Azərbaycanda "Şairlər günü" keçirilib - FOTOLAR
07.06.13
Beynəlxalq Muğam Mərkəzində Gənc Şairlər Birliyinin təşkilatçılığı və “Govhar” Groupun təşkilati dəstəyi ilə “Şairlər günü” qeyd olundu.
Tədbirə dünyanın 6 ölkəsindən (Türkiyə, Rusiya, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Ukrayna) tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər qatılmışdılar.
Tədbirdə Azərbaycan tərəfindən Yazıçılar birliyinin sədri yazıçı Anar, şair Əjdər Ol, yazar Səlim Babullaoğlu, millət vəkilləri Sabir Rüstəmxanlı, Məlahət İbrahimova İbrahimqızı, Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan və digər siyasi-ictimai və mədəniyyət xadimləri iştirak edirdilər. Xəyal Rzanın giriş nitqindən sonra “Müşfiq” mükafatı laqyiq görülənlərə təqdim edilib:
Sabir Rüstəmxanlı, Müstəqqillik illəri Azərbaycan poeziyasına verdiyi töhfələrə görə.
Əjdər Ol, Müstəqillik illərindəki poeziyamıza verdiyi töhfələrə və “Yaşa” şerilər kitabına görə.
Səlim Babullaoğlu, Yeni azərbaycan şeirinə verdiyi töhfələrə görə.
Fərid Hüseyn, “Qandalı görməsin” kitabına görə.
Günel Anarqızı, “Qarabağ hekayələri” kitabına görə.
Mixail Sinelnikov, Azərbaycan və Rusiya ədəbi əlaqələrinin inkişafıəndakı xidmətlərinə və Xaqani Şirvaninin şeirlərinin rus dilinə tərcümələrinə görə.
Rafiq Həşimov, Dokumental kinoda poetik təhkiyəyə görə və "Yarımçıq gündəlik" filminə görə.
Xurşud Davron, Özbəkistanın xalq şairidir. Müasir özbək poeziyasındakı xidmətlərinə və Müşfiqin şeirlərinin özbək dilinə tərcümələrinə görə.
Yaqub Dəliöməroğlu, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə, “Qardaş qələmlər” dərgisində türk xalqları poeziyasının populyarlaşdırılması və nəşrinə görə.
Dmitro Stus, Azərbaycan-Ukrayna ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə və ayrıca Azərbaycan poeziyasının Ukraynadakı nəşrinə verdiyi dəstəyə görə.
Yeşim Ağaoğlu, Yeni Türkiyə şeirinə verdiyi töhfələrə görə.
Dalmira Tilepbergenova, Çağdaş qırğız poeziyasına və kinomatoqrafiyasına verdiyi töhfələrə görə.
Giorgiy Kekelidze, Yeni gürcü poeziyasına verdiyi töhfələrə görə.
“Təhsil” nəşriyyatı, Azərbaycan kitabını dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil etdiyinə görə və nəşriyyat-poliqrafiya sahəsindəki yenilikliyə görə.
“Mütərcim” nəşriyyatı, Tərcümə ədəbiyyatının və yeni Azərbaycan şeirini nəşrindəki uğurlarına görə.
Qeyd edək ki, “Şairlər günü” artıq 3 ildir mərhum şairimiz Mikayıl Müşfiqin doğum günündə qeyd edilir. Bu səbəbdən təşkilatçılar tərəfindən mərasimdə iştirak edən bəzi şəxslərə də Müşfiq” mükafatı təqdim olunub.
|