"Gəzən kitabxana" oxuculara xidmətə başladı
13.06.13
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin birgə layihəsi olan "Gəzən kitabxana" Quba rayonunda oxuculara xidmətə başlayıb.
Səyyar kitabxana hər gün saat 10:00-dan 19:00-dək Qubanın mərkəzi meydanında fəaliyyət göstərir.
Layihənin əlaqələndiricisi Hafiz Bayramov demişdir ki, kitabxana xidmətindən yararlanmaq istəyən hər bir adam şəxsiyyətini təsdiq edən sənədini təqdim etməklə müxtəlif dillərdə və mövzularda olan kitabları bir həftə müddətində oxuya və yaxud da surətini çıxara bilər.
"Gəzən kitabxana"dan yararlananlar layihədən razılıqlarını bildirmişlər. /AzərTAc/
|