Əli Şirin Şükürlü - Zaman boyu səyahət
31.05.13
hər dəfə fotolara baxarkən zaman barədə düşünür:
hadisələrdən yalnız bir parça qalır şəkillərdə. nə geriyə yol var zaman boyu, nə də irəli məkandan fərqli.
o adam elə indicə keçib getmişdi bu küçədən, odur qayıdır. yol kənarında ağacın altında yem axtaran quş görüb onu qalxdı havaya. məkanda üç ölçü cızıldı bir anda.
zamansa... nə geriyə getmək olur, nə də irəli, - məkandan fərqli. amma məkanlar da var; nə getmək olur, nə də qayıtmaq – yolları bağlı.
birdən böyüyür qarşısındakı foto. böyüyür en və uzunluq boyu. böyüyür iri bir ekrana dönür. azca səksənir əvvəlcə.qəfil hadisələrə alışıb deyə, sonra seyr edir böyüyən müstəvini təmkinlə:
görür öz körpəliyidir ekranda. tutur əlindən aparır əvvəlcə baxçaya, sonra məktəbə, sonra yenə də harasa. elə hey gedib-gəlirlər. arada tutub əl-ələ qalxırlar havaya.
müxtəlif hadisələr yaşanırbu gediş-gəliş və uçuş-enişlərdə. bəzisiaydıntəsvir olunur ekranda,bəzisi tutqun. bəzisiheç görünmür, itir qaranlığın içində.
hər hadisədən hadisəyə böyüyür uşaq. o qədər böyüyür, axırda ikisi bir adam olur. qaralır ekran. kiçilir müstəvi və
qarşısında foto – uşaqlıq şəkli.
gedib qayıtdı keçmişdən. amma məkanlar da var, məkanlar; nə getmək olur, nə də qayıtmaq - yolları bağlı.
... – 17.05.2013
|