İradə Aytelin “Qanlı öpüşlər” kitabı nəşr olundu
19.09.13
Yazıçı-publisist İradə Aytelin “Qanlı öpüşlər” kitabı yenicə çapdan çıxıb.
Kitaba yazıçının son illərdə yazdığı hekayələri daxil edilib. “Qanlı öpüşlər” müəllifin sayca səkkizinci kitabıdır. Müəllif qələmini bədii yaradıcılığın müxtəlif janrlarında sınayıb.
Bundan əvvəl onun “Sevgidən doğulan işıq” (şeirlər), “Bir cür qızılgül” (sənədli roman), “İkimizin bir evimiz varıydı” (şeirlər), “Partizanın acı həqiqətləri” (sənədli roman), “Sədnik Paşa Pirsultanlının nəsri (elmi monoqrafiya), “Eynək taxan Günəş” (uşaqlar üçün hekayələr) kitabları nəşr olunub.
Kitabın redaktoru yazıçı Kənan Hacıdır.
“Qanlı öpüşlər” “Ol” nəşriyyatı tərəfindən nəşr edilib.
Avanqard.net
|