Qaracaoğlan - Bir quru sevdaya saldırdın məni
25.06.13
Məni
Haqqın qəndilində gizli sirr idim Anamın elinə endirdin məni. Ağ mürəkkəb idim, qızıl qan etdin Cürbəcür rənglərə yandırdın məni. Anamın qarnında mən nələr gördüm. Yeddi dərya gördüm, ümmana daldım Doqquz aylıq yoldan səfərə gəldim Bir qapısız xana endirdin məni. Mən də duydum, axır dünyaya gəldim Təmizlənib bələklərə bələndim. Bir yaşımda beşikləri əylədim Anamın südünə qandırdın məni Beş yaşında ağıl gəldi başıma On yaşında gedər oldum işimə. Bir zaman yetəndə on beş yaşına Bir quru sevdaya saldırdın məni. On beş yaşdan iyirmiyə yol oldu Otuzunda dörd bir yanım göl oldu. Qırxa çatdım, xeyir-şərim bəll oldu Xeyrimi, şərimi bildirdin mənə. Əllidə ömrümün yarısı keçdi Altmışımda yolum yoxşuşa düşdü. Yetmişimdə bir az təbdilim çaşdı Mərtəbə-mərtəbə endirdin məni. Səksənimdə vəsiyyətim yazıldı Doxsanımda qan damarım üzüldü. Yüz yaşımda əzalarım pozuldu Bir sabi-məsuma döndərdin məni Qaracoğlan der ki, yaxdın, yandırdın Əcəl şərbətini verdin, qandırdın. Əmr eylədin, Əzraili göndərdin Bir də yox dünyada dindirdin məni.
|