Səlim Babullaoğlu: “Məni ruhdan salmaq istəyirdilər” – MÜSAHİBƏ
03.07.13

Səlim Babullaoğlu: “Ümid edirəm, “Dünya Ədəbiyyatı” jurnalının təkrar nəşri qurultayqabağı aksiya olmayacaq”

Azərbaycan Yazıçılar Birliyinin təsisisi olduğu “Dünya Ədəbiyyatı” jurnalı 5 illik fasilədən sonra yenidən nəşr olunacaq. Jurnalın baş redaktoru, şair Səlim Babullaoğlu ilə müsahibədə dərginin bundan sonrakı fəaliyyətinə aydınlıq gətirməyə çalışdıq.

- İlk olaraq sualım sizin jurnalın çapının dayanması ilə bağlıdır. Niyə jurnalın çapı dayanmışdı?

- Bilirsiz, jurnalın çapının dayandırılması, yaxud dayanması məndən asılı, mənimlə bağlı məsələ deyildi. Mənim masamın üzərində indinin özündə jurnalın 2-3 sayına bəs edən qədər tərcümə mətnləri var. Qaldı sualınıza, yəni niyə dayandırıldı? Mən bunu əsaslı arqumentlə izah edə bilmərəm. Səbəb kimi maliyyə məsələləri göstərilirdi. Bu mənə görə həmişə qeyri-ciddi səbəb olub. 

- Bəs ciddi səbəb nə idi?

- Bilmirəm. Jurnalın məsələsini mən dəfələrlə Azərbaycan Yazıçılar Birliyinin katibliyində, fərdi söhbətlərdə qaldırmışdım. Yazılı, şifahi. Görünür, elə adamlar vardı ki, bizim işimizi görməzdən gəlmək istəyirdilər, belələri yenə də var, rəy yaradırdılar və sairə. Məni ruhdan salmaq istəyirdilər. Amma jurnal dayansa da, biz işimizi saxlamadıq, aşağı-yuxarı 25 kitab çap elədik dünya ədəbiyyatından. 

Sonra “525 kitab seriyası”nın redaktoru kimi o seriyadan 9 kitab dünya ədəbiyyatından çap elədik. Azərbaycan müəlliflərinin əsərlərinin xaricdə təbliği və nəşri, tərcüməsi işində xeyli iş gördük, aşağı-yuxarı 30 jurnal-kitab nəşri gerçəkləşdirdik. 10-12 beynəlxalq tədbirin keçirilməsinə nail olduq. Səfirliklərlə, beynəlxalq fondlarla işlədik. Bir sözlə, işimizi davam elədik. Bu gün də edirik, sabah istənilən başqa formatda da bu işi davam etdirəcəyik. 

- Jurnalın yenidən nəşrə başlaması qərarı niyə verildi?

- Mən bu məsələni çox qaldırmışam. Deyirsiz, niyə qərar verildi ki, jurnal nəşr olunsun. Onun dünən dayandırılmasının əsaslı arqumenti olmadığı kimi, bu gün nəşrinin də arqumenti olmamalıdır. Jurnal yaradılıbsa, demək, nəşr olunmalıdır. 

Ümid edirəm, bu, qurultayqabağı birdəfəlik aksiya olmayacaq. Hərçənd gizlətməyim, mən bu il üçün bir say nəşr etməyi düşünürəm, amma istəyərdim ki, junalın nəşri mütəmadi hala gəlsin, ona daha gənc, enerjili, başqa adam rəhbərlik eləsin sonra.

- “Dünya ədəbiyyatı” nə qədər tirajla çap olunurdu? Digər jurnallardan nə ilə fərqlənmək istəyirsiniz? Oxucu kütləsi yığmısınızmı?

- Biz dəbə köklənmiş, vərdiş olunmuş müəlliflərin əsərlərinə üstünlük vermədik heç vaxt. Jurnalı yaradanda elə müəllifləri və əsərləri təqdim etməyi düşünürdük ki, təkcə sıravi Azərbaycan oxucusu üçün yox, həm də peşəkarlar üçün təzə olsun. Buna da nail olduq. XX əsrin II yarısının müəllifləri üstünlük təşkil edirdi. Bundan sonra əgər jurnalın nəşri mütəmadi olacaqsa, bu prinsipə sadiq qalacağıq. 

Biz Azərbaycan oxucusuna Miloş, Sepehri, Herbert, Oden, Bərahəni, Paviç, Züskind və onlarla başqa müəllifləri qazandırdıq. Orxan Pamuku ilk dəfə biz çap elədik. Ümumiyyətlə, müstəqillik illərinin ilk tərcümə kitab seriyasını yaratdıq. Az əvvəl bəzi başqa işlərimizdən danışdım. 

Əlbəttə, oxucularımız var. Düzdür, tiraj böyük deyil, 300-500. Amma məncə, bu tirajı 1000 -ə qədər qaldırmaq olar və marketinq işi düzgün qurularsa, bu tiraj özünü doğruldar. Bizim nəşr olunan saylarımızın daimi oxucuları vardı. Düşünürəm, bundan sonra da olacaq. Yaşayarıq, görərik. Jurnalın daimi işci ştatı yoxdur.  İdarə heyəti var, əlbəttə. Həm yerli, həm də beynəlxalq redaksiya heyəti. Biz bütün bu məsələlərə yenidən qayıdacağıq. 

- MKM-in nəticələri açıqlandı. Bu barədə fikirlərinizi bilmək istəyərdik. Bir ədəbiyyatçı kimi nəticələrdən razısınızmı?

- Ümumiyyətlə, mən bu hadisələrdən uzaqda qalmaq istərdim. Bütövlükdə  isə Zakir Sadatlının qələbəsini obyektiv hesab edirəm.Allah ona rəhmət eləsin. O yaxşı nasirdi, publisistdi.

- Bəzi yazarlar deyir ki, son dövrlər ədəbiyyatda sakitlik, süstlük müşahidə olunur. Sizcə, bu belədirmi? 

- Razı deyiləm. Köklü şəkildə doğru deyil. Ədəbiyyatımız dinamikdir. Maraqlıdır. Rəngarəngdir. Bəlkə, heç vaxt olmayan qədər. Sadəcə adamları televiziyanın, şou proqramların estetikası korlayıb. Onlar nə gözləyirlər?  Gözləyirlər ki, kitablar kitab rəflərində qışqırsınlar. Desinlər ki, “şok”, “şok”, “az sonra...” Ya da, eey, bizi oxuyun, anlayın. Elə şey yoxdur. Bizim adamların  böyük əksəriyyətinin təfəkkürə təhəmmülü yoxdur, tabı yoxdur. Kitablar elə  onun üçündür ki, qışqırmağı tərgidəsən, pafosu unudasan. Hər şey çox  yaxşıdır. 

- “Yazmaq nədir? Siz yazanda hansı hissləri keçirirsiniz?” kimi suallara münasibətiniz yaxşı olmamalıdır...

- Yox, niyə... Baxır sualı kim verir... İroniya ilə sual verən ironik, ciddi sual verən isə ciddi cavab alır. Əslində o suallar ciddi suallardır. Yəqin həm bu sualların ciddiliyi, həm tez-tez verilməsi mənə “Müsahibə” adlı şeir də yazdırıb. “Polkovnikə heç kim yazmır” kitabına daxil edilib həmin şeir.

- Öz yaradıcılığınız barədə soruşmaq istəyərdik. Yaradıcılığınız nə yerdədir? Hansısa yeniliklər gözlənilirmi?
- Yaradıcılıq, xüsusən şeir yaradıcılığı planlı fəaliyyət deyil. Sporadik hadisədir daha çox. Odur ki, mən hər gün 1-2 saat özüm üçün hökmən nəsə oxumağa cəhd edirəm, oxuyuram və bunun da əksər hissəsi şeirin payına düşür. Həm dünya şeirindən, həm özümüzünkülərdən. Üstəgəl, gündəlik məcburi işləri, redaktə və tərcümə oxuları. Hər gün nələrisə düşünürəm, qeyd edirəm. Müşahidələri, oxuduqlarımla polemik xarakterə malik olan qeydlərimi edirəm. İşsiz durmuram. 

Daha çox redaktələr edirəm, dilimizə əsərlər çevirirəm. Bir neçə kitab hazırlayıram. Tərcümə kitabları. Köhnə tərcümələr var ki, onların təzə nəşrlərini redaktə edirəm.
Amma indi belə deyək, işçi adı “Poetik təqvim” olan növbəti şeir kitabı üçün şeirləri düşünürəm. Onların yeddisi yazılıb. Beşi də yazılmalıdır. Kitabın konsepsiyasına uyğun əlbəttə.

- Yaxın günlərdə "Polkovnikə heç kim yazmır" adlı şeir kitabınızı təqdim  etdiniz, oxucuların ixtiyarına buraxdınız. Kitab necə qarşılandı?

- Bilirsiz, bu suala bir dəfə cavab vermişəm. Mən məhsuldar adam deyiləm.   

Şair kimi. Və hətta hesab edirəm ki, şair məhsuldar olmamalıdır. Yəqin ona görə ki, şeir sənaye üsulu ilə yazılmır, olmur. Yəni, deməyim budur ki, mənim o  kitaba daxil elədiyim şeirlər mətbuatda, saytlarda çap olunmuşdu və mən zövqünə inandığım adamların, peşəkar ədəbiyyatçıların və oxucuların əksərən rəyini bilirdim. Mən bilirəm ki, mənim şeirlərimi hansı tip oxucular qəbul edə bilər, kimlər isə yox. Odur ki, indi mənim razıyam, narazıyam deməyim artıq olardı. 
Oxucular kitabı aldılar, 150-ə yaxın kitab alındı. Xeyli pozitiv çıxışlar da oldu. Bu gün də var. Sonra nolacaq?! Bunu birmənalı  demək olmaz. Sevənlər də olacaq, qəzəblənən də. Amma mən yazdıqlarıma görə narahat deyiləm və bu 15 ildir belədir.

Əvvəllər mənə tez-tez deyirdilər ki, sənin şeirlərində həyat yoxdur və sair, bu da məni hirsləndirirdi, lap düzü, hirsləndirmirdi, anlaşılmaz vəziyyətə salırdı. 

Heyrətləndirirdi. Sanki opponentlərim bütün oxuduqları müəlliflərin yazılarında öz həyatlarını görürlər. Sonra isə bir şeirimdə belə bir şey yazdım, daha çox özümü həmin məntiqsizlikdən və anlaşılmazlıqdan xilas üçün:

Bilirsiz, uşaqlar, mənə şeirlərində həyat yoxdur deyirlər,
Bilirsiz, onlar həyat deyəndə yalnız özlərini, 
Yalnız öz ömürlərini nəzərdə tuturlar, 
Mən onları qınamıram, 
Çünki onların başqa həyatı yoxdur
Və bu daha yaxşıdır...

Elmin Bədəlov

/teleqraf.com/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.