Səlim Babullaoğlu - Həmin qadına məktub
21.06.13
Mənə şəkil göndərdin uzun illərdən sonra, bəraətçün şəkillər görən, nə deməliydi? Hə, elədi, sükutda gizlənib bütün sözlər. Gözəldi saçında ağ- iztirabın sancağı.
Mənimsə köksümdədi xəyanət qəlpələri. Şəhvətin köynəyini təəssüf yeli qurudub. Birlikdə son günümüz, yəni, o şəkil, əda keçmisin yaddaşında indi çoxdan soluxub.
İndi mən çox düşmüşəm, sən də cavan deyilsən. Qırışları gizlətmir boynundakı yaylığın. Tənhasan, yeməyini yəqin yavan yeyirsən. Gövdəni gəzdirəndə büdrəyir ayaqların.
O adamlar deyilik, bir də nə yazım,axı? Ehtirasın külündə qaralar üz-gözümüz. Güzgüdə təskinliyin gözəlliyin deyilsə, heç olmasa dadına yetişsin diriliyin.
Balaca şəhərlərin çox rahat dünyası var: üç-dükan, meydança, klub və qəbristanlıq. Amma əsas bu deyil, orda bütün söhbətlər dünyanın özü qədər yaman çəkər adamı.
Ömür harda yaşansa tale orda qonaqdı. Qonağısa qovmazlar, bir də adət var axı. Axşamları tum çırtla, pəncərədən Aya bax, Leylanın Məcnununda son hərf üçün baş sındır.
Ümidlər ilə yama sabahın cübbəsini. Dualardan bərk yapış, təkcə özün üçün yox. Xatirə güvəsini təmizlə üst-başından. İndiysə getməliyəm, oğlum məktəbdən çıxır.
|