanış olmuşdular. Zinaidanın sözlərinə görə, Boris gözəgəlimli idi, həyəcanlı səmimiyyəti ilə digərlərindən fərqlənirdi, amma onun danışdıqları qadın üçün anlaşıqlı deyildi. Şeirləri də xanımda elə bir təəssürat yaratmırdı. Bunu görən Pasternak ona söz vermişdi: "Mən sizin üçün daha sadələrini yazacağam!".

Ola bilsin, bu yazar, ya kişi eqosunun təzahürü idi: xoşuna gələn qadının səni şair kimi qəbul etməsinə nail olmaq. Əlbəttə, o hər iki qadını sevmişdi. Özü də ehtirasla. Boris başqa cür bacarmırdı - bir andaca çılğınlıqla vurula bilirdi. Bu siyahıda Nadejda Sinyakova, Yelena Vinoqrad, İrina Asmus da vardı. Onun ilk güclü sevgisinin ünvanı Moskvanın iri çay tacirinin qızı İda Vısotskaya idi. Boris ona sevgisini Marburq (Almaniya) şəhərində etiraf eləmişdi. Onun qarşılıqsız sevgisinin xatirələri yaşayan bu küçə indi Pasternakstreet adlanır. 

Jenya




Rəssam Yevgeniya Pasternak ev işləri görməyi bacarmayan aciz bir qadın idi. Yevgeniya öz istedadını şişirdir və Borisin qabiliyyətini görməzlikdən gəlirdi. Qadın elə hesab edirdi ki, əri uşağın əskilərini yumalı, samovar qaynatmalı, dayələrin qayğısına qalmalı və uşaqları saxlamalıdır. Yəni, Yevgeniya savadlı və istedadlı qadın idi, amma özünü dahi rəssam sayırdı, bu zəmində evdə şorbanı Boris bişirməli olurdu.

1927-ci ildə Yeni İl ərəfəsində Pasternak yazır: "Jenya bayramı qeyd etmək üçün öz kampaniyası – Aseyev və Mayakovski ilə birgə qonaq getdi...  Mən  uşağa baxmaq üçün evdə qaldım. Altıncı saatda oğlumuz öskürməyə başladı. Ona süd qızdırdım, özümü çox itirdiyimdən primusla axmaqcasına davranırdım... Jenya görüşdən Mayakovski ilə gəldi. O məni Yeni il münasibətilə təbrik etdi”.

Jenya ərinə nəinki şərait yaratmır, əksinə, onu məişət qayğıları ilə yükləyir, qısqanclığı ilə onu təngə gətirirdi. Və o təkcə qadınları qısqanmırdı: ərinin şöhrəti də, dostları da onda qıcıq yaradırdı.

Üstəlik, onların temperamentləri fərqli idi, Jenya onu təmkinli, daha rasional, daha məsuliyyətli görmək istəyirdi. Onlar hər ikisi yaradıcı adam idilər, hər ikisi qayğıya, diqqətə ehtiyac duyurdu və məişət yükünü sevmirdilər.

Pasternak, əlbəttə, ilk başdan onu sevirdi, hərçənd, şair evlənməsini sonradan yarıtəsadüf adlandırır. O, subay ikən bəzən gecə nişanlısının evində qaldığından qızın ailəsi nikahı qeydiyyata aldırmaq üçün israr edirdi. Bir il sonra onlar rəsmən evləndilər. Üzük almaq üçün Boris gimnaziyanı bitirərkən aldığı qızıl üzüyü satmışdı, üzüyün iç tərəfində isə öz əli ilə "Jenya" və "Borya" yazmışdı.
 
Boris həmişə onu himayə edəcəkdi. Ayrılandan sonra da... Hətta ölənə qədər...

Zina

Zina Jenyanın tam əksi idi, onların tanışlığı hər ikisi üçün ailələrinin dağılması ilə nəticələndi. 1933-cü ildə cütlük rəsmən evlənəndə onların başlarını salmağa komaları belə yox idi, yeni evlilər müvəqqəti olaraq harasa getmiş ev sahiblərinin mənzilində qalırdılar. 



Zina heç vaxt Pasternak pərəstişkarı olmayıb. Və əslində, Pasternakdan xoşlanan da o deyil, onları tanış edən rəfiqəsi İrina Asmus idi.
 
Zina elə Borislə keçirdiyi ilk gecənin səhərsi qastrolda olan ərinə məktub yazdı. Deyilənə görə, məktubu ona konsert öncəsi vermişdilər. Proqramın gedişində isə Neyqauz qəfildən royalın qapağını bağlayaraq hönkürməyə başlamışdı. 

1931-ci ildə Zinaida ilə Boris münasibətlərini rəsmiləşdirdilər.

Amma görünür, şairlərdə əbədi sevgi olmur. Çünki Zinadan sonra Borisin həyatında Olqa olacaqdı...

Zinaida başqa bir qadının ərinin həyatına girməsini belə izah edir: "Birinci ərimdən olan oğlumun öülümdən sonra özümə gələ bilmirdim. Deyirdilər, mənim də sonum çatıb. Başım öz dərdimə qarışdığından Borisə lazımi diqqəti göstərə bilmirdim”.

Belə bir vaxtda rəfiqəsi İrina hətta ona vəsiyyət yazmağı təklif etmiş və onu inandırmışdı ki, Pasternak tək qalmamalıdır, ona arvad lazımdır. Hətta Asmus onların birgə nikahdan olan oğlanlarını da övladlığa götürəcəyinə söz vermişdi. 

Zinaida sağaldı, amma Pasternakın sevgisini qoruya bilmədi.

Olqa 

Görünür, yazıçı bəzən şöhrətdən, yerli-yersiz tərif və diqqətlərdən bezsə də, qadın qismində həmişə özünə ən yaxşı – adekvat oxucu axtarır. 1948-ci ildə Pasternakın həyatında Olqa İvinskaya – Konstantin Simonovun katibəsi peyda olur.  

Bu qadın Pasternakın həyatının ən ağır mərhələsində gəlib çıxdı, artıq şair Nobel mükafatı laureatı idi. Arvadı deyirdi:  "Kitabın bağlandı, daha səni ölkədə çap da eləməyəcəklər” 




Onlar jurnal redaksiyasında tanış olmuşdular, Olqa "Novıy mir”in redaktoru idi. Boris uşaq kimi qadına aşiqdi. Amma Olqa Borisi məşhur olduğuna görə sevmirdi, ona Boris insan kimi, kişi kimi lazım idi.  

Şair gah öz evində arvadı ilə qalırdı, gah da Olqanın yanında gecələyirdi.

1949-cu ildə Olqanı həbs edirlər. Səbəb onun "ingilis casusu” Pasternakla əlaqəsi idi. Ondan soruşurlar:

- Sizin Pasternakla nə əlaqəniz var?

- Mən onu sevirəm.

Nobel mükafatından sonra onu az qala vətənə xəyanətdə ittiham edəndə şair nambutal qutusu götürüb, Olqanın yanına gəlir, deyir: "Gəl intihar edək. Bilirəm ki, on bir həb kifayət edir. Məndə iyirmi ikisi var. Təsəvvür edirsən, nə səs-küy yaranacaq?”.

Olqa nəinki razılaşmadı, əksinə, Mərkəzi Komitə katibinə zəng edib, hadisəni xəbər verdi. Bundan sonra Pasternaka qarşı kampaniya səngidi. Bundan sonra Olqa şairin adından Xruşşova məktub yazır və bildirir ki, mükafatdan imtina edir. Boris məktubu imzalayır və söhbət bağlanır. 

Bəs, Pasternakın "Doktor Jivaqo” əsərindəki Lara kim idi? Tədqiqatçıların fikrincə, o, müxtəlif vaxtlarda sevdiyi dörd qadının xüsusiyyətlərini bura köçürmüşdü.

Yeri gəlmişkən, Marina Svetayeva ilə Pasternakın sevgi münasibətlərindən də çox danışırlar, amma münasibət nə qədər atəşli olsa da, yalnız kağız üzərində idi, onlar illər sonra görüşəcəkdilər.  O zaman ki artıq heç nəyin əhəmiyyəti yox idi. Hiss qalmamışdı, perspektiv yox idi. Onlar ömrü boyu dost qaldılar.

Hazırladı Rəbiqə Nazimqızı
ANN.Az

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.