Kənan Hacı : “Anarı tərifləyib təqaüd də ala bilərdim” - MÜSAHİBƏ
03.07.13

Yazıçı-publisist Kənan Hacının şerləri də onu xeyli tanıdıb və populyarlaşdırıb. Kənan bəy hazırda kulis.az portalında işləyir. Yazı-pozu adamının işi nə olacaq ki?! Yazılanları pozub düzəltmək - necə deyərlər. Bəs niyə pozmaq? Kənan bəy o saytın redaktorudur - buna görə. Bizim ölkədə isə yazılası şeylər nə qədər çoxdursa, pozulası şeylər ondan da çoxdur.

Amma onunla yazılar pozulan yerdə - iş yerində yox, yazarların sevimli məkanında - məşhur “Araz” kafesində rastlaşdıq. Ədiblərlə ədəbiyyat söhbətlərinin axırı çox vaxt müsahibə ilə qurtarır. Bizdə də belə oldu. Kənan Hacıya ilk sualım ədəbiyyatçılar arasında yaran qruplaşmalar məsələsi ilə bağlı idi. Söhbətimiz elə alındı ki, axıra qədər elə bu mövzudan da danışdıq... 

- Ədəbiyyatımızda qruplaşmaların olması danılmaz faktdır. Bu qruplaşmalar kimə qulluq edir?

- Konkret heç kimə xidmət etmir. Bu qruplaşmaların heç ədəbiyyata da dəxli yoxdur. Amma bütün yaradıcı sahələrdə qruplaşmalar olub, indi də var, bundan sonra da olacaq. Ədəbiyyatda heç kimin şərikli malı yoxdur ki, bölə bilməsinlər. 60-cı illərdə ədəbiyyatda Süleyman Rəhimovla Mehdi Hüseyn tərəfdarları ayrı-ayrı cəbhələrdə birləşmişdilər və bu qruplar arasında həmişə gərginlik, soyuq münasibətlər hakim olub. Bu konfliktin kökündə ədəbiyyat məsələlərindən daha artıq şəxsi mənafe problemləri dayanırdı. Bu didişmələr ədəbiyyatdan kənar didişmələr idi, amma bu didişmə ədəbiyyat müstəvisində də aparılırdı. Məsələn, Süleyman Rəhimovun dəstəsi Mehdi Hüseynin dəstəsinə qarşı ədəbi mövqedən hücum edirdi. Biri digərini inkar edirdi, bir-birlərini ədəbi müzakirələrdə yıxıb-sürüyürdülər. O dövrün mətbuatına nəzər salsanız, bu konfliktin izlərini görəcəksiniz. Amma böyük istedadlar arasında yaranan qruplaşmalar ədəbiyyatın, sənətin xeyrinə işləməyib. Yəni bu, sağlam qruplaşma olmayıb. İndiki dövrdə isə cəbhələşmə daha sürətlə gedir. Üslubu və yaradıcılıq manerası tamam fərqli olan yazarlar sanki bir-birinin qanına susayıb. Məsələn, Fərid Hüseynlə Şəhriyar Del Gerani İranda həbsdə olarkən hələ onların taleyi müəmmalı idi, hətta edamdan da söhbət gedirdi. Bu vəziyyətdə Seymur Baycan və Günel Mövludun onların müdafiəsindən imtina etməsi məni əməlli-başlı sarsıtdı. Seymur Baycan demişdi ki, onların vətəndaş mövqeyi yoxdur. Bir yazar digər məhbus həmkarı haqqında bu sözü necə deyə bilər?



- Ədəbiyyat sözü ədəb sözündən götürülübsə, yazarlarımız bir-birini niyə ədəbsiz sözlərlə təhqir edir?

- Ədəbiyyat son vaxtlar şoulaşıb. Bir-birinə təhqirlər yağdıran yazarlar oxucudan necə tələb edə bilər ki, bizi oxu? Yazıçı yazıçını təhqir edirsə və bəlkə də gündəmdə qalmaq xatirinə bunu edirsə, bu, çox təəssüf doğuran haldır. Onda sənin küçə avarası ilə fərqin nədən ibarətdir? Kimsə yaza bilməməyin acığını o birisinin üstünə tökür. Poeziyanı bilməyən şerdən danışır, nəsri bilməyən roman yazır. Heç nə yaza bilməyən də təhqir edir. Belə anormal bir vəziyyət yaranıb. Hər kəs də özünü haqlı sayır. Şəxsi münasibətləri təhqiramiz formada mətbuata çıxarmağın qəti əleyhinəyəm. Tənqid yazanda da oxucu bilməlidir ki, bunu ədəbiyyat adamı yazıb, taksi sürücüsü yox.

- Yazar və ateist...

- Yazar ateist ola bilər və mən buna normal yanaşıram. Mən ateist deyiləm, amma həmişə dini fanatizmin əleyhinə olmuşam. Həmişə də bunu qarışdırırlar. Mirzə Fətəli Axundova ateist damğası vuranlar da nadan adamlardır. Fanatizm dağıdıcı qüvvədir və Axundov da buna qarşı döyüşürdü. O, heç vaxt Nitşe kimi Allahı inkar etməyib. Ateist hərfi tərcümədə “allahsız” deməkdir. İslam tarixində Allahın varlığını birmənalı şəkildə inkar edən şəxsin adı yoxdur. Belə bir adam olmayıb. Amma fəlsəfə tarixi bu adlarla zəngindir. Epikur, Didro, Şopenhauer, Haydeger, Rassel, Sartr, Kamyu və sair. Bu, bir fəlsəfi konsepsiyadır. Onlar yer üzündə mütləq həqiqət və ədalət axtarışlarının nəticəsi olaraq bu yola gəlib çıxıblar. Amma Şərqdə vəziyyət tamam başqa cürdür. Şərqdə fanatizm, xurafat insanları uzun müddət əzib. Bundan xilas olmağın yeganə yolu maariflənmə idi və Axundov da bu mərhələnin başlanğıcını qoydu. Mirzə Cəlil də bu yolu davam etdirdi. Rəhmətlik Rafiq Tağı da,- baxmayaq ki, Mirzə Cəlilə münasibətdə onu “kollaborasionist” adlandırmışdı,- eyni missiyanın davamçısı idi.

- Kənan Hacı AYB sıralarını niyə tərk etdi?

- Mən orada özümə qarşı ögey münasibət gördüm. Ona görə də getdim. AYB-nin üzvü olmamışdan əvvəl də, üzv olandan sonra da Yazıçılar Birliyindəki anormal vəziyyət haqqında həmişə kəskin yazılar yazmışam. Buna görə mənə qarşı həmişə soyuq münasibət olub. Çoxları deyir təqaüd almadı deyə çıxdı. Mən o təqaüdü ala da bilərdim, Anarı tərifləyib, Fikrət Qoca haqqında tərifnamə yazıb çox asanlıqla təqaüd siyahısına düşə bilərdim. Amma mən bu yolu seçə bilməzdim. Çoxları dedi gəl üzr istə, de ki, əsəbi olmuşam, Fikrət Qoca haqqında yazı yaz, vəsiqəni qaytarsınlar. Bu sözü mənə deyənlər olub. Bunlar belə şeylərə öyrəşmiş adamlardır. Bu yolla mükafat da alırlar, evləri ola-ola həyasızcasına yenidən adlarını ev siyahısına da saldırırlar. AYB-də çox iyrənc oyunlar gedir. Bu təşkilat indi də mənəvi repressiya siyasəti yürüdür. Şərif Ağayarın oradan xaric edilməsi bunun sübutudur. Nə var, nə var, zarafatla Fikrət Qoca haqqında deyib ki, o, hələ ölməyibmi. İllərlə yığdıqları nifrəti Şərifin üstünə püskürdülər. Belə bir təşkilatın üzvü olmaq üzqarasından başqa bir şey deyil.

- AYB və Azad Yazarlar Ocağı üzvləri öz aralarında nə dərəcədə səmimidir?

- Bəzi istisnalarla səmimi deyillər.  /virtualaz.org/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.