Bu hekayələrdə hamı danışır: qatil də, qətl edilən də...
13.06.13
Türkiyənin yeni ədəbi nəslinin nümayəndələrindən olan Çilər İlhanın "Qanun" nəşriyyatında "Sürgün" adıyla nəşr edilmiş kitabındakı hekayələr hansısa dünyagörüşü, hansısa həyat gerçəyini bir şeir parçası kimi ümumiləşdirmək gücündə olan qısa, yığcam mətnlərdən ibarətdir.
Bu hekayələrdə hamı danışır: heyvanlar da, ana bətnində olan körpə də, qatil də, qətl edilən də; hər bir obrazın danışdığı həyat hekayəsi böyük sosial, psixoloji, mental problemləri əyani şəkildə göz önündə canlandırır.
Türkcədən tərcümə: Arzu Həsənli
/oxuzali.az/
|