Qan Tural: "Rəşad Məcid “Dəyirman”ı, “Quyu”nu, “Dantenin yubileyi”ni yazıb"

29.05.13

Azərbaycan Yazıçılar Birliyinin gənclər  üzrə katibi, “525-ci qəzet”in baş redaktoru, Milli Kitab Mükafatının münsifi Rəşad Məcidin ötən həftənin sonunda verdiyi müsahibə geniş rezonans doğurub. Rəşad Məcid bir münsif kimi müsahibədə Milli Kitab Mükafatının onluğunda yer alan həm gənc, həm də orta nəsil yazıçıların əsərləri haqqında rəylərini açıqlayıb.
 
O, eyni zamanda müsabiqənin gedişindən danışıb, mükafatın təsisçisi Nigar Köçərlinin yorulduğunu, bəlkə də həvəsdən düşdüyünü və pessimist olduğunu vurğulayıb.

Haqqında rəylər, fikirlər səslənən müəlliflər, eyni zamanda MKM-in təsisçisi Nigar Köçərli də açıqlama verib.
 
“Mənim romanım Azərbaycan ədəbiyyatında yenilikdir”

Zahid Sarıtorpaq romanı barədə səslənən fikirlərə münasibətini belə bildirib: “Rəşad Məcid müsahibəsində qeyd edir ki, Milli Kitab Mükafatının onluğunda olan bir neçə əsəri oxuyanda xeyli darıxıb. Və inanmır ki, münsiflər bu əsərləri oxuyanda onların diqqətini hansısa yeni məqam cəlb etsin. Bu fikirlərə əsasən mən belə başa düşürəm ki, o, ümumiyyətlə mənim romanımı oxumayıb. Çünki mənim romanım tamam yeni üslubda, yeni formada yazılıb, o səbəbdən Milli Kitab Mükafatının onluğuna seçilib. Ona görə əminliklə deyə bilərəm ki, başqalarının əsərini bilmirəm, amma konkret mənim romanımı Rəşad Məcid oxumayıb.

Rəşad Məcidi mən şair kimi tanıyıram. Amma təəssüf ki, o, Milli Kitab Mükafatında münsif kimi nəsr əsərlərinə qiymət verir. Mənim əsərimdə münsiflərin yeni bir məqam tapmayacağı məsələsinə gəlincə, deyim ki, “Əlifba bayramında qətl” romanımın içində roman var. Romanın içində  olan hər hərfdə belə, böyük bir mətn gizlənir. Tutaq elə “T” hərfini götürək. O bir hərflə bağlı romanda haradasa 7-8 səhifəlik mətn var. Digər hərflər də həmçinin. Rəşad Məcid romanımı oxusaydı, deməzdi ki, yeni heç nə yoxdur. Mənim romanım Azərbaycan ədəbiyyatında bir yenilikdir. Ona görə də bu cür yanaşma mənə çox primitiv göründü.

Gələk müsahibədə tənqid hədəfi olmuş  digər müəlliflərə. Azad Qaradərəli oturuşmuş yazardır, onun əsərləri də öz oxucuları tərəfindən çox bəyənilir. Rəhmətlik Zakir Sadatlının təqdim etdiyi əsər  çox maraqlıdır. Rəşad Məcidin bu əsərlərə bu səpkidə yanaşması düzgün deyil axı. Eldə bir məsəl var ki, hamımız bilirik ki, balıq şordur. Gənc müəlliflərə biz də üstünlük veririk. İnternet sorğuda mən şəxsən gənc yazar Şəhriyar Del Geraniyə səs vermişdim”.

“Rəşad Məcid nə deməli idi?”

Azad Qaradərəli romanı haqqında Rəşad Məcidin fikirlərini çox təbii qarşıladığını qeyd edib: “Bir neçə ay bundan öncə Azərbaycan Yazıçılar Birliyi Slavyan Universiteti ilə birgə bir ədəbi müsabiqə  keçirdi. Həmin müsabiqəyə mən də əsər təqdim eləmişdim. Həmin əsərim onluğa da düşmüşdü, şans vardı ki, hətta qaliblər sırasında olum. Amma bütün ictimaiyyətə məlum olan məsələlər baş verdikdən sonra Kamal Abdulla, dalınca Aqşin Yenisey istefa verdi. Mən də həmin müsabiqədən əsərimi geri çəkdim. Bir növ həmin müsabiqəni boykot etdim.

İndi siz özünüz düşünün. Azərbaycan Yazıçılar Birliyinin  keçirdiyi müsabiqəni boykot edən yazıçı Azad Qaradərəlinin kitabı haqqında adı çəkilən təşkilatın katibi Rəşad Məcid nə deməli idi? Təbii ki, mənfi fikir söyləməli idi. Mən bundan da kəskin fikirlər gözləyirdim, o bir az yumşaq danışıb. Görünür fikirləşib ki, əgər bu zəif yazıçıdırsa necə olur AYB-nin onluğuna düşür?

Ümumiyyətlə, mən çox təəssüf edirəm ki, münsiflər heyətinin üzvü kimi ağır bir görəvdə olan, Azərbaycan Yazıçılar Birliyinin katibi vəzifəsində çalışan, bir qəzetə baş redaktorluq edən bir adam - söhbət təkcə Azad Qaradərəlinin romanından getmir - ümumiyyətlə, həmin müsabiqədə iştirak edən yazıçıların əsərləri haqqında çox aşağı səviyyəli mülahizələr yürüdür. Xüsusilə gənclər, o cümlədən Qan Turalı haqqında dediyi fikirlər məncə, çox böyük ədalətsizlikdir.

Ola bilər, Qan Turalının romanında zəif yerlər, epizodlar var, olsun. Təbiidir bu. Amma Qan Turalının yaşında Rəşad Məcid heç bir hekayə yazmışdımı? Ümumiyyətlə, Rəşad Məcidin cəmi bir hekayəsi var. Cəmi-cümlətani bir əsər yazmış insanın ciddi əsərlər haqqında fikir söyləməsi nə dərəcədə doğrudur, bax burasını bilmirəm.

Mən çox təəssüf edirəm ki, Rəşad Məcid belə bir müsahibə verib. Zahid Sarıtorpaq kimi ciddi bir insanın ünvanına dediyi sözləri heç cür qəbul edə bilmirəm. Eynən də rəhmətlik Zakir Sadatlı haqqında. Rəhmətlik Zakir də dostumuz idi, çox gözəl insan idi, ömrünün son illərində yazdığı əsərlərlə sübut etdi ki, istedadlı adamdır. İstedadlı insana istər sağlığında, istərsə də ölümündən sonra belə qiymət vermək olmaz”.

“Başqa yolum yoxdur”

Qan Turalı romanı haqqında Rəşad Məcidin dediklərinə özünəməxsus şəkildə belə reaksiya verib: “Rəşad Məcid “Danabaş kəndinin əhvalatları” ilə Azərbaycan boyda matəmgahı oxuculara göstərib. Rəşad Məcid “İdeal” romanı ilə Azərbaycan nəsrinə polifonik roman gətirib.

Rəşad Məcid “Gilənar çiçəyinə dediklərim”lə sistemin fonunda fərdlərin faciəsini açıb göstərib. Rəşad Məcid “Qətl günü” romanıyla Azərbaycan intellektual nəsrini yaradıb. Rəşad Məcid “Dəyirman”ı, “Quyu”nu, “Dantenin yubileyi”ni yazıb.

Amma mən 48 yaşında cəmi bir hekayə yazmış yazıçıyam. Əlbəttə ki, mən ondan öyrənməyə məcburam. Başqa yolum yoxdur”.
 

“Rəşad Məcid tələskənlik edib”

Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli müsahibədə həm özü, həm də mükafatla bağlı məsələlər haqda Rəşad Məcidin səsləndirdiyi fikirləri şərh eləyib: “Mənim işim səhər saat 7-dən axşam saat 10-a qədər davam edir. Hər kəs bilir ki, Milli Kitab Mükafatı gəlir gətirməyən layihədir. Bu, mənim şəxsi sosial layihəmdir. Həmişə hesab edirdim ki, Azərbaycan ədəbiyyatında və kitab bazarında çox faciəli vəziyyət hökm sürür. Əslində elə olmamalıdır. Ona görə də Milli Kitab Mükafatını təsis etdim.

Fikrim, məqsədim o idi ki, Azərbaycan ədəbiyyatında bir canlanma yaransın. Yazıçılar meydana çıxıb öz sözlərini deyə bilsinlər. Bizim həyatımızda ədəbiyyatın yeri, rolu daha böyük olsun, yazıçı nüfuzu geri qayıtsın. Ona görə gəlir gətirməsə də bu layihə həyatımda çox vacibdir. Mən çox məsuliyyətli insanam, hansısa işə girişəndə çalışıram ki, müsbət nəticələr alım. Artıq MKM-də mükafatlandırma tədbiri üçün hazırlıq işləri gedir. Bu da mənim hədsiz dərəcədə çox vaxtımı aparır. Belə çıxır ki, işim və ailəm qalır bir qıraqda, bütün gücümü bu işlərə sərf edirəm. O mənada təbii ki, çox yoruluram.
Deməzdim, bu işim layiqincə qiymətləndirilmir. Mən ümumiyyətlə, kənar fikirlərə o qədər də  önəm vermirəm. Mənim üçün özümün qiymətləndirməm daha vacibdir. Hesab edirəm ki, işimi çox yaxşı və məsuliyyətlə görmüşəmsə, xoşbəxtəm.

O ki qaldı guya Əkrəm Əylisliyə  görə mükafatın boykot olunması məsələsinə, deyim ki, mən heç bir münsifdən belə söz eşitməmişəm. Yəni şəxsən mənə belə bir fikir söyləyən olmayıb. Münsiflər heyətinin tərkibi dəyişməyib və dəyişməyəcək. Ən azı mükafatlandırma bitənə qədər. Amma gələcəkdə nə baş verəcək, necə olacaq, mükafatın özü olacaqmı? Bax bu suallar açıq qalır.

Ümumiyyətlə, Rəşad Məcidin fikirləri mənim üçün çox vacibdir və mən bu insana çox dəyər verirəm. O, Azərbaycan ədəbiyyatında çox bilikli insandır, həm də ədalətlidir. Mən də onun rəylərini oxudum, amma bir məqamla razılaşa bilmirəm. Qeyd edir ki, münsiflərlə müəlliflər mükafatlandırmadan öncə görüşməlidir. Axı, burda şəxsiyyət müsabiqəsi deyil, tutaq ki, xarizma, düşüncə və təfəkkür müsabiqəsi deyil, burada söhbət yalnız və yalnız mətndən gedir.

Əgər mətn istedadlıdırsa, o zaman münsif yazıçının şəxsiyyətini qırağa qoymalı və yalnız mətni dəyərləndirməlidir. Mən qəti əleyhinəyəm ki, yazıçı münsiflə görüşməlidir və bu yolla özünü tapşırtmalıdır. Mən başa düşürəm ki, cəmiyyətimiz dar və kiçikdir, hər kəs bir-birini tanıyır, tanımasa da tanış olurlar. Xüsusən də ədəbiyyat çevrəmiz çox dardır. Amma yenə də hesab edirəm ki, bu müsabiqə tam ədalətli və şəffaf olmalıdır. Ona görə yazıçılara, xüsusən də özünü tapşırtmağa çalışan yazıçıya özünü tapşırtmaq işinə son qoysunlar.  Hesab edirəm ki, münsiflər kifayət qədər ədalətli və nüfuzlu insanlardır. İnanmıram ki, onlar da kiminsə tapşırığına baxsınlar.

Rus dilli əsərin Milli Kitab Mükafatında qalib olması məsələsinə gələndə deyim ki, məncə, ilk növbədə mətn dəyərləndirilməlidir. Əgər rus dilində əsər vermək şərtlərə daxildirsə, onda bu cür yanaşmaq ədalətsizdir ki, yox, bu əsər rus dilindədir, səni onluğa qəbul etməyinə qəbul etdim, amma qalib gəlmək şansın azdır. Bu cür yanaşma düzgün deyil. Hər kəs eyni dərəcədə qəbul olunmalı, oxunmalı və dəyərləndirilməlidir.

Azərbaycan dilində yazılan əsər də  Azərbaycan ədəbiyyatıdır, rus dilində yazılan ədəbi nümunələr də bizim ədəbiyyat sayılır. Hər hansı ayrı-seçkilik olmamalıdır. Ümumiyyətlə, Milli Kitab Mükafatının əsas konsepsiyası körpü rolu oynamaqdır. Azərbaycan və rus dilli ədəbiyyat, eyni zamanda gənclər və yaşlı yazarlar, müxtəlif ədəbi cərəyanlar arasında...

Bir daha qeyd edim ki, fikrimcə, Rəşad Məcid hər zaman gənc yazarların tərəfindədir, yaxınındadır... Çünki o, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibidir. Ona görə də onun mövqeyini başa düşürəm, eyni zamanda mən hesab edirəm ki, mükafatlandırmadan əvvəl bu cür bəyanatlar bir az tələskənlik idi. Çünki başqa münsiflər üçün bu bir növ təzyiq kimi qəbul oluna bilər. Ya da nüfuz təsiri kimi də anlaşıla bilər. Çünki Rəşad müəllim çox nüfuzlu bir şəxsdir. Onun sözləri kiməsə təbii ki, təsir edər.

Amma münsiflərin tərkibində olan insanlar da kifayət qədər nüfuzlu insanlardır, onların da hər birinin öz sözü, mövqeyi var. Ümid edirəm ki, bu sözlər heç kəsə də təsir etməyəcək. Yenə də bütün münsiflərə müraciət edirəm ki, vaxt gəlib çatanda bütün ballar açıqlanacaq, hələlik balları açıqlamasınlar. Ümumi söz deyə bilərlər, bu, problem deyil”. /teleqraf.com/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.