Ara Nazaretyan - Qarabağ savaşı haqda hekayə
29.05.13

SİLAH! BOLLUCA SİLAH!


Seyfəddin Hüseynlinin rus dilindən tərcüməsi


...Ulaq, o pak, məsum məxluq birdən-birə öz köhnə dərdlərini xatırlayıb ürəkdən, yanıqlı-yanıqlı anqırdı: sonra yenə nəyisə yadına salıb qulaqlarını şəklədi, cığırla addımlayanların dalınca başını buladı: onlar onun yanından keçib irəliləyirdilər...

- Sizinkilər möhkəm dayanmışdılar, - yarımçıq qalmış söhbəti Xalapyan davam etdirdi.

Kazak atamanı Metelitsa inamsız nəzərlərlə erməni komandiri çəpəki süzdü. O isə qeyri-ixtiyari gülümsədi:

- Yox, düz sözümdür, Tixon Stepanoviç. Birinci dəfə üçün heç də pis deyil. Sizin qartallar şücaət göstərdilər, sadəcə, bəxtiniz gətirmədi: düşmən güclüydü... Yəqin, əfqan mücahidləridir, onlar təzəlikcə buralarda peyda olublar.

- Deyirsən, yaxşı vuruşurduq?

- Savadlı…

Atışma hələ davam edirdi, ancaq artıq aydın idi ki, ən azı bu gün bu məntəqədə mühüm bir dəyişiklik olası deyil. Uzun sürən qızğın döyüşlərdə gah biri, gah da o biri üstünlük qazanan tərəflər axırda yenə də əvvəlki - səhərki mövqelərində qalmışdılar.

- Bu qədər can qoy, axırı da bir çürük qoz! – ataman deyinirdi. – Guya heç belə bir gün olmayıbmış.

- Olan işdir… Çətini ilk günü yola verincədir.

Metelitsanın səhərki yarımhərbi şuxluğundan təkcə corablarının və tozlu çəkmələrinin boğazında güclə sezilən boya izləri, bir də döyüşdən əvvəl səliqəylə qırxdığı üzündəki, artıq qanı qurumuş olan, xırdaca çapıq qalmışdı.

O, çiynindən aşırdığı kəmərinin ağımtıl tozunu əliylə sildi, başını silkələyib kəkilini alnından geri atdı. Ataman dilxor idi, çox seyrək dillənirdi. Yalnız arabir, yeri gəldi-gəlmədi, “hmm” eləyirdi, bununla həmsöhbətinin dedikləri ilə razılaşdığınımı, yoxsa öz içindəki məyusluğumu ifadə etdiyi bilinmirdi.

Ən çox erməni komandir danışırdı, belə görünürdü ki, o, atamana təskinlik vermək istəyir, bu isə Metelitsanın qürurunu zədələyirdi.

- Biz buraya döyüşməyə gəlmişik… - ataman donquldanırdı. – Bizə silah lazımdır. Döyüşdə ələ keçirilən silah isə ikiqat dəyərlidir, üstəlik, uşaqlar döyüş təcrübəsi qazanırlar. Kazaklar cəsur xalqdır, cəsur və məğrur; di gəl vuruşmağı yadırğamışıq… Bizə çoxlu silah lazımdır, lap çoxlu...

- Elə bizə də, Tixon Stepanıç. Axı özünüz görürsünüz, bizimkilər də burda mal təzəyi yığmırlar ki... Ancaq sözümüz sözdür, başqa söhbət ola bilməz: döyüşçülərinizin ələ keçirəcəkləri silahlar sizindir!

Metelitsa sərt bir tərzdə başını buladı:

- Sıfırdan başlayırıq. Bizim hökumət kazak qoşununu qanunla tanıyıb, ancaq silaha gələndə… Bu məsələ açıq qalıb. Silahsız qoşun olarmı? Bu o deməkdir ki, özün özünə gün ağlamalısan.

- Aydındır. Amma razılaşmamız var, söz danışıqdan keçər.

- İnanıram, - baxışları soyudu Metelitsanın. - Ancaq razılaşma hara, silah hara...

- Dünyanın axırı deyil ki, Tixon Stepanıç, hələ fürsətiniz olacaq. Odur, sizinkilər birini əsir tutublar: bu gün üçün bir uğurunuz artıq var!

Göy gözləri yol çəkən, inamsız nəzərlərini həmsöhbətinin başı üstündən harasa tuşlayan ucaboy, qıvraq Metelitsa cığırdan çıxıb başınağacı topasına yaxınlaşdı, aralı qoyduğu ayaqlarını yerə bərk-bərk dirəyib şalvarının qabağından alt paltarını arın-arxayın əlləşdirməyə başladı, nəhayət, istəyinə çatdı, axtardığını qalın, bamazı tumanından tapıb çıxartdı, fikirli-fikirli gözlərini səmaya zilləyərək, beləcə qüssəli, dalğın halda donub qaldı, ta “iş”ini qurtaranacan; sonra birdən fikirdən ayılıb, işgüzar görkəm alaraq cığıra qayıtdı; yenə də həmsöhbətinin başı üstündən harasa zillənən göy gözlərində əvvəlki şübhələr sayrışırdı.

- Qulaq as, Xolopyan, sən boşla bu işi…

- “Xolopyan” yox, Xalapyan… Sonrasına qalan yerdə, nə olsun ki, əsir götürülən rusdur?.. Düşmən elə düşməndir, hansı millətdən olursa olsun,  axı o bizə qarşı vuruşub, belə deyil? O ki buraya xalası evində kətə yeməyə gələndə ələ keçməyib… Faktiki vuruşub axı!

- Yaxşı, aydınlaşdırarıq, - Tixon Stepanıç elə bil yumşalmışdı.

Onlar artıq kazakların mövqeyinə çatırdılar.

- Üzrlü say, Xoren Mkrtıçoviç, amma bunu sənə deməliyəm, - Metelitsa, arif adamlar sayağı, sözə uzaqdan başladı. – Əgər siz, ermənilər həmişə belə cəsarətlə vuruşmusunuzsa…

- Aha?

- … onda bu “Xolopyan” soyadı sizdə hardandı belə? Tarixi dəyişmək olmaz, qardaşım, keçmişindən qaça bilməzsən. Od olmasa, tüstü çıxmaz. Əgər sənin bütün əcdadın belə cəngavərmişsə, gərək sənin soyadında “Qartal”, yaxud deyək ki, “Şahin”, ya da “İldırım” olaydı… Yoxsa ki “Xolop” – “kölə”! Tfu!..

Yox, Metelitsa yumşalmamışdı, incə davransa da, sancmaq, ilişmək fürsətini də əldən vermirdi: uğursuz döyüşün acığını çıxırdı.

- Dedim axı sənə, “Xolopyan” deyiləm mən… Hərçənd heç “xalap” da erməni sözü deyil. Belə çıxır ki, doğrudan da…

- Odur ha… Sənsə deyirsən, rus əsir düşüb, - bic-bic qımışdı Tixon Stepanoviç.

- Nə isə... Hər kimdirsə də, əsas maraqlı olan onun nə “ötəcəyi”dir...

Hündür, sarışın kazak ayaq üstə, yönü günəşə sarı dayanıb üzünü qırxırdı. Xallı, hamar tüklü ov tulası günün altında uzanıb kündə kimi yumrulanmışdı, hər nəfəs alanda böyrü qalxıb-enirdi. 

- Bir köpək də gətirmişik özümüzlə , - təlimatçı əsgər bunu o biri bölmənin feldşerinə deyirdi.

Atamanın sual dolu baxışının cavabında kazak sabunlu çənəsi ilə yan tərəfə işarə etdi.

- Budur?... – Metelitsa dövrəsinə bir cüt kətil qoyulmuş masadan azca aralı dayanan adama yanaşdı. – Deməli, russan sən, qardaş?..

Əsir, əlini ağzına çəkib, üzünə ciddi ifadə verdi, eynən gülüşünü gizlətməyə çalışan müəllim kimi, ehtiramla kətildən qalxıb dinməz-söyləməz, məğrur-məğrur dayandı.
Şillə qəfil elə şappıldadı ki, üzünü qırxan kazak dodağını kəsdi.

- Onlar niyə üzlərini qaşıyırlar səhərdən axşamacan? – qəhqəhə çəkdi təlimatçı. – Üzlərindəki tükü barmaqla saymaq olar, onlar da ki sarımtıldır, heç gözə görünmür…

- Öldürəcək! – feldşer dedi.

Şillənin zərbindən əsirin üzündəki arxayınçılıq bir anda qeyb oldu – elə bil dəsmalla sifətindən silib atdılar; yerə yıxılıb, atamanın xrom çəkmələrinin zərbələri altında, otların üstüylə yumalanır, əllərilə başını bürüməyə çalışırdı.

- Öldürəcək oğlanı, - feldşer bir də dedi. – Onlardan ötrü fərq eləmir, bu adam özününküdür, rusdur: böyük millətdirlər çünki.

- Erməni olsaydı, guya sən öpərdin onu?

- Döysən də birdir, döyməsən də: ondan ötrü müharibə bitib.

Metelitsa nəfəsini dərib əsiri yerdən qaldırdı, ehmalca kətildə oturtdu:

- İndi danış… Nə isə, bu da bir iş idi, oldu, qardaşım, daha döyməyəcəm. Hər ikimiz – sən də, mən də rusuq… İndi de görüm, sən buralarda nə gəzirsən? Özünə yer tapmırsan, nədir?.. Əgər vuruşmaq lazımdırsa, əllərin gicişirsə, anan səni bundan ötrü doğubsa, davasız yaşaya bilmirsənsə, onda bizim tərəfimizi tut!

- Nahaq belə əl-qol atırsan, - atamanın səsindəki həlimlikdən ürəklənən əsir dilləndi. – Bunu hamı bacarar …

Metelitsa yenə qızışdı:

- Axı sən mücahidlərlə qarışıq düşmüsən, qancıq! O köpəklərin altında yatırsan, ay cındır?! Onların o ucukəsik şeyləri ürəyinə yatıb, deyəsən! 

- Söyüş söymə, - yetişməkdə olan zərbədən yayınmağa çalışırdı əsir. – Özü də onlar mücahid-filan deyillər.

- Kimdirlər bəs? – Metelitsa başını yellədi.

- Bizimkilərdir, - əsir dedi, - Dnestr kazaklarıdır.

Təlimatçı eyhamla uzun-uzadı bir fit çaldı.

- Kimdirlər, kim? – Metelitsa anlamadı elə bil.

- Yəqin, onlar da silah üçün gəliblər, - Xalapyan ehtiyatla söhbətə qarışdı.

- Hə, elədir, – əsir dedi, – belə bir razılaşma var silahlar barədə. Bizim ermənilərlə heç bir ədavətimiz yoxdur, o tərəf də bizim üçün eynidir, bu tərəf də. Bizə silah lazımdır, bolluca silah!.. Bir də ki, - gülümsəməyə çalışdı, - müharibədə hər şey ola bilər: əgər əsir düşmək ehtimalı varsa, müsəlmanlardansa, ermənilər yaxşıdır. Hər halda, ermənilər xristiandırlar…

- …yazıqları gələr, - cümləni Tixon Stepanıç tamamladı.

- Bu da var…

- Amma rusla qabaqlaşdın … Ay belə sənin ananı..! – Metelitsa təzədən coşub kətili əsirin düz kəlləsinə çırpdı, ardınca da masanı onun üstünə aşırdı…

- Öldürəcək, dəqiq! – feldşer yenə dilləndi.

- Çətin… - razılaşmadı təlimatçı. /oxuzali.az/

Yenililklər
24.01.22
Anar Məcidzadə -  Gecələri göz yaşı, qaranlıq olur səhər
24.01.22
“Yevgeni Onegin” romanı bir milyon rubla satılıb
24.01.22
Fərid Hüseyn - Şeirə bürünmüş İstanbul - REPORTAJ
24.01.22
Azad Qaradərəli - Alpan kömürçüləri
24.01.22
Təbrizdə Qarabağı tərənnüm edən "Xarıbülbüllər" almanaxı çap olunub
18.01.22
Qurban Bayramov - Növbəti erməni məkrinə – erməniləşdirmə faktına münasibət
18.01.22
Rövşən Yerfi - Həyasızlıq kabusu bizi məhv edəcək!..
17.01.22
İlhamə Dağlı - Tobıktıda günəş doğdu
17.01.22
Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
15.01.22
Mübariz Örən Yaradıcılıq Fakültəsinə rəhbər təyin olunub
11.01.22
Gülnar Yunusova -  Fenomen Haruki Murakami 73 yaşında
11.01.22
Kənan Hacı - Vaxt pəncərəsi
11.01.22
Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb
10.01.22
Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti
06.01.22
Kənan Hacının yeni kitabı çap olundu
30.12.21
Günel Natiq - Ayı dərisi 
29.12.21
“Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi olub
29.12.21
“Ulduz”dan oxuculara endirim
29.12.21
Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkiləcək
28.12.21
Habil Yaşar - SMS
28.12.21
Eşqin Məmmədov - Bu il başqa arzum var, hədiyyə istəmirəm
27.12.21
Ramil Əhməd Türkiyədə qalib oldu
27.12.21
Yazıçı Varisin kitabı İranda nəşr edilib
27.12.21
Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
24.12.21
Azad Qaradərəlinin yeni kitabı çap olunub
23.12.21
İlin son "Ulduz"u nəşr olundu
23.12.21
Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto
23.12.21
Cavanşir Atəşi - Xalqının taleyinə günəştək doğulmusan!
20.12.21
“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu
20.12.21
“Qobustan” sənət toplusunun qış nömrəsi işıq üzü görüb
20.12.21
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib
20.12.21
“Uşaq Avroviziyası - 2021” müsabiqəsinin qalibi bəlli olub
20.12.21
Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldılıb
16.12.21
Küyülü Nəccari Səid - Atam
16.12.21
Üfüqdə hansı cərəyan görünür? - SORĞU
13.12.21
Səxavət Sahil - Əkrəm Əylisli, Axundov, Mirzə Cəlil, Sabir və Türk ədəbiyyatı
13.12.21
Mərahim Nəsib - Əllərim göy üzündə, dodağımda dualar
13.12.21
Bakıda 15-21 dekabrda Milli Kitab Sərgisi keçiriləcək
13.12.21
Azərbaycan Yazıçılar Birliyinə qəbul elanı
13.12.21
Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.