Azərbaycanda "Cib kitabı" seriyası - 2.50 AZN
28.05.13
Yeni yaradılan "Zero" Nəşriyyatının ilk iki kitabı artıq işıq üzü görüb.
Hər iki kitab "Cib kitab"ı seriyasından işıq üzü görüb.
Nəşriyyat oxuculara Frans Kafkanın hekayələrindən ibarət "İmperatorun sifarişi" və Umberto Ekonun "Esselər" kitabını təqdim edir.
Hər bir kitabın qiyməti cəmi 2.50 AZN-dir.
Kitablar artıq bu gündən Yeraltı Book Cafe-də satışdadır. Gün ərzində şəhərin digər kitab mağazalarında da satışa veriləcək.
Nəşriyyatdan verilən məlumata görə, "Cib kitabı" seriyasının nəşrində məqsəd məşhur dünya müəlliflərini aztəminatlı təbəqə üçün daha da əlçatan etməkdir. Kitabların yığcamlığı isə onları hər bir məkanda oxumaq üçün əlverişli edir. Seriyadan istedadlı və məşhur yerli müəlliflərin əsərlərinin dərci nəzərdə tutulur. /ann.az/
|