Şərif Ağayar: "Anar istedadlı və ləyaqətli adamları sevmir"
04.06.13
AYB-dən qovulması ilə bağlı xəbərə münasibət bildirən Ş.Ağayar Simsar.az-a açıqlamasında bildirib ki, bu xəbər məni çox sevindirdi. “Çox sevindim. Axırı ki, irtica yuvasından çıxarıldım. Əslində indiyə qədər çıxmaq istəsəm də müəyyən manevrlərlə qarşısı alınmışdı. Amma bu dəfə bəyanat da hazırlamışdım, Anar məni qabaqladı”.
Əslində AYB-dən qovulmasının kökündə başqa şeylər durduğunu bildirən gənc yazar deyib ki, Fikrət Qoca ilə atışmam bəhanədi. “Yazıçılar Birliyindən qovulmağımın daha dərin səbəbləri var. Fikrət Qoca məsələsi bəhanədi. Anar istedadlı və ləyaqətli adamları sevmir. Ona görə də, Azərbaycan Yazıçılar Birliyini irtica yuvasına çevirib. İstedadlı və ləyaqətli adamlar orda özünün mütləq hakim hesab etməsinə mane olurlar. Buna görə də, istedalı və dəyərli adamları həmin qurumdan uzaqlaşdırır”.
Qeyd edək ki, bu gün mətbuatda gənc yazar Şərif Ağayarın AYB sədri Anarın qəzəbinə tuş gəlib, Yazıçılar Birliyindən qovulması haqqında xəbər yayılıb. Buna səbəb kimi Fikrət Qoca ilə atışmasını göstəriblər. /simsar.az/
|