“Azərbaycan”ın yeni sayı
21.06.13
“Azərbaycan” jurnalının builki 6-cı sayı işıq üzü görüb.
Kitabın ənənəvi “Poeziya” bölümündə Kəmaləddin Qədim, Əbülfət Mədətoğlu, Nübar Eldarqızı, Xatirə Fərəcli, Mina Rəşid, Cahanbaxış, Əli Aslanoğlu və Zöhrab Zövünlünün şeirləri təqdim olunub.
İsa Muğannanın “İlan dərəsi və ya peyğəmbərin taleyi” yarıfantastik povesti və Xuramanın “Həsrətlər qovuşanda” hekayəsi jurnalın “Nəsr” rubrikasında yer alıb.
“Dramaturgiya” bölməsində Mehman Musabəylinin “Toy səyahəti” birpərdəli pyesi dərc olunub.
“Ədəbi gənclik” rubrikasında Aysel Qarabəyli, Feyziyyə, Gündüz Sevindik, Fərid Həsənzadə, Nuranə Rəhimova və Cavid Zeynallının yaradıcılıq məhsulları oxuculara təqdim edilib.
Qəşəm Nəcəfzadənin “Erməni budaq cümləsi” yazısı dərginin “Xatirələr, duyğular” bölümündə yerləşdirilib.
Almaz Həsənqızının “Aşıq eldən aralı”, Şahbaz Musayevin “Qurana And içirəm ki..” və Ağahüseyn Şükürovun “Bütövlük şairi” məqalələri ənənəvi “Tənqid və ədəbiyyatşünaslıq” rubrikasında oxucuların ixtiyarına verilib.
Elçin Hüseynbəylinin “Qarabağ səyahəti” əsəri haqqında tənqidçi Vaqif Yusiflinin məqaləsi “Kitablar, rəylər” bölümündə öz əksini tapıb. /525.az/
|