1 roman sahibi Beynəlxalq Buker mükafatının qalibi oldu
24.05.13
Beynəlxalq Buker mükafatının qalibi amerikalı yazıçı Lidiya Devis olub.
Ədəbi müsabiqənin juriləri bu qərarı veriblər. Lidiya Devis ingilisdilli oxucular arasında hekayə yazarı kimi tanınır.
Onun bir çox əsərləri bir cümləlik miniatürlərdən ibarətdir. Devis Marsel Prustun “Svan istiqamətində” və Qustav Floberin “Madam Bovari” əsərlərini ingilis dilinə tərcümə edib. Lidiya Devisin bircə romanı var- “Tarixin sonu”. Juri deyib ki, insanlara bu yazarı tanıtmaqdan məmnundurlar.
Lidiya Devis isə qalib olacağını gözləmədiyini lakin bundan hədsiz məmnun olduğunu bildirib. /publika.az/
|