Kənan Hacı - İlanın ağzından necə qurtuldum
05.09.13

Bakının qorabişirən istisindən canımı qurtarmaq üçün girəvə axtarırdım. Masallıda yaşayan qocaman şair Məmməd Kazım neçə dəfə zəng vurub məni kəndə dəvət etmişdi. Günlərin bir günü isti nəfəsimi kəsəndə axır ki, şeytanın qıçını qırıb Masallıya gedən avtobusa əyləşdim və Məmməd əmiyə zəng vurdum ki, gəlirəm. Ağsaqqal mən gəlib çıxınca döşəməplov bişirtdirmişdi.

Məmməd əminin – Güllütəpənin döşündə yerləşən evi bir ayrı aləmdir. Burda təbiətin genişliyi adamın ruhuna sanki sığal çəkir, bütün qayğılar duman kimi başından dağılır, özünü yaşıl səltənətin ağuşuna atırsan və bu duruluq, təmiz dağ havası içinə dolduqca dünyaya yenicə gəldiyini zənn edirsən. Burda dünyanın itmiş rəngləri sanki özünə qayıdır.

Geniş həyətdə palıd, yalanqoz, alma, fındıq ağacları o qədər sıxdır ki, həyətin ətəyi meşəni xatırladır. Üst eyvanda pürrəngi samovar çayından içib yolun yorğunluğunu canımdan çıxarandan sonra Məmməd əmi dedi ki, düşək bir az həyəti gəzək, həm də təmiz hava alaq. Meşəliyə çatanda Məmməd əmi əlinə uzun bir çubuq götürdü və mənə də məsləhət gördü ki, çubuq götür, ətrafda ilan ola bilər.  Bu meşəliyi dəfələrlə gəzmişdim və heç vaxt qarşıma ilan çıxmamışdı. Ona görə Məmməd əminin xəbərdarlığını ciddiyə almadım. Həm də özümü elə göstərirdim ki, guya ilan-çayandan qorxmuram.

Günəbaxan zəmisi arxada qaldı və biz meşəliyə çatdıq. Məmməd əmi  əlindəki çubuğu yerə vura-vura ağır addımlarla irəliləyirdi, mən də ağacların hündür çətirinə boylana-boylana ayağımı hara atmağımın fərqində deyildim. Başımı aşağı endirəndə Məmməd əmi artıq ağacların sıxlığında gözdən itmişdi. Onun gedəcəyi səmti təxmini müəyyənləşdirib addımlarımı yeyinlətdim, qəfildən xəzəllərin arasından uzun bir ilan çıxdı və qıvrılıb açıldı, üstümə atılmaq üçün yastı başını geriyə çəkdi. Tez geri sıçradım, ətrafda daş və ya ağac parçası da yox idi ki, özümü müdafiə edim. Geriyə dönüb qayıtmaq istəyəndə Məmməd əmiylə toqquşdum.

-Noolub, a bala? – dedi, - niyə rəngin qaçdı?

-İndicə qarşıma ilan çıxdı, - dedim.

Məmməd əmi başını bulayıb məni tənbeh elədi:

-Sənə dedim axı, əlinə bir ağac parçası götür. Burda ilan nadir hallarda adamın rastına çıxır. Amma işini ehtiyatlı tutmalısan.

O həndəvərdə xeyli dolaşdıq, amma ilan gözə görünmədi. Məmməd əmi gülüb dedi ki, yəqin ilan gözünə görünüb. And-aman elədim ki, əməlli-başlı ilan idi, fısıldayıb başını dikəltmişdi. Azca diqqətsizlik etsəydim, məni canca bilərdi.

Məmməd əminin ləngərli gülüşü həyəcanıma su səpdi:

-Sənin qorxuluğunu ancaq tut arağıyla çıxarmaq olar.

Eyvana qalxanda artıq döşəməplov süfrədə buğlanırdı.Yüz qram tut arağından sonra ilanın vahiməsi canımdan çıxdı...       

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.