Əsəd Qaraqaplan - Kişi kişinin yanında olar
16.07.13

Yazdığı gözəl bir yazıya və etmədiyi təhqirə görə əlibaltalı dindarların Aqşin Yeniseyin üstünə düşdüyü, hətta onu ölümlə təhdid etdiyi bir vaxtda ədəbi camiədə də tülkü kimi pusquda durub belə həssas məqamları gözləyənləri gördük.
Gördük ki, bunlar heç də o əlibaltalı dindarlardan geri qalmırlar və daha da təhlükəlidilər. Bir xanım dostumuz demiş, Aqşin Yeniseyi kəlləmayallaq başa düşən təkcə mollalar deyilmiş...
Məgər cahillik, qaragüruh, xılt, paxıllıq təkcə radikal dindarlıqda yox, hətta ondan da çox şəxsən tanıdığımız adamların içindəymiş...
“Aqşin Yenisey Kamal Abdulladan qorxduğu qədər Allahdan qorxsaydı, indi Cəlilabad kəndlərində axundluq eləyirdi” – bunu Cəlil Cavanşir demiş, Əsəd Cahangirin öz əməllərinə alət elədiyi bir uşaq – Emin Piri deyib.
Bu uşağın bu virtual qəhrəmanlığını görəndə - ki, bunu başqa heç vədə edə bilməzdi - etiraf edim, ikrah hissi duydum. Çünki indiki məqamda belə bir murdarlığı, dediyim kimi, başıboş radikal dindarlardan gözləyirdik.
Baxdım ki, bizi satan, ələ verən və ölmümüzə çıxarılacaq fətvalara rəvac yaradan heç də dindarlar yox, elə bu şəxsən tanıdığımız uşaqlarmış...
Baxdım ki, bunlar özlərindən istedadlı və azad adamların qanını içib, sonra da bunu məmnuniyyətlə, məsələn, dindarların üstünə atmağa hazırdılar...
Baxdım ki, dindarların ancaq yalançı səs-küyü var imiş. Əsl “səs-küy” belə böyüklü-uşaqlıların içlərində gizlədikləri və məqam düşən kimi qulaqlara pıçıldamaq istədikləri fətva pıçıltılarındaymış...
Baxdım ki, bunlar böyüklü-uşaqlı hamısı eyni adamlardı və bir-birilərini də yaxşı tapıblar. Bir-birilərinin yanında olmaqdan da qayət məmnundular...
Baxdım ki... daha baxa bilmədim...
Duyduğum bu ikrah hissindən sonra mən də götürüb Facebook-da bir sərt status yazdım: "Dostlar, ədəbi, ictimai və digər sahələrdə də kimin kim olduğunu, hansı yuvanın quşu olduğunu və hansı qabdan yal yediyini də bilirik. Ona görə bu qədər atılıb-düşməyə gərək yoxdu. Məncə, öz xıltımızı, istedad qısqanclığımızı və digər içimizdə saxlı "müqəddəs" dəyərlərimizi bu qədər üzə vurmayaq. Belə şeyləri görüb adamın üzünə çox rahatca tüpürmək olar və şəxsən mən bunu belə özünü çox rahat ələ verən adamların üzünə edə bilərəm... Bu qədər axmaqca ağıllı görünməyə çalışmayın..."
Dostlar tez-tez bu statusu "layk" eləməyində olsun, sizə kimdən deyim, bu uşaqdan - Emindən. İy bilərcəsinə gəlib bir müdrik şərh yazdı və məndən də yaxşı cavab gözlədi, umarım. Ama mənim səbrimin də bir həddi var, axı. Yazdım ki, hə, Emin, həyatı və ədəbiyyatı bu qədər adiyə alanda və bu qədər qısqanc bir içlə ortaya çıxanda olur belə şeylər... Həmişə bir yerdə olan adamlardan qorxmaq lazım deyil, həmişə bir yerlərdə olanlardan qorxmaq lazımdı... Heyif sənin kimi gənclər də özləri uğur qazana bilməyəcəklərini görüb qoltuq altlarına qaçırlar...
Uşaq mənim nəyə işarə elədiyimi görüb başladı rəsmən artislik eləməyə ki, ay siz necə də rəhbərin sifarişini tez tutursuz-falan, bəsməkan, nə bilim nə... Belə olanda mən də ona qısa və konkret yazdım: “Artistlik eləmə, Emin”. Çünki bu adamlarla başqa cür danışmağın yolunu şəxsən mən hələ tapmamışam...
Bu uşaq iddia edir ki, guya Kamal Abdulla onu təhdid edib, döymək, nə bilim neyləmək istəyib. Və qəribəsi də odur ki, bu sözləri deyərkən birinci özünün iki nəfəri təhqir etdiyini, yüngül desək, onların haqqında başından çox yekə ifadələr işlətdiyini unudur...
Faciə də ondadı ki, bu uşaq bir neçə ay bundan qabaq Kamal Abdulla haqqında bunları yazmışdı: “Kamal Abdullayla müsahibə gözəl müsahibədir. Etiraf edirəm ki, cəmiyyətdə önəmli fiqur olan bir şəxslə gəncin bu qədər səmimi söhbətinin və maraqlı müsahibəsinin şahidi olmamışdım. Digər tərəfdən, burda gəncin sərbəstliyindən çox ona bu şəraiti yaradan və özünü bu cür hiss etməsinə nail olan Kamal Abdullanın böyüklüyü görünür. Sözün bütün mənalarında – həm bir yazıçı, həm də bir insan kimi! Əcəba, sizi narahat edən bu səmimiyyətdirmi? Bu münasibət sizi niyə narahat etməlidir? Hanı sizin gənclərə dəstəyiniz, birliyiniz, ürəyinizin genişliyi? Yox, əgər bu deyilsə, deməli Kamal Abdulla imzası sizi narahat etməyə başlayıb”.

Onu da deyim ki, belə uşaqları əlində alətə çevirən Əsəd Cahangir də Kamal Abdullaya və Aqşin Yeniseyə münasibətdə həmişə eyni şəkildə ikili fikrə sahib olub. Yəni bunlar elliycə - böyüklü-uşaqlı eyni adamlar və bir-birinin tayıdılar...

P.S. Yazını oxuyanlar belə başa düşə bilər ki, mən də Bakı Slavyan Universitetində çalışdığıma görə bu mövqedən çıxış edirəm. Bəli, insanlar, xüsusən də azad və rahat insanlar öz mühitlərini də, dostlarını da özləri seçirlər. Heç kəs istəmədiyi halda heç kəsi kölə edə bilməz. Necə ki Emin Piri kimi uşaqlar da kimlərinsə yanındadılar... Burda öz adıma danışaraq qısa və konkret, bayatıda deyildiyi kimi deyirəm: ...Kişi kişini tapar, ... (ardını özünüz bilirsiniz) 

aznews.az

Yenililklər
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.