Fərid Hüseynin “...qandalı görməsin” kitabı haqqında qeydlər
27.06.13

Kənan Hacı yazır...

Fərid Hüseyn poeziyanın yolunu “Əlifba sırası”yla getməyə başladı. Bəzən yavaş-yavaş, bəzən tələsik... Yol getmək də ibadətin bir formasıdır. O, bu yola çıxanda heç ağlına gəlməzdi ki, sakit, lakin qətiyyətli addımlarla irəlilədiyi bu yol onu Təbriz zindanına aparıb çıxaracaq. Onun şair  taleyində gənc ikən qandalı görmək də varmış...
 
O, İranda qələm dostu Şəhriyar Del Gerani ilə birlikdə həbs olunandan azad olduğu günə qədər bu taydakı qələmdaşları çox narahat, üzüntülü, səksəkəli günlər yaşadı. Hər gün xoş xəbər gözləyirdik. Onların azad olunacağına inanırdıq. Bəzən ümidsizliyə qapılanlar, onların edam olunacağını deyənlər də olurdu. Amma biz onların həbsiylə bağlı müəmmalara içimizdə min bir yozum, izahat verə-verə azad olunacaqları günü gözləyirdik.
 
İndi artıq o üzüntülü, narahat günlər geridə qalıb. Fərid Hüseyn zindandan qayıdandan sonra isti-isti həbsxana xatirələrini yazdı. “Qandalı görməsin” adlı bu kitab indi böyük maraqla oxunur və yəqin ki, Təbrizdə həbs olunan ilk Şimali Azərbaycan şairinin yazdığı bu sənədli kitab ədəbiyyat tariximizin ən əhəmiyyətli faktı olaraq qalacaq.
 
Bu kitabın əhəmiyyəti bir də ondadır ki, İran həbsxanası haqqında Azərbaycan oxucusuna ilk dəfə dolğun, müfəssəl bilgilər verir. Mən bu kitabı çox böyük həyəcanla oxudum,  bəzi məqamlarda qəhərləndim, içimə ağırlıq çökdü. Özümü bir anlıq həbsxana divarları arxasında hiss etdim... Fərid kitabın əvvəlində yazır:
 
“Şəhriyarın da eyni həbsxanada olduğunu bilmək üçün qəsdən verilən yeməkləri yemirdim ki, nəzarətçilər gələndə söz soruşmaq fürsəti əldə edim:
 
- O da mənim kimi iştahasızdı, heç nə yemir?
 
Nəzarətçi də deyirdi ki, “özünə baxma, ona daşdan yumşaq nə versən, o saat ötürür”. Beləcə, özüm üçün dəqiqləşdirirdim: hə, yeyirsə və nəzarətçilər onu görürsə, deməli, salamatdı və yaxınlıqdadı. Bir neçə gün sonra başqa bir üsula da əl atmışdım, yemədiyim halvanı nəzarətçiyə verirdim ki, Şəhriyara çatdırsın, bu da Şəhriyarın yaxınlıqda olmağını öyrənməyin bir yolu idi”.
 
“Qandalı görməsin” kitabı başdan-başa beləcə, ürək göynədən səhnələrlə doludur. Fərid bu kitabı ürəyinin qanıyla yazıb. Mən Fəridin eyni vaxtda çıxan digər kitabı – “Dözmək üçün məşq”ı həbsxana xatirələrindən əvvəl oxumuşdum və düşünürdüm ki, məhz bu kitab haqqında yazacağam. Amma bu yazını yazmağa başlayanda  “Qandalı görməsin”i də oxumaq ehtiyacı hiss etdim. Düşündüm ki, bu kitabı mütləq oxumalıyam. Və nə yaxşı ki, oxudum!
 
Fərid kitabın sonunda məhbəs həyatı yaşamış mərhum yazıçımız Çingiz Ələkbərzadənin “Zindan” romanının ön sözündən maraqlı bir sitat gətirir: “Həbsxanadan çıxandan bir il sonra bu əsəri yazmağa başladım. Birinci cümləni başlayan kimi elə bil məni təzədən tutub o cəhənnəmə saldılar, romanı qurtarana qədər, elə fərz eləyin ki, mən yenidən ikinci zindanda qaldım”.
 
Fərid bu kitabı yazmaqla könüllü olaraq ikinci dəfə “zindan həyatı” yaşamalı olub. İkinci dəfə Təbriz zindanında “yatmağa” məcbur olub. Amma zindan indiyə qədər hansı şairin iradəsini sındıra bilib, hansı şairin sözünə qandal vura bilib?! Məhbəs Xaqaniyə “Həbsiyyə”ni yazdırdı. Musa Cəlilə “Moabit dəftəri”ni, Nazim Hikmətə “İnsan mənzərələri”ni, Əziz Nesinə “Bir sürgünün anıları”nı, Xəlil Rzaya “Lefortovo gündəliyi”ni yazdırdı. Bu siyahını xeyli artırmaq olar. Bu yazını yazarkən və elə Fəridin kitabını da oxuya-oxuya tez-tez dəyərli şair dostumuz Adil Mirseyidin misralarını xatırlayırdım:
 
Yenə də Şərq şeirində gözəllərə xal yaraşır,
Dünyanın hər bir yerində şairə qandal yaraşır.
 
Şairin qoluna qandal vuranlar heç vaxt anlaya bilmədilər ki, onun düşüncəsini, təfəkkürünü, zehnini heç zaman buxovlamaq mümkün olmayacaq.
 
Mən Fəridin “Dözmək üçün məşq” kitabı haqqında yazacaqdım, amma gözlənilmədən həbsxana xatirələrini bir göz qırpımında oxudum və kitab məni silkələdi. Fəridin həbsxana həyatı da bir növ dözmək üçün məşq imiş... O, bu sınaqdan üzüağ çıxdı.
 
Gənc yaşda gözlənilmədən azadlığı əlindən alınmış insanın, şairin keçirdiyi sarsıntıları, ağrı-acıları yenidən yaşamaq və bu ağrıları sözə çevirmək ikiqat qəhrəmanlıqdır. Fərid özündə güc tapıb ədəbiyyatımızda unikal bir hadisə olan həbsxana xatirələrini yazdı.
 
Şairlər dünyanın ən azad insanlarıdır. Qoy dünyanın heç bir yerində şairlər qandal görməsin! /kulis.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.