Fərid Hüseyn - Kəsilmiş ağaclar girməsin yuxuna...
02.07.13
Söhbət
I – Gözlərinə nə yaman qan damıb - deyirəm Cavabım ağır olur: – Tale göz dağına dönür yaşadıqca. – Niyə yatmırsan, gecdi. – Yuxularımdan qorxuram bir az... – Nə görürsən ki? – Kəsdiyim ağacları görürəm, görürəm ki, sular ağacların ardıyca ağlayır, - günahkarıq hamımız... – Kəsdiyin ağaclar haqqı, qoca, mənlik bir şey yoxdu. bacılarını ata dəyişdilər, bu “qəhrəmanlar” da. Mənsə onlara Lermontov ürəyiylə yandım.
II – Oğul, təklik nədi? – Bilirəm, bir az. – Yox, bilmirsən hələ, təklik – Tanrı yetirənlərin hamısına “mənimdi” deməkdi, bölüşməməkdi. – İllər unutdururmu heç? –Sənə baxanda özümü xatırlayıramsa, bunun harası oldu unutmaq. – Baba, necə yaşayım bəs? – Elə yaşa, kəsilmiş ağaclar girməsin yuxuna, sular ağlamasın ağacların ardıyca.
|