Elnaz Eyvazlı - Pəncərəmi yağış, qapımı xəyalın döyür
17.07.13
Pəncərəmi yağış, qapımı xəyalın döyür. Bilirsən, bu gün neçə dəfə qapıya qaçmışam, neçə dəfə qapını utandırıb xəcalətli etmişəm? Yağış acıq verir sanki, hər damla səsi bir həyəcan… pəncərə şüşələri utandığından tər tökür, sıxıla-sıxıla, mən bilirəm o nə çəkir… Divarlar lal-mat, gözü kölgəli, bilirəm, məni çox istəyirsən, səni açmaz bu ovqat. Arada dəli-dəli qışqırmaq istəyirəm diksinsinlər deyə, amma niyə? nədən? Bax, yenə kölgən düşür pəncərədən, yenə qapımı döyürsən… gedim açım, soyuqdur, üşüyərsən…
|