Mixail Saltıkov-Şedrin - Yalançı qəzetçi ilə saya oxucu
21.06.13


Araz Gündüzün tərcüməsində

Bir qəzetçi vardı, bir də bir oxucu. Qəzetçi bərk yalançı idi–ucdantutma hamını aldadırdı, oxucu isə saya idi–hamıya aldanırdı. Çox keçmişlərdən qalma bu sözü eşitmiş olarsınız: aldanan olmasa, yalançı da olmazdı. Suum cuique(Latıncadır: hərə öz istədiyini seçər).
Beləliklə də qəzetçi öz zağasında oturub elə hey bir ucdan yalan üyüdüb tökürdü. “Özünüzü qoruyun!–difteriya adamları qırıb çatır!” “Yaz gələni yağış yağmır, ölkəni quraqlıq bürüyüb, deyəsən bu il çörəksiz qalacağıq!” “Yanğın ölkənin bütün şəhərlərini, kəndlərini bürüyüb!”, ”Ölkənin, dövlətin nəyi var, çapıb talayırlar!” Oxucu da bunları oxuyub qəzetçinin onun gözünü açdığını düşünürdü. “Gör bizdə necə söz azadlığı var, hər yerdən soraq ala bilirik: hər yerdə difteriya, yanğın, qıtlıq...”
Çoxa öyrəşən aza durmaz. Qəzetçi yalanının oxucunun döşünə yatdığını görüb, bir az da üstünə qoymağa başladı. “Bizdə dövlət öz vətəndaşına arxa durmur! Oxucu, nə qədər bacarırsan küçəyə çıxmaqdan çəkin, yoxsa səni heç nədən tutub qazamata basarlar!” Saya oxucu isə küçədə başını dik tutub yeriyir, özü-özünə deyinirdi: “Çox düz yazıb bu qəzetçi, doğrudan da bizim arxamız nə gəzir!” Bu harasıdır, o yolda özü kimi başqa bir saya oxucuyla üz-üzə gəlib ondan soruşur: “Siz qəzetçinin bizim necə arxasız olmağımızla bağlı olan yazısınını oxumusuzmu?” O biri saya oxucu da deyir: “Onu heç oxumamaqmı olar, oxumuşam, çox bənzərsiz yazıb! Bu gün küçədə arxayın gəzmək olmur–adamı heç nədən tutub damlayırlar!” 
Ancaq bu söz azadlığına arxayın olub işini qurmağın qorxulu yönləri də vardır. “Biz bilmirdik, bütün ölkəni difteriya başına götürüb,–saya oxucular ağız-ağıza verib qışqırırdılar,–nə yaxşı bizi başa salan oldu!” Onların bu deyilənlərə inanması ruhlarına bir toxdaqlıq gətirirdi, indi qəzetçi durub desəydi, difteriya var idi, ancaq çəkilib getdi, daha ona inanmayacaq, qəzetini də alıb oxumayacaqdılar. 
Qəzetçi isə bu işə çox sevinirdi, onun da qazancı yalandan çıxırdı. Doğru sözü tapıb deməkmi olur?–düş qapı-qapı axtar, ay tapdın a!–lap hər sətrinə on qəpik ödə, kimdir sənə doğrunu yazıb gətirən! Ancaq yalan, nə qədər desən, yaz-yarat, alıcısı da başının üstündə. Sətri beş qəpikdən ürəyin nə qədər istəyir yalan toplayıb gətirsinlər sənə!
Beləliklə də, qəzetçi ilə oxucu elə bərk dost oldular, aralarından su da keçməzdi. Qəzetçi nə qədər çox aldada bilirdisə, o qədər də çox varlanırdı(yalançının istəyi də elə bu deyilmi?!); oxucu isə onu nə qədər çox aldadırdılarsa, qəzetçiyə bir o qədər çox pul gətirib verirdi. Otur, ürəyin istəyən kimi ye-iç, gedəndə evə də apar–pul da çaxır kimidir, qəzetçinin başını dumanlandırır!
“Əyninə geyməyə şalvarı yox idi!–gözügötürməyənlər qəzetçinin ardınca danışırlar,–indi bax gör haralara qalxıb! Gör nə qədər ikiüzlü yığıb başına! onun-bunun ağzını güdüb dedi-qodu daşıyan qulluqçuları da öz yerində! Ağ günə çıxıb daha!”
Başqa qəzetçilər doğrunu yazmaqla yalançı qəzetçinin işini pozmaq istədilər–dedilər, ola bilsin, oxucu bizim doğru sözümüzə inanıb ondan ayrıla, ancaq diləkləri gözlərində qaldı! Oxucunun ayağını yerə dirəyib doğrunu öyrənmək istəməməsi, bilənlər üçün yenilik deyildir:
Məni qaranlığa gömən bu gerçək
İşığa ucaldan yalandan gözəl...

Bu işin üstündən azmı keçdi, yoxsa çoxmu, bunu bilən yoxdur, ancaq günlərin birində saya oxucunun durumuna acıyan yaxşı insanlar ortaya çıxdılar. Onlar yalançı qəzetçini çağırıb dedilər: “Bu qədər də utanmazlıq, tanrısızlıq olmaz! İndiyəcən yalanla alver elədin yetər, bugündən sonra ancaq doğruyla alver eləməlisən!” 
Bu arada oxucular da onun yazdıqlarına ayıq başla yanaşmağa başlamışdılar, görürdün hələ ismarışlar da yazıb göndərirlər. Biri belə bir məktub yazıb göndərmişdi: “Bu gün qızımla Neva prospektində gəzməyə çıxmışdıq, düşünürdük bizi polis tutub aparacaq, onların saxalama otağında gecələyəcəyik(qızım da özü ilə çoxlu yaxmac düzəldib götürmüşdü, ozü də bərk sevinir, bir ucdan hey deyirdi: atacan, bu gecə deyəsən çox ilginc olacaq mənim üçün!), ancaq bizi kimsə tutub saxlamadı, arın-arxayın gəlib evimizə çatdıq... İndi buyurun, deyin görək, bizim küçəyə çıxıb tutulmamağımızı, sizin yazdığınız o tutatut xəbərləri ilə necə uzlaşdıraq?”
Elə qəzetçi özü də işlərin bu yerə gəlib çıxacağını gözləyirdi. Düzünə qalsa, yalan danışmaq onun özünü də bezdirmişdi. Onun ürəyi çoxdan idi doğruluğa sarı can atırdı, ancaq oxucu səndən ancaq yalan istəyirsə, neyləmək olar?! Ürəyin ağrısa da, yalan deməlisən. İndi dördbir yandan onun üstünə bıçaq çəkib doğru danışmağını tələb eləyirlərsə, qoy belə də olsun, o bundan sonra ancaq doğru danışacaq! Sizə doğrumu gərəkdir, canınız cəhənnəmə, alın, bu da sizə doğru! Yalan yazmaqla özünə daşdan iki böyük ev tikmişdi, neynək, o biri iki evi də doğru danışmaqla tikər!
Beləliklə də, o indi hər gün öz qəzetində oxucularını doğru danışmaqla bezdirməyə başlamışdı! Difteriya nə gəzir, hər yerdə yeyib-içmək, çal-çağırdır! Qazamata düşən yoxdur, heç yerdə yanğın baş vermir; Konotop şəhəri yansa da, yerində daha yaxşısı tikilib. İsti yaz yağışları yağdığına görə bu il elə bol taxıl olacaq, özümüz də yeyəcəyik, hələ desən almanlara da tula payı verəcəyik: qoy tıxsınlar! 
Burada ən ilginc olanı isə, qəzetçinin indi doğru yazanlara da, qabaqlar yalan yazanlarla olduğu kimi, hər sətir yazı üçün beş qəpik pul ödəməsi idi. Doğruluqla: küçədə, ayaqüstü alver eləməyə başlayan gündən, onun dəyəri günü-gündən aşağı düşməyə başlamışdı. Belə çıxır, istər satlıq yalan olsun, istərsə də satlıq doğru, ikisnin də dəyəri qəpik quruş olurmuş. Doğruluq alverinə başlayandan sonra, qəzetin satışı azalmaq yerinə bir az da artmağa başladı. Havası gözəl olan yerə can atanlar çox olar ! 
Çox keçmədən saya oxucu da hər şeyə ayıq başla yanaşmağa başlayıb büsbütün gözüaçıq oldu. Düzdür, bundan qabaq o yalanı doğru sayanda da pis dolanmırdı, ancaq indiki durumu onun ürəyinə daha çox yatırdı. Çörək dükanına yolu düşür, ona deyirlər: “İşə bax ha, deyirlər çörək get-gedə ucuzlaşacaq!”, toyuq satılan dükanda isə deyirlər: “Gör ölkədə nələr olur, deyilənə görə bu yaxınlarda toyuq qəpik-quruşa olacaq!”
–Toyuq indi neçəyədir?
–İndi ikisi bir manat iyirmi qəpiyədir! Allahın köməyi ilə işlər günü-gündən yaxşılığa doğru gedir!
Günlərin bir günü, ürəyi sevinclə, gələcəyə inamla dolub daşan saya oxucu geyinib-kecinib küçəyə gəzməyə çıxmışdı. Əlindəki çubuğu yelləyərək yeriyirdi: bütün görkəmi ilə yan-yörəsindəkilərə qorxusuz-ürküsüz yaşadığını, arın-arxayın gəzib dolandığnı göstərirdi! 
Ancaq işin tərsliyindən, saya oxucu heç beş-on addım atmamış, hansısa bir yanlışa görə onu tutub damladılar. Orada o, bütün günü ac-sussuz qalmalı oldu. Düzdür, onun qabağına yemək-içmək qoymuşdular, ancaq o bu yemək-içməyi görəndə qəzetdə yazılan o uçuzlaşan çörəyin nə demək olduğunu anlamış, belə ucuz çörəyi yeməyi özünə sığışdırmamışdı. 
Saya oxucu qazamatda difteriyaya yoluxdu.
Ertəsi günü onu yanlış olaraq tutuqladıqlarını aydınlaşdırsalar da, ancaq nədənsə biryolluq yox, zaminlə dustaqlıqdan buraxdılar(nə bilmək olar, birdən yenə də tutuqlamalı oldular). O evə gəlib, çox keçmədən, yoluxduğu difteriyadan öldü.
Ancaq yalançı qəzetçi hələ də sağdır. Artıq dördüncü daş evi tikib qurtarmaq üzrədir, indi də səhərdən axşama kimi oturub götür-qoy eləyir: yaxşı, görəsən gələcəkdə mən bu saya oxucunu nə ilə yaxşı aldada bilərəm: yalanla, yoxsa doğru ilə?   

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.