Şair İbrahim Quliyevin Kənan Hacıya yazdığı şeir
22.05.13
İçimdə sözün yeri ağrıyır yazan dostuma!
Yaramızdan söz göyərir
Nə gəzirsən, söz yolçusu Boz kövşəndə qərib-qərib. Bütün yiyəsiz dərdlərə Tanrı səni şah göndərib?
...Ah o sevda ölən deyil, Heç geri də dönən deyil, O qapı döyülən deyil Gəl gedək baş-başa verib.
Kim bu yolu düz yeridi, Əl-ayağı köz yeridi. Bu, yara yox, söz yeridi Yaramızdan söz göyərib.
|