Rasim Qaraca - Kənd yazarları və şəhər yazarları
04.06.13

Belə bir atalar sözü var: bir quşun başı kəndə, arxası şəhərə tərəf olsa, yenə də o quşun arxası yeməlidir. Atalar quş deyəndə hansı quşu nəzərdə tutub bilmirəm, amma bu balaca deyimdə çoxlu məcazlar və hələ axtarsan, poetizm də var. 

Əl-qərəz, bizim iki cəbhəyə bölünmüş yazarlar haqqında danışmağa başlamamışdan bu məsəl yadıma düşdü, indi gəlin görək kənd yazarı nədir, şəhər yazarı nə. 

Adından da bilindiyi kimi kənd yazarı kənddə doğulur, şəhər yazarı şəhərdə, ancaq bu zahirən belədir. Kənddən gəlib şəhərləşmiş və şəhərdə doğulub hələ də kənd düşüncəsində qalmış nə qədər yazıçı, şair və tənqidçimiz var. Buna görə də onları tanımaq, aşkara çıxartmaq və yeri gələndə zərərsizləşdirmək üçün incə bir gözlüyə ehtiyac vardır. 

Alın, bu da sizə gözlük: Kənd yazarı ilk növbədə yerişindən tanınır, həmişə elə yeriyər, elə bil onu irəlidə böyük məqsədlər, vəzifələr gözləyir. Ancaq şəhər yazarı belə deyil, getdiyi yerdə birdən dayanar, qəfildən sağa-sola baxar, başını qəribə şəkildə qovzayar. 

Kənd yazarının əli həmişə yaş olar, ancaq şəhər yazarının əli quru olar. 

Kənd yazarının əsərlərində at, eşşək, qoyun, it, pişik, toyuq kəlmələrinə rast gəlmək olar, şəhər yazarı daha çox asfalt, svetafor, maşın, domkrat, antena, bulvar və sair sözlər kullanar. 

Ancaq, yaddan çıxartmayın, bu aldadıcı ola bilər, çünki bəzi kənd yazarları çoxbilmiş olur və öz əsərlərində şəhər elementlərindən istifadə edirlər. 

Kənd yazarları həmişə kənd yazarları ilə oturub durur, şəhər yazarları isə şəhər yazarları ilə. Ancaq çoxbilmiş şəhər yazarı həmişə yanında bir kənd yazarı gəzdirər, çoxbilmiş kənd yazarı da həmişə bir şəhərli yazarın yanında fırlanar. 

Kənd yazarları şəhərin səs-küyündən, maşınların siqnalından, gurultusundan şikayət etməz, bunlar ona xoş gələr, şəhər yazarları isə stressə düşər, əsəbləşər. 

Kənd yazarları yazanda hıqqanar, şəhər yazarları fısıldayar. 

Kənd yazarları peşaba gedəndə şeyini sağ əliylə tutar, şəhər yazarları sol əliylə. 

Kənd yazarları yatanda başmaqlarını çarpayının altına qoyar, şəhər yazarları şifonerin üstünə. 

Kənd yazarları həmişə sevgi axtarar, şəhər yazarları seks. 

Kənd yazarları araq içəndə gözüyumulu içər, şəhər yazarları gözüaçıq... 

Saymaqla qurtarmaz. Önəmli olan kənd yazarlarıyla şəhər yazarlarını tanımaq, onları ayırmağı bacarmaqdır. Bəzən onlar biri-birinə qarışmış olur. 

“İkinci əl” kənd yazıçıları da var, onların ataları kənddə doğulub, özləri şəhərdə. Ancaq yenə də atdan-eşşəkdən, itdən-pişikdən yazarlar. 
Hətta “üçüncü əl” kənd yazarları da var, ataları şəhərdə doğulsa da yenə də yazılarından kərmə qoxusu gəlir. 

Kənd yazarları ilə şəhər yazarları arasındakı barışmaz ziddiyyətlər ədəbiyyatımızın inkişafına zərbə vurur, qardaşlar. 

Məncə yuxarıdakı atalar sözünü dəyişdirib belə yazmaq lazımdır: Bir yazarın üzü kəndə, arxası şəhərə tərəf olsa, yenə də o yazarın arxası... /qaynar.info/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.