Con Steynbekin "Siçanlar və adamlar"ı çap olundu
05.06.13
“Qanun” nəşriyyatı Con Steynbekin “Siçanlar və adamlar” povestini tərcümə edərək çap edib.
“Siçanlar və adamlar” povestindəki obrazlar – bir parça torpaq həsrəti ilə yaşayan, bu həsrətlə də ömrünü başa vuran kəslər, yazıçının çox yaxından tanıdığı, dərdlərinə şərik olduğu insanlardır. Sonradan, dünyada böyük şöhrət qazanmasına baxmayaraq, elə bil Con Steynbek bu povestdə heç vaxt ondan ayrı düşməyən öz duyğularını, onun həyatının unudulmaz bir parçası saydığı həmin günləri yazırdı.
108 səhifəlik əsəri Vaqif Əlixanlı tərcümə edib. Qiyməti 4 AZN-dir.
Avanqard.net
|