Ayxan Ayvaz - Böyük qapalılıqdan kiçik qapalılığa
20.05.13

Gürcü yazıçısı Nodar Dumbadzenin “Ağ bayraqlar” adlı bir romanı var. Roman günahsız yerə həbsxanaya düşən adamın günahkarlarla dörd divarın arasına düşməsindən bəhs edir. Həmin qəhrəman uzun keçən sıxıcı türmə həyatından sonra anlayır ki, əslində divarlardan arxada da insanlar həbsxanadadır, ancaq bunun fərqində deyillər.


Türkiyənin baş naziri Adnan Menderesi xatırladım. O, ölümə məhkum olunmuşdu. Dörd divarın arasından yazdığı xatirələri oxuyanda onun artıq ölümə hazır olduğunu duymuşdum. Adnan Menderes Vətəni sevməyinin cəzasını çəkmiş və heç kimdən yardım ummadan ölümü qəbul etmişdi.

Dostoyevskinin “İdiot” romanında güllələnməyi gözləyən adamın keçirdiyi hisslər Adnan Menderesin xatirələrini yada salır. Artıq ölümünə beş saniyə qalan adam qəfil əfv fərmanı ilə xilas olur. Ancaq o, artıq ölümə hazırdı və həyat haqqında bütün arzularını məhv eləmişdi. Ölüm isə ondan yan qaçdı...

Fərid Hüseyn və Şəhriyar Del Gerani də eynən günahsız bir vəziyyətdə dörd divar arasına düşdülər. Əlimdə Fəridin “...qandalı görməsin” kitabı onlarsız keçən günləri xatırlayıram. Bizim artıq ümidimiz sona çatmışdı, hamımız onların qayıtmayacağını düşünürdük. Qəfil Fəridlə Şəhriyarın azad olunmaları haqda xəbərlər yayıldı və mən bir daha “İdiot”u xatırlayası oldum.

Kitabda zindan xatirələri yer alıb. Cənubda yaşayan insanların danışıq tərzi, üzlərindəki məsumluq, kiçik arzuları, sərhədli azadlıq istəkləri, illərdir qadınsız qalmaları onları bizə daha yaxın edir. Biz onları tanımırdıq, elə Fərid də onları görməmişdi. Həbs olunmağı ilə böyük qapalılıqdan kiçik qapalılığa girdi və insanları yaxından müşahidə elədi. Bu insanlar çöldəkilərdən fərqlənir: onların hər bir hərəkəti üzdədir, etdikləri günah göz qabağındadır. Burda adamlar heç birindən fərqlənmir. Hər kəs dörd divarın arasında monoton bir agəng yaradıb. Ancaq bütün bunlar bir yana, onlar bir-birindən kəskin fərqlənir. Fərid yazıçı ustalığı ilə onları müşayiət edir: həbsə düşmüş bu adamlar bir az azad nəfəs almaq üçün namaz saatını çoxaldır, bir-birinə gələcəkdə görəcəkləri işlərdən danışır, günah hisslərini dönə-dönə içlərindən keçirdərək təmizlənirlər... 

Kitabda mənə ən çox təsir edən günah hissi ilə bağlı olan xatirələrdi. Fərid və Şəhriyar günahsız yerə həbsxanaya düşüblər, ancaq onların illər öncə etdikləri günahlar var. Bax bu dar macalda, dörd divarın içində günah hissi gəlib onları əhatəsinə alır. Onlar dünyada günahsız insan olmadığını anlayırlar. Əslində insan özü ilə təkbətək qalanda günah hissi ilə qarşılaşır. Bəlkə də azadlıqda Fəridlə Şəhriyar heç bu haqda danışmamış, ya da günahlarının üstündən ötüb keçmişdilər. Ancaq dörd divar onları özləri ilə tanış edir. Tomas Eliotun dediyi kimi: “İnsan özünə bağlanmış bir həbsxanadır”. 

Nazim Hikmet ən gözəl şeirlərini həbsxanaya düşdükdən sonra yazır, Adolf Hitler “Mənim həyatım” adlı kitabını dörd divar arasında qələmə alır. Pasternak, Brodski, Soljenitsin, Necib Fazıl Kısakürek kimi yazarlar da zindanın soyuq divarları ilə qarşılaşır. Mənə elə gəlir, yaradıcı insanlar üçün dünya böyük bir həbsxanadır və onlar üçün hər yer dörd divardır. Buna görə də Fəridlə Şəhriyar zindandan əvvəl də böyük bir həbsxanada idilər. Onlar təkcə dünya boyda deyil, həm də kiçik Azərbaycan boyda bir həbsxanaya salınmışdılar. 

Bəzən istədiyin qədər azad ola bilmirsən. Bəlkə də bu həyatın qeyri-azad olmağındadır. Çünki insanın hardasa dirəndiyi bir yer, çıxış tapa bilmədiyi labirint olur. 

Fəridin “...qandalı görməsin” kitabı çox rahat oxunur, hadisələr çox real və dəqiq təsvir olunub. Mən hətta bu xatirələrin roman olmadığına da təəssüfləndim. Məncə, azadlıqda olan adamların özlərini tanımaları üçün ən gözəl kitabdır. Öz günahlarınıza tez-tez qayıtmaq üçün kitabı oxumağınızı məsləhət görüb yazını bitirirəm. /qafqainfo.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.