Aqil Abbas: “Yazıçılar Birliyi şou mərkəzinə çevrilib”
07.06.13
“İnsanları təhqir etmək doğru deyil. Şərif Ağayarın hərəkətini pisləyirəm. Fikrət Qoca və yaxud özündən böyük başqa bir şair olsun, heç kəsi təhqir etmək olmaz”. Bunu verdiyi açıqlamada yazıçı Aqil Abbas deyib. Aqil Abbas bildirib ki, xaricdə olduğuna görə Şərif Ağayarın AYB-dən çıxarılması ilə bağlı baş verənlər barədə ətraflı məlumatı yoxdu: “Amma bilirəm ki, Şərif də bir az pərtovdu, dəliqanlıdı. Görünür bir “moment” düşüb, o da deyib. Onun AYB-dən çıxarılmağı düz deyil. Adamlar dalaşanda onları çıxarmazlar, əksinə barışdırarlar”. Yazıçı AYB-dəki istefalar barədə də fikrini bildirib: “İstefa verənlər də Şəriflə birlik nümayiş etdiriblər. Bunu normal qəbul edirəm. Yəqin Şərifin AYB-dən çıxarılmasından inciyiblər. Onun AYB-dən çıxarılmasını qəbul etmirəm. Şərif AYB-yə dəvət olunaı, Fikrət Qocadan üzr istəyə bilərdi. Belə şeyə görə adamı AYB-dən çıxarmazlar. Şərif istedadlı adamdır.” Aqil Abbas Yazıçılar Birliyini şou mərkəzinə çevrilməkdə ittiham edib: “Biz yazıçılarıq, şoumenlər deyilik. Biz artist, oxuyan deyilik ki, belə şeylərlə gündəmə gələk. Biz yazımızla gündəmə gəlməliyik, bir-birimizlə söyüşməklə yox”. /kulis.az/
|