Emin Piri - Erotika-moretika
09.07.13
Sənə toxunduqca, yenə, yenə toxunduqca, dəcəl balıq balaları hoppanıb analarının çiynindən göyə heyrətlə baxar bizə.
Sənə toxunduqca bir ay doğar, itər göy üzü, bitər göy üzü, dənizin qucağına düşər ay, təcrübəsiz qız kimi bişər ay...
Dəniz, sevdalı dəniz, necə də gözəl görünür, baxdıqca döşlərinin dərəsindən.
Alpinist barmaqlarım keçib dərələrdən-təpələrdən, qalxar, qalxar mərmər zirvəyə.
Çiynimə qoyduğun odlu dişləmlər kimi ləpələr sahildə qoyar ehtiraslı cırmağını.
Əcəb işdir! Mənim akulam xoşlamaz dəryaları, tələsər baş vurmağa sənin ensiz çayına.
Gah sən, gah da mən sayarıq ulduzları, qumda çəkərik belimizin şəklini. Həvva nənənin milyon illik dərsini unudarsan guya - gönü verərsən suya.
Şahə qalxan qəhrəmanım unudub qorxu-hürkünü, çıxarar sikəfandrını, nə çıxarar! Qırpmaz gözünü də! Bir, iki, beş, on... vurduğu yaquar pəncələri axırı səni də ağladar, özünü də.
Dəniz susar, ay batar, ulduzlar yatar... Mən də susaram, sən də... Xoş bir çarmıx əzabı duyarsan canında... Axar, axar uzaqlara bakirə baxışların, boğular qadınlıq okeanında.
Avanqard.net
|