Kamal Abdullaya Bolqarıstanda mükafat verildi
24.05.13

Bolqarıstanın ilk ali təhsil ocağı, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti 2013-cü ildə özünün 125 illik yubileyini qeyd edir. 23-26 mayda Bolqarşünaslıq üzrə III Beynəlxalq konqresin keçirilməsi bu əlamətdar tarixlə bağlı baş tutan əsas tədbirlərdən biri oldu. Forum Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevin himayəsi və YUNESKO-nun dəstəyi ilə keçirilir. Forumun işində Avropa, Asiya və Amerikadan olmaqla 500-dən çox görkəmli alimlər iştirak edirlər. Bolqarşünaslıq üzrə I və II Konqreslər müvafiq olaraq, 1981 və 1986-cı illərdə keçirilmişdir. Sonralar, təxminən otuz il müddətində bu  ənənəyə ara verilmiş, xarici ölkələrdəki bolqarşünaslıq mərkəzlərinin bir hissəsinin fəaliyyəti dayandırılmışdı. Sofiya Universitetinin 125 illik yubileyi sözügedən konqresin keçirilməsi ənənəsinin bərpası üçün yeni zəmin yaradır.  Konqres təşkilatçılarının fikrincə, bu Forumun keçirilməsi dünya bolqarşünaslığının hazırkı durumunu xarakterizə edən real vəziyyəti qiymətləndirmək baxımından mühüm əhəmiyyətə malikdir. 

Sofiya Universitetinin rektoru prof. İvan İlçevin dəvəti ilə Bakı Slavyan Universitetinin rektoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü prof. Kamal Abdullayev Forumun işində iştirak etmək üçün Bolqarısanın paytaxtına gəlmişdir. 

Mayın 24-də bolqarşünaslıq üzrə III Beynəlxalq konqresin rəsmi açılışı oldu. Rəsmi mərasim çərçivəsində prof. Kamal Abdullayevə Sofiya Universitetinin ali mükafatı – «MAVİ LENT FƏXRİ NİŞANI»  (“HONORARY  BLUE  RIBBON INSIGNIA”)  təqdim edildi. Bu mükafatın verilməsi haqqında qərar həmin universitetin 2012-ci il, 19 dekabr tarixində keçirilmiş Elmi Şurasının toplantısında qəbul edilmişdir. 

Cavab nitqində prof. Kamal Abdullayev elmi fəaliyyətinə yüksək dəyər verən və Azərbaycanda bolqarşünaslığın inkişafına verdiyi töhfələri qiymətləndirən  Sofiya Universitetinin Elmi şurasına öz minnətdarlığını bildirdi. 

Səfər çərçivəsində BSU-nun rektoru prof. Kamal Abdullayev Sofiya Universitetinin rektoru prof. İ. İlçev Kliment Orxidski adına Sofiya Universitetində Azərbaycan dili Mərkəzinin yaradılması ilə bağlı Saziş imzalamışlar. 

Mərkəzin fəaliyyətə başlaması Azərbaycan dili və mədəniyyətinin Avropada təbligi və tanınması sahəsində vacib rol oynayacaqdır. Qeyd etmək lazımdır ki, BSU-nun «Xarici ölkələrdə Azərbaycanşünaslığın inkişafı» proyekti çərçivəsində Rusiya, Ukrayna və Belarusun bir sıra ali təhsil ocaqlarında yaradılmış Azərbaycan dili və mədəniyyəti mərkəzləri uğurla fəaliyyət göstərirlər. Sevindirici haldır ki, Sofiya universitetindəki Azərbaycan dili və mədəniyyəti Mərkəzi Balkanlarda yaradılmış ilk bu tipli təsisatdır. 

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.