AYB-ni məhkəməyə verdilər
12.06.13
Azərbaycan Yazıçılar Birliyini məhkəməyə verilib.
"Bizim yol” qəzetinin əməkdaşı Gülər Mehdizadə Azərbaycan Yazıçılar Birliyini (AYB) məhkəməyə verib. İddia ərizəsinə bu gün Səbayel Rayon Məhkəməsində hakim Rəşad Şamoyevin sədrliyi ilə baxılacaq.
Şikayətə səbəb isə jurnalistin AYB-yə çoxsaylı sorğularına sayğısızlıq nümayiş etdirilməsi olub. Yəni G.Mehdizadə hər dəfə bu quruma müraciət ünvanlayanda istədiyi məlumatı ala bilməyib.
Sonda mətbuata hörmətsizlikdən bezən G.Mehdizadə AYB-ni məhkəməyə verib. İstədiyi də odur ki, məhkəmə bu qurumun üzərinə jurnalistlərin sorğularına vaxtında və dolğun cavab vermək vəzifəsi qoysun. Məhkəmənin yekun qərarı gələn həftə bəlli olacaq./virtualaz.org/
|