Dünyanın ən qəliz 10 kitabı
18.06.13
Ədəbiyyat xəbərləri və bu sahə üzrə maraqlı məlumatlar verən nüfuzlu “The Millions” internet saytı oxunması ən məşəqqətli, ən ağır olan 10 kitabı müəyyənləşdirib.
Saytdan Emili Kolette və Qart Risk Hallberq uzun illər boyu apardıqları araşdırmalar nəticəsində həmin kitabları müəyyən ediblər.
Cümlələrin uzunluğu, sintaksis forması, struktur və ümumi xüsusiyyətləri ilə qəribə təcrübi texnikaları və digər kriteriyaları nəzərə alaraq uzun müzakirələrdən və araşdırmalardan sonra dili qəliz, strukturu mürəkkəb olan 10 kitabı oxuculara təqdim ediblər.
Siyahıda Cuna Barnesin “Gecəni Anlat Mənə” , Conatan Sviftin “Çəlləyin nağılı” adlı satirik romanı, Virginia Voolfun “Dəniz Fənəri” , Samuel Riçardsonun “ Klarrissa , yaxud gənc ledinin tarixçəsi”, Ceyms Coysun ən əhəmiyyətli romanlarından olan “Dublinlilər” romanı da var. Siyahıda daha sonra filosoflar G.F. Hegel və Martin Heydeggerin esseləri , Spenserin “Pərilər şahzadəsi “adlı əsəri, Qartrud Steynin “Anerikanın dirçəlişi “ araşdırması və son olaraq Jozef McElroyun “qadın və kişi” kitabı da yer alıb. /modern.az/
|