İsa Muğannanın  romanlarının yenilənmiş nəşrlərinin təqdimatı olıub
20.05.13

Atatürk Mərkəzində Xalq yazıçısı İsa Muğannanın  romanlarının yenilənmiş nəşrlərinin təqdimat mərasimi keçirildi. “Hədəf” Nəşrlərinin “İdeal” silsiləsindən olan bu kitablar  yazıçının da iştirakı ilə oxuculara təqdim edildi.  

Tədbiri giriş sözü ilə açan Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov İsa Muğannanı Azərbaycanın böyük mütəfəkkiri, dil və fikir ustası adlandırdı. Onun sözlərinə görə  İsa Muğannanın yaradıcılığı Azərbaycan ədəbiyyatının böyük epoxasını əhatə dir: “50 –ci illərdən başlayan bu yaradıcılıq 2012- ci illərdə də həmin keyfiyyətlə, həmin enerji ilə davam edir. Onun yazdığı əsərlər  bizim ədəbiyyatımızı, mədəniyyətimizi, düşüncəmizi zənginləşdirir. Onun bütün yaradıcılığını ilahidən, bizim çox zaman dərk etməyə çətinlik  çəkdiyimiz mənbələrdən gələn enerji əhatə edir”. 

O həmçinin qeyd etdi ki, İsa öz yaradıcılığına qiymət verməyi bacaran yazıçıdır: “Sözə yüksək qiymət verən yazıçı yazdıqlarını hər dəfə yenidən redaktə edir. Biz onu ancaq dünyanın böyük yazıçıları ilə müqayisə də bilərik”. 

Nəşr olunan kitabların redaktoru Şəmil Sadiq bildirdi ki, əsərlərin çapa hazırlanması və redaktəsi yazıçının rəsmi razılığı ilə baş tutub. Bu nəşrlər  milli-mənəvi dəyərlərimizin təbliğinə önəm verən nəşriyyatın   
oxuculara təqdim etdiyi daha bir maraqlı layihəsidir: “Həmçinin bu kitablar yazıçının 85 illiyinə, ədəbiyyatımızın təbliğinə bir töhfədir”.

Kitabların naşiri Müşfiq Xan İsa Muğannanın digər əsərlərinin  də yaxın vaxtlarda oxuculara təqdim ediləcəyini qeyd etdi: ““İdeal”, “Məşhər”, İsahəq, Musahəq”, “Qəbiristan”, “GurÜn” və “Cəhənnəm” əsərləri yaşlı və orta nəslə yaxşı tanışdır. Gənc nəslin bu kitabları mütaliə etməsi üçün biz onları  yeni formada, nəfis tərtibatda çap etdik.  Tezliklə yazıçının digər əsərləri də nəşr olunacaq. Bu siyahıya onun hələ işıq üzü görməyən “Həyatımdan səhifələr”, “Qırx kisə qızıl”, “Söz yarası”, “İlan dərəsi və ya Peyğəmbərin taleyi” adlı əsərləri daxildir”. 
 
Əsərlərində həyat eşqinin yüksək olduğunu bildirən Xalq yazıçısı Zəlimxan Yaqub “İsa Muğanna Azərbaycan dövlətini, millətini, obasını çox yaxşı tanıyır” deyə əlavə etdi.  “Nə yaxşı o 85 yaşında da yazıb, yaradır. İsa təkcə “İdeal” yaxud “Məşhər”i yazsaydı belə yenə də  Azərbaycan ədəbiyyatında əbədi yaşayardı”.   
 
Tədbirin sonunda çıxış edən İsa Muğanna ona və yaradıcılığına göstərdikləri diqqətə görə “Hədəf” Nəşrlərinə, qələm dostlarına, oxuculara təşəkkür etdi. /publika.az/

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.