Əli Şirin Şükürlü - Dairəvi güzgü
12.06.13

Hekayə

  Hər səhər olduğu kimi adəti üzrə yataq otağındakı dairəvi güzgünün qarşısında dayanmışdı. Son vaxtlar gün-gündən dəyişdiyinin fərqində idi. Belə sürətlə dəyişməsini özünə qarşı münasibətlə əlaqələndiridi. Elmi əsaslara söykənən yeni layihələri sanki düşmənə çevrilib onu məhv etməklə məşğul idi. Yaradıcı təfəkkürə malik, allahın bəxş etdiyi yüksək istedad sahibi olan bu adam hər cür oyunbazlıqdan, hiylədən, riyakarlıqdan, yaltaqlıqdan uzaq olsa da bir o qədər sevilmədiyini son vaxtlar daha çox hiss edirdi. Yaratdığı yeni nəzəriyyənin düşüncədə inqilab olduğunu anlayan bir neçə mütəxxəssis də hələ ki susur, akademik münsasibət bildirmirdilər. Əsasən bu nəzəriyyəyə söykənən əsərləri vərdiş olunmuş empirik parametlərə uyğun gəlmədiyindən bir çox müsabiqələrdə uğursuzluğa düçar olurdu.  Digər sahələrdə olduğu kimi yaradıcı sferalarda da tayfa-mağara düşüncəsindən doğan riyakarlıq epidemiya şəklində yayılıb yaradıcı mühiti zəbt etmişdi. Xüsusilə, son illər bu tendesiya daha aydın müşahidə olunurdu. Ortababab, bəzən orta səviyyədən də aşağı qabiliyyətə malik şəxslərin dahi pozası alıb tez-tez verdikləri müsahibələri təbəssümlə qarşılayırdı: “ il ərzində iki ortabab əsər yaza bilmir, amma iyirmi müsahibə verir”.  
Hər şey tərsinə baş verirdi sanki. Yeni, daha mükəmməl layihələr yaradıb daha çox hörmət gözlədiyi halda, əksinə, soyuyan münasibətləri heç cür anlaya bilmir, mənəvi sarsıntılar keçirirdi. Elə bil tədricən qürub edir, “cəmiyyət” adlı kainat onu canına hopduraraq yox edirdi.

Birdən dairəvi güzgü dalğalanmağa başlayıb göl şəklini aldı. Bir də gördü göl onu ağuşuna alıb və üzü aşağı hərəkətdədir. Çəkisizlik şəraitində olduğundan sanki uçurdu.  Dumduru suyu olan göl səmanı xatırladırdı. Bədənini hiss etmədiyindən, səmada üzürdü elə bil.Uçuş sürəti çox asta olsa da, zaman sürətlə dəyişirdi. Bunu üzləşdiyi hadisələrdən, hər hadisədən hadisəyə hiss ediləcək dərəcədə dəyişməsindən anlayırdı. Həm xatırladığı, həm də çoxdan unutduğu hadisələrdən keçib gedirdi. Uçuş trayektoriyasının üzü aşağı baş verdiyi açıq-aşkar hiss olunurdu. Hadisələri təbəssümlə qarşılayırdı, hətta ona əzab verən hadisə olsa da belə. Keçmişə çevrilmiş bu hadisələri başqa necə qəbul edə bilərdi axı. “Yanan papirosun külüdür keçmiş” – şeirdən bir misranı xatırladı. Bədii-fəlsəfi zövqünə inandığı dostlarından biri bu misranı zamana verilən təriflərdən ən mükkəməli adlandırmışdı bir vaxtlar.
 Amma bir hadisənin yanından keçərkən onu hec cür biganə qarşılaya bilmədi. “Bax bu hadisəni hər dəfə xatırlayanda kədərlənməyə bilmirəm” – üzündə yenə də təbəssüm düşündü:

11-12 yaşı olardı. Həyət qapısından girən kimi xoşagəlməz nəsə baş verdiyini anladı. Anası əsəbi görünürdü. Bu təmkinli qadının əhvalının dəyişməsi adi hal ola bilməzdi. Ixtiyarsız olaraq bir neçə gün əvvəl zəncir vurulmuş itinə yaxınlaşdı. Itə çox isinişmişdi. Bu it neçə ildi onu müşayət edər, hara getsə kənarda oturub onu gözləyər, onunla birgə də evə qayıdardı. Son günlər özünü bəd apardığına, adamlara hücum etdiyi üçün bu şəkildə cəzalanmıdı. Amma azadlığa öyrəşdiyindən bu cəza ilə heç cür barışa bilmir, elə hey hürür, zingildəyirdi. 
Işin nə yerdə olduğunu indi anladı. Sevimli iti ilə üz-üzə dayananda. It ağlayırdı. Ilk dəfə itin ağladığını görürdü. 
- Iti kim döyüb, ana, - kövrəlmiş halda soruşdu.
- Atan, - anası cavab verdi, - dayanmadan hürürdü çər dəymiş.
Belə desə də anasının da sarsıldığı aydın hiss olunurdu. Ixtiyarsız ağlamağa başladı. Vəfalı itin döyülməsindən daha çox üzünə zillənən yaşarmış gözləri sarsıtmışdı onu. Bir neçə gün sonra it öldü. “ Azadlığının qurbanı oldu” – sonralar bu hadisə yadına düşərkən fikirləşərdi.    

 Ayağı gölün dibinə toxunanda hadisələr yoxa çıxdı. Əvvəl batdığını düşünsə də, bir an sonra yenidən dairəvi güzgünün qarşısında dayandığını gördü. Bir neçə dəqiqə ərzində sanki bir ömür yaşanmışdı güzgünün qarşısında. Elə bil daha da yaşlanmış, taqətdən düşmüşdü. Varlığı qocalıb əldən düşmüş adamı xatırladır, tükənmədən xəbər verirdi. Sanki zaman çox sürətlə içinə sızmış, varlığını zəbt etmişdi. “ Onsuz da zaman yoxdur. Yalnız dəyişmələr var, zaman bu dəyişmələrin ölçüsü, insan ağlının məhsuludur. Qocalıq, əslində tükənmədir, insana hakim kəsilən istəklərin tədricən sönməsidir. Heç son da movcud deyil, hər şey sonsuzdur. Üzdən sonlu görünənlər də, içəridən sonsuzluğa bürünüb. Yaranmışların hamısı kəsilməz olaraq bir-birinə keçərək azman sonsuzluğu yaradır. Dairəvi güzgü; daimi təkrardan, bezdirici əbədilikdən xəbər verir dairəvilik. Artıq dəyişmənin vaxtıdır deyəsən” – güzgünün qarşısında nə qədər dayandığını anlaya bilmədi. Tamam haldan düşdüyünü hiss etdiyindən yatağa yaxınlaşıb, mətbəxdə yemək tədarükü görən qadınını səslədi. Cəmi bir dəfə səslənib arxası üstə yatağa uzandı və gözlərini səma rəngində olan tavana zillədi. 

Sanki hansısa səs su şırıltısına toxundu əvvəlcə, sonra o şırıltıya qoşulub tədricən azaldı, sonra su şırıltısına bürünüb ona yaxınlaşmağa başladı. Yaxınlaşdıqca it zingiltisini xatırladan səs suya bürünmüş halda güzgünün qarşısında peyda oldu. Tədricən gözlərini yumub o səsə qarışdı.

  ... – 25.05.2013 

Avanqrad.net

Yenililklər
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.