Murakaminin kitabı 854 min nüsxə satıldı
03.06.13
Yapon yazıçı Haruki Murakaminin “Rəngsiz Tasaki Çukuru və onun səyahət ili” adlı kitabı Yaponiyada qısa vaxtda ən çox satılan kitab olub.
Publika.Az-ın məlumatına görə, kitab 1.5 ay ərzində 854 min nüsxə satılıb. Kitab əvvəlcə 500 min nüsxə çıxarılsa da, elə həmin həftə iki dəfə artıq çapa verilib.
Xatırladaq ki, bundan əvvəl də yazıçının kitabı “1Q84” 7 milyon nüsxə satılmışdı. /publika.az/
|