Rəhim Əliyev - Balaca mənaların həqiqəti
02.07.13

Son otuz ildə Akademik dram teatrın yaradıcılıq fəaliyyəti çox da zəngin görünmür. Cəmiyyətimizin yaşadığı böyük tarixi problemlər bu teatrın səhnəsində lazımı miqyası ilə səslənə bilməyib. Bəziləri bu binaya heç gəlib çıxmayıb. Bunun səbəblərini  müxtəlif cür axtarmaq olar. Əlbəttə, teatrın özünün də ciddi yaradıcılıq problemləri vardır. Bu sənət ocağı öz yeni tarixindəlidersizlik problemini yaşayıb. Qəribədir ki, bura cəmiyyət psixolojisindən gələnbu əngəl hələ də aradan qalxmayıb.

Amma o biri tərəfdən, həyatımızdakı dramatik tarixi hadisələri yazan dramnəvis qələmi də qəhət olub. Bu isə ümumu milli düşüncədən gələn bir qüsurdur. Son otuz ildə başımıza gələnləri bizim ictimai fikir heç də aydın anlamayıbdır, çox vaxt hadisələrin ardınca sürünməli olmuşuq.

Bəlkə buna görə teatr mühitindəki yeni dirçəlmə faktları tarixi problemlərlə, onun necə dərk olunmasının müxtəlif yozumları ilə bağlı ortaya gəlir. Belə faktlardan biri də Kamal Abdullanın yaxınlarda ictimai baxışı olmuş “Şah və Şair” dramının tamaşasıdır.

Əsərdə əsas hadisələr tarixi planda, Şah İsmayıl Xətainin bioqrafiyası ətrafında baş verir. Amma Kamal Abdullanın nəsr və dramaturji yaradıcılığını izləyənlər bilir ki, o tarixim övzular yazıçısı deyil. Bu müasir, təpədən dırnağa zamanla nəfəs alan bir ədəbi hadisədir. Onu tarixə aparan şübhəsiz ki, son otuz ildə basımıza gələn tarixi dövrü anlamaq istəyindən ibarətdir. Həmişə belə olub: böyük hadisələrin müasirləri bu hadisələri anlamırlar, ana görə onlar barədə versiyalar, tarixi subyektlərin səhvləri və büdrəmələri versiyası kimi danışırlar. Kamal Abdullanı maraqlandıran suallardan biri bunun nədənidir.
Lakin xatırlayaq ki, onun hələ sovet dönəmində balaca ekperimental səhnələrdə başlanan dram yazma təcrubələri müasir ziyalı obrazı ilə bağlı idi. Emosional, amma hər şeyin dibinə baxmaq istəyənbu ziyalı tipi insanları sevir. Elə bu cevgiyə görə ciddi dəyər verdiyi, öziçinə yaxın bildiyi adamların dramatik seçimləri, tərəddüd və qeyri ardıcıllıqları, xəyanət və soyuqluqları onun süjetlərinin əsasını təşkil edirdi. Ziyalı vəabsurd mühit, süjetsiz mühit, ülfət və xəyanət, dərinə getdikcə insan münasibətlərin də birmənalılığın itməsi Kamal Abdullanın ziyalı qəhrəmanını ağrıda-ağrıda yaşadan, hər addımda ayağına dəyib onu incidən əsas mənəvi problemlərdir. Onun əksər əsərlərindən keçən əlyazma obrazları hamısı mühit haqda cəmiyyət və insan haqqında versiyalardan, variantlardan ibarət kitablardır. Bu kitabların, əlyazmalarının ağrılı paradoksu sadə və o qədər dədolaşıq ömür qənaətidir: adamlarda, hətta onların bizə ən əzizlərində (mühitdə) məntiqsizlik, qırıqlıq daha çoxdur. Əlbəttə məntiqdən və birmənalılıqdan çoxdur.

Buradakı müasir qəhrəman– professor Şah İsmayıl Xətai dövrü ilə məşğuldur. O bu mürəkkəb dövr haqqında müxtəlifversiyaları öyrənir, üstəlik özünün də içi şübhə və tərədüddlərə meyllidir. Onagörə müasir qəhrəmanı Səfəvilər dövrünü öyrənən alim olması tamaşada bir qədər şərti oxunur. Çünki pyesin qayəsi Şah İsmayıl şəxsiyyəti ilə bağlı deyildir. Xətai burada versiyaları, tarixi yorumlamağın vasitəsi kimi alınır.
 
Bunu fakt və tale kimiyaşayan müasir ziyalının dramlarla, ağrılarla, məyusluqlarla dolu olan içi Kamal Abdullanın bədii yaradıcılığının əsas fikir mənbəyidir. Onun qəhərmanları ömru boyu dünyanın məntiqini axtarırlar. Buna ziyalı və dünya kitabı, alim və əlyazmadramı şəklində görürük. Amma yaşamda məntiqsiz, qeyri ardıcıl və qırıqyaşayırlar. Eelə bil ağıl onların həyatında ancaq kitab oxuyanda iştirak edir. Bu paradoksları yumşaltmaq üçün Kamal Abdulla müasir ziyalıdan danışmaq üçün tarixi illüstrasiyalar, prototiplər axtarır və tapır. Onun tarixə marağı təxminən belədir.

Bu səbəbdən Kamal Abdullateatr üçün də asan müəllif deyildir. Onun dramlarında zahiri hərəkət az, daxili dram isə çoxdur. Bu çoxu gerçəklətməyə, səhənədə göstərməyə böyük rejissorfantaziyası lazımdır. Əlbəttə səhnədə psixologiyanın göstərilməsi sahəsində böyük təcrübələr var. Amma bu, bizim səhnəyə az aiddir. Hüseynağa Atakişiyev və Vaqif Həsənovdan xaric bizdə belə təşəbbüslər zəif olub. Olanlar daqeyri-formallar kimi qiymətini almayıb, teatr mühitində dəyər kimi rəsmiləşməyib. Xüsusilə Akademik teatrda. Burada ən çox yarımromantik səs-küy və bir də liriküslub olub. Ona görə Kamal Abdullanın psixoloji absurd janrına yaxın olan tamaşası xeyli üslubi  axtarışlar ortaya çıxarmışdır. (hərçənd ki, bəzi aktyorlar romantik çığırtıdan yenə uzaqlaşabilmirlər). Tamaşada komizm və rişxənd azdır, tamaşanın məntiqi isə bunu tələbedir.

Tamaşanın rejissoru Mikayıl Mikayılovun mərhum  Vaqif Həsənovun tələbəsi olması təsadüfi deyildir. Onun bu çətin dramı səhnələşdirmək cəsarətinin özü qiymətə layiqdir. Ortada rejissorun yaradıcı cəsarəti, ardıcıllığı, yaradıcı işkörmək əzmi görünür. Bu əzm müdafiə olunsa, o səhnəyə xidmət edə bilər, müəllimikimi yaradıcı düşünən adamları ətrafına toplaya bilər. Rişxəndlər bəhərsizdir, iş görmək təşəbbüsü isə heç olmasa çığır açır.

Hərçənd ki, Akademik teatrın üslub ştampları, artistlik və replika söyməmə tərzi, ekssentrik aktyor tryuklarından qorxu psixologiyası tamaşanın birmənalı bir üslübda səsləınməsinə maneçilik törədir. Amma Kamal Abdullanın köməyi ilə olsa da, cəbhə yarılmışdır. Ortada yeni üslublu və yeni dramaturgiyalı bir tamaşa artıq vardır. Ordaşalışanlar bilməlidir: çoxüslubluluq, saxta monumentalizmidən uzaqlaşma burdaçalışan hər bir yaradıcı adam üçün də işıq ucudur. Yalançı ciddiyyət üslubunuatmaq lazımdır, dünyada teatrın TV və internetlə necə çarpışdığnı qulaq ardına vurmaq olmaz. Gələcək baş nazirlərdən biri teatr haqqında azərbaycan kişisinin ağlına xas qərar da verə bilər.

Lakin indiki halda tamaşanın əsas zəifliyi Şah İsmayıl xəttinin kifayət qədər romantik görünüşdən çıxarılmamasıdır, onun tam profanasiya edilməməsidir. Bu ən azı Şah İsmayıl xəttinintarixi həqiqət kimi qavranılmasının qarşıını almaq üçün lazımdir. Əks halda tamaşanın fikir düyünü doğru təsəvvür edilə bilməz tamaşaçı tərəfindən. Əgər tamaşa onu görənlər tərəfindən Şah və Şair Xətailərin iki müxtəlif adam olmasını təsdiqləyən konsepsiya kimi qəbul edilərsə, bu, uğursuzluq olar. Tamaşanın rəssam işi də buniyyətə daha çox xidmət edə bilərdi.

Tarix mistika deyil.  Onu anlamaq üçün yer kürəsindəki altı milyardxırda adamdan heç olmasa birinə diqqətlə göz qoymaq gərək. Çünki bir adamınömrünün mənası nədirsə, tarixin mənası da təxminən odur. Kamal Abdulla üçün dətarix əsasən onun  içi qanıq ziyalısının taleyiprizmasından görünənlərdi. Hər halda, tarixin mənasını anlamaq üçün əlimizdəbaşqa faktlar yoxdur, balaca adamların ömür tarixçələrindən cavayı ciddi  əsaslar yoxdur.

Konkret pyesin və tamaşanın süjetinə qayıtsaq, burada  hadisələr ikiplanda: müasir və tarixi planda gedir. Tarixi plan yazıçının artıq dünyda tanınan “Yarımçıq əlyazma” romanında olduğu kimi, Şah İsmayıl Xətai dövrü və bu tarixi şəxsiyyətin bioqrafiyası ilə bağlıdır. Tarixi planda  pyes Xətaini Çaldıran döyüşü ərəfəsində göstərir, əsərin finalı isə bu döyüşün Xətai üçün şəxsi nəticələri üzərinə qayıdır. Burada isə aydınlanır ki, bu pyes də dramaturqun yuxarıda xatırlatdığımız  insanın qırıqlığı və xəyanəti fabulasının variantıdır.

Xəyanət motivi Şah Xətai ilə Lələ Hüseyn bəyin, Xətai ilə Vəzirin, Xətai ilə şair Bənzərinin münasibətlərində variantlaşır. Tarixi mənbələrdə Çaldıran ərəfəsində şahla Lələ Hüseyn bəyin münasibətlərində problemlər olması mənasında eyhamlar vardır. Onun əsirlik də olması və qayıdışı barədə versiya tarixdə yoxdur. Dramda bu,  bir şey üçün lazımdır:  gəlib xəyanətlərin üstünü açmalıdır, sadiqliyin mümkünlüyünü təsdiqləməlidir. Dramaturqun buna ehtiyacı vardır. Amma mütləq sədaqət mümkündürmü? Özü də mütləq, böyük “məna” olmadığı halda?!

Pyesin müasir planı isəyazıçının digər iri əsərlərinə yaxın olsa da, buradakı professor obrazı tamaşaüçün açar rolunu oynayır. Tamaşada o tarixi ülüstrasiyanın,  versiyanın yozumçusudur. Onun rolunu ifa edən Vidadi Həsənovun tamaşanın uğurunda xeyli payı vardır. Aktyor oyunu cəhətdən vəzir rolunun ifaçısı da səhnə hərəkətinin mənalı və dəqiq olması ilə seçilir.

Diqqətlə baxdıqda aydındırki, Kamal Abdullanın pyesinin mühüm xətti ümumiyyətlə tarixi, dar mənada isəadamları necə anlamaq problemindən bəhs edir. Konkret adamların bioqrafiyası vətarixçəsi isə ancaq qoyulan sorumları anlamaq üçün illistrasiya xarakteri daşıyır. Biz Xətai dövrü haqqında nə bilirik?

İki cür bioqrafiyalar bilirik. Onların bir hissəsini Sultan Səlimin məddah-katibləri, ikinici qismini Şah İsmayilın məddah-katibləri yazıb. Onlardan birinin bilmək, təxminən heç nə bilməməyə bərabərdir. Çünki məddahın yazısında həqiqət az olur. İkisini də biləndə qarşımıza iki versiya çıxır. Nə var tapıb oxusaq, üçüncü dördüncü və sairversiyalar meydana çıxır. Bu versiyalar nədir? Bunlar həmin altı milyarddan birini götürdüyümüz balaca adamın tarixi bilgisidir. Bu bilgi mətn şəklindəqarşımıza çıxanda, ona deyirik versiya.

Bəs tarixçi kimdi? Mistifikasıyanı atsaq, bəli, o da o altı milyard balaca adamdan biridir. Həminməktəbdə, həmin kitabları oxuyub, o da “düz!”– deyəndə dərslikdə yazılanları nəzərdə tutub. Halbuki, dərsliyi də həmin altı milyard balaca adamdan biri yazıb. Bəzikitablar deyir ki, müqəddəs kitabları da balaca damlar yazıb. Bax, burada dairə deyəsən bağlanır. Versiyalar çoxalır, amma onlar arasında məna fəqləri yoxalır!

Axtarişlardan yorulmuş,tarixin qlobal mənasını tapa bilməyən professor tamaşadaki iki Şah İsmayıl versiyasından özü üçün nəticə çıxarır. O tarixin qlobal mənasından imtina edir, tarixdəki qırıqlığı, yekmənalığı bərpa etmək iddiasından əl çəkir. Bunun əvəzinə öz fərdi alim içi üçün kafi olan tarixin balaca mənasını tapır. Bu, hadisələrinbalaca adamın içi üçün aktual olan baxımlarıdır. Onun tapdığı məna ancaq onun içindədir və ancaq onundur. Yəqin sözlərin də , ədəbi obrazların da, mətnlərində, dünya kitabının da mənası belədir.

Elmdə Xətainin heç zaman şair olmadığını iddia edənlər çoxdan var. Bu o deməkdir ki, onun kitablarındakı şerlərin müəllifi Şah İsmayıl yox, qeyri adamdır. Belə düşünənlər də var. Amma bu düşüncə dünyanın heç bir böyük həqiqətini, böyük mənasını yox etmir, dünyanın mənasını azaltmır. Burda artıq absurd çığırı açılır. Kimin içi üçün maraqlıdırsa, orabaş çəkə bilər.

Kamal Abdullanın pyesindəki professorun içini belə mənalar narahat edir. O zamanə adamıdır, ədəbi fikrimizdə təzə bir şəxsdir. Tamaşaya gedənlər onunla daha yaxından tanış ola bilərlər. Görərlər ki, miflər, həqiqətlər, mənalar və xəyanətlər adamları yaşadan alətlərdir. Bəziləri onlardan lap çəlik kimi istifadə edir. Birinin az, binin çoxluğu fərqeləmir. Fərq içimizdə doğan ağrılardadır. Onların da deyəsən, böyük  mənası yoxdur. Balaca – var.

Avanqard.net

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.