Aysel Əlizadə - Telefonum susur, qapım döyülmür
26.06.13
Ad günü
Oturub tək-tənha öz otağımda, Sənin ad gününü qeyd eləyirəm, Əlim əl çəkməyir yaş yanağımdan, Sənin şərəfinə sağlıq deyirəm. Ömrünə daha bir il gəldi sənin Hələ neçə illər səndən uzaqdı, Mən sənin qonağın ola bilmədim, Bu gün, görən kimlər sənə qonaqdır? Telefonum susur, qapım döyülmür, Şamlar yavaş-yavaş əriyir, sönür Öz doğum günündə yerin görünür, Sənin ad gününü qeyd eləyirəm 1996
|