İranda “Əliağa Vahid” kitabı Azərbaycan dilində nəşr edilib
27.06.13
İranda “Əliağa Vahid” kitabı ərəb qrafikalı əlifba ilə Azərbaycan dilində nəşr edilib.
Təbrizdə fəaliyyət göstərən “Axtər“ nəşriyyatının təqdim etdiyi kitabda böyük qəzəlxan şairimizin şeir və qəzəllərinin külliyyatı toplanmışdır.
Şairin “Deyirəm Azərbaycan”, “Yalvarma”, “Bilməliyəm mən” kimi məşhur qəzəllərinin də yer aldığı kitab 448 səhifədən ibarətdir. /AzərTAc/
|