Çingiz Aytmatovun "Qiyamət"i çap edildi
17.05.13
Danya şöhrətli qazax yazıçısı Çingiz Aytmatovun "Qiyamət" romanı "Qanun" nəşriyyatı tərəfindən Azərbaycan dilində çap edilib.
Çingiz Aytmatov qəhrəmanlarının hər biri öz qəlbində Təbiətin bir parçasını yaşatmağa məhkumdur. Ədib «Qiyamət» adlı romanında daha irəli gedir və öz oxucusunu inandırır ki, Yer üzünün harasında olur olsun, bəşər övladının başına gələn bəlaların əsas səbəbi – elə insanın özü olmaqla yanaşı, onun Təbiətdən qoparılmağı, öz xoşuna, ya zor gücünə Təbiətdən ayrı düşməyidir…
Təbiətdə cansız heç nə yoxdur. Otu-ağacı, daşı-torpağı, çeşməsi-çayı – bu gen-geniş göylərin altında Allah-taalanın nəfəs verdiyi hər şey öz ömrünü yaşamaqdadır. Təbiətdəki mizan-tərəzi pozulandasa faciələr ayaq tutub yeriyir…
Romandakı canavarlar – Ağbərə ilə Daşçeynər, həmçinin ər-arvad Bostonla Gülümkan da – yazıçının gözündə eynidir. Hər iki ailə ruzu dalınca qaçaqovda, hər ikisinin köksündə çalın-çarpaz bala dağı, yurd həsrəti, övlad qubarı… hər ikisinin dalınca da şər qarabaqara gəzir…
Ç.Aytmatovun demək istədiyi bir şey də var: hansı dində olur olsun, insanın inancı elə bir baxım Təbiətdən süzülüb gəlir. İmanlı olmaq hər şeydən əvvəl Allah-taalanın Yer üzündə yaratdıqlarına – ağacına, otuna-çiçəyinə, dağına-daşına, torpağına-suyuna iman gətirmək, Tanrının nəfəs verdiyi hər şeyə baxıb sevinmək, şükürlər etməkdir.
Ruscadan tərcümə:Vaqif Əlixanlı, qiyməti 7 AZN-dir.
|