Həmid Herisçidən sərt mesaj: "Fikir yürütməsinlər!"
19.09.13
Tanınmış yazıçı Həmid Herisçinin "Portretlər" adlı son kitabının "Əli və Nino" kitab mağazası tərəfindən satışa götürülməməsi ətrafında qalmaqal davam edir.
Kitab ətrafında gedən müzakirələrdə səslənən bəzi fikirlərə yazar öz "Facebook" səhifəsində kəskin münasibət bildirib.
Həmid bəy ona qarşı fikir səsləndirənlərə belə bir sərt mesaj verib:
"Mən ənənəvi nəsr təhkiyəsi ilə yazmıram- şeir, nəsr, publisistika, elmin vahid nöqtəsində, "dördyol"unda qururam öz bədii mətnimi. Buna "sərbəst nəsr" adını vermişəm. Dünya nəsr okeanında əsən səmt küləyinin istiqamətini belə bilməyənlərdən xahiş edərdim yaradıcılığım barədə fikir yürütməsinlər..."
Qeyd edək ki, yazıçı Həmid Herisçinin "ZERO" nəşriyyatında yenicə çap olunan "Portretlər" kitabını Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər İdarəsinin kitabxanasından, AMEA-nın "Akademkitab" kitab evindən, Nizami muzeyinin birinci mərtəbəsindəki "Akademiya" kitab mağazasından, "Torqovı"da yerləşən "Bakumoz" və "Yeraltı" kitab mağazalarından əldə edə bilərlər.
Kitab indiyədək cavabı tapılmayan xüsusi müəmmalar, tapmacalarla zəngindir. Burada indiyə qədər eşitmədiyiniz və oxumadığınız cizgilərin çözümü - düyünü açılır. Əsərin xüsusi güzgü effekti var - 28 portret, 28 hekayə kimi də oxuna bilər. /qaynar.info/
|