Aqşin Yenisey - Kitabı qoruyan dana
28.06.13

Ta ibtidai icma quruluşundan üzü bu yana el arasında belə bir söz-söhbət hərlənir ki, guya, Azərbaycan xalqı şair xalqdır; bəri başdan deyirəm: tamamilə cəfəngiyyatdır. Azərbaycanda ən hörmətsiz, urvatsız, adı çəkiləndə adamları gülmək tutan, yaxud kiminsə heç tükü tərpənməyən bir zümrə varsa, o da şairlərdir. Bizim ölkədə şair və yazıçıların iki növü geniş yayılmışdır. Dövlətə yaltaqlanıb varlanan və cəmiyyətdə yaltaqlıq hesabına yığdığı var-dövlətlə özünə hörmət qazanan, məclislərdə həmişə yuxarı başda əyləşənlər, yeməyin yağlı yerindən yeyənlər və heç kimə, hətta özünə də yaltaqlanmayıb bütün günü ucuz kafelərdə ucuz araq içib dilənçi kökündə yaşayanlar. Yaltaq və varlı şairlər yaltaqlanmayan kasıb-kusub şairlərə ad da qoyublar: lümpenlər. Yəni səfillər, dilənçilər, qaraçılar və s.

Azərbaycanda şair dedikdə insanların gözünün önündə bax bu iki tip canlanır: biri evi, bağ evi, xidməti maşını, vəzifəsi, orden-medalı, təqaüdü, yekə qarnı, katibəsi olan, amma ləyaqəti, vicdanı olmayan üzüşümal, odekalonlu şairlər, o birisi isə quru vicdandan və ləyaqətdən başqa heç nəyi olmayan, kirayədə yaşayan, heç yerdə işə götürülməyən, cibində Allahın heç siçanı da oynamayan, hətta evdə arvadının da zəhləsi gedən mağmın şairlər. Birincilər öz istedadlarını - əgər olubsa – pula satanlar, istedadlarını özlərinin məişət rahatlığına qurban verənlərdir, ikincilər isə özlərini istedadlarına qurban veriblər. Xalq arasında daha çox lümpen, yəni yoxsul şairlər gözə göründüyü üçün adamların təsəvvüründə belə bir şair obrazı var: küllükdə eşələnən, toyuq kimi üst-başı kirli, üz-gözünü tük basmış qulyabanıya oxşayan, ağzından həmişə araq, çaxır qoxusu gələn iyrənc bir məxluq. Heç kim onu evinə dəvət etmir, dostları belə ona yalnız araqpulu verməklə kifayətlənirlər. Murad Köhnəqala demiş, əgər yaltaq və varlı şairin adı İbrahimdirsə, xalq ona “İbrahim müəllim” deyə müraciət edəcək, hətta bir az belini əyəcək, yox əgər lüt-üryanın biridirsə, ona “ə Irvahım” deyib üstünə çımxıracaq. Bu, məsələnin birinci tərəfi, keçək ikinci tərəfinə.

Şeir Azərbaycanda ən ucuz yazı janrıdır. Bir ədəd adi kənd yumurtası şeirin bir misrasından bahadır. Cox az mətbu orqan var ki, heç olmasa, şeirə qəpik-quruş verir. Şairlər öz kitablarını kənddə saxladıqları dananı satıb nəşr etdirirlər. O dana olmasaydı, Azərbaycanda ədəbiyyatın, kitabın nəsli çoxdan kəsilmişdi. Biz bu gün pis-yaxşı ədəbiyyatımızın mövcud olmasına görə kənddəki o danaya minnətdar olmalıyıq. 

İşə bax, demək, bizim şair həm yazır, həm dilənib ondan-bundan pul yığır, kitabını çap etdirir, həm də düşüb onu qapı-qapı havayı paylayır. Hətta bizim oxucular havayı verilmiş kitabı oxumağa da ərinirlər. Ya kitabı alıb laxlayan masanın-zadın ayağının altına qoyurlar, ya da şairə deyirlər ki, sən ölənlərinin goru, gözümüz seçmir, hündürdən oxu, qulaq asaq, görək orda nə uydurmusan. Bu da sənə şair xalq!
Çar Rusiyası dövründə şair və yazıçıları edam edən, sürgünə göndərən imperiyanın təqiblərinə biganə qalan rus xalqı haqqında o dövrün ziyalılarından biri – adı yadımdan çıxıb – bu biganəliyin səbəbini belə izah etmişdir: rus xalqı həmişə istedad doğa biləcəyindən arxayındır, ona görə bu edamlara, sürgünlərə biganədir. 

Bəlkə, bizim xalqda da belə bir genetik arxayınlıq var, ona görə öz istedadlı övladlarını göz görə-görə acından qırır. Bu da məsələnin ikinci tərəfi.

Üçüncüsü isə oxucuların öz tənbəlliklərinə haqq qazandırmaq üçün bəhanə gətirdikləri iradlarıdır. Onlar deyirlər ki, şair və yazıçılarımız zəif yazırlar, ona görə oxumuruq. Yaxşı, tutalım, yerli yazarlarımız zəif yazır, mən razı. Türk yazarı Orxan Pamuk Nobel ödülü alanda bütün dünya ondan danışırdı, kitabları milyon tirajla çap olunur və satılırdı. Bizim naşirlərdən biri bu fürsəti əldən verməmək üçün Pamukun bir kitabını nəşr edib dükanlara payladı və əmin oldu ki, oxucular kitaba görə növbəyə düzüləcəklər. Ancaq çox keçməmiş peşman oldu; kitab nənəmin köhnə cəhrəsi kimi dükanların küncündə yuxuya getdi, həmişəlik. /simsar.az/

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.