Qismət - Balansı gözləmək və ya əsəblərimizə elegiya
13.05.13

Yuxusuzlara və suyu çaydanın lüləsindən içənlərə ithaf olunur.
 
Rüneskenin sözüdür : "Sizin planlarınız var, mənimsə əsəblərim." Ədalət tərəzisinin gözü rəqqasəlik edəndə, əsəb ağacı gül-çiçək açır. Bizim ölkədə yəqin ki, çoxunuzun əsəb gülüstanı var, sizi bilmirəm, şəxsən məndə belədir. Kədərli orasıdır ki, get-gedə əsəblə yaşamağa da öyrəşirik və zaman keçdikcə elə bilirik ki, elə belə də olmalıdır. Neynək, olsun.
 
Mühit, xüsusən bizim sənət mühiti qəribə qaydalar icad etməkdə pərgardı. Məsələn, neçə illərdi müşahidə edirəm ki, bizdə yazılmamış bir qanun var: balans siyasəti. Bu balans siyasətinin kobud, qaba izahı belədir : fil boyda haqsızlıq edib, qarışqa boyda ədalətli iş tutmaq. Sizə deyim ki, bununla fəxr etmək çoxdan qanımıza hopub. Balans yaratmaq cəhdi özünüaldatmanın ən estetik formasıdı.Balans bizdən çox şey istəyir.
 
Balans istəyir ki, hamımız buqələmun olaq, dayandığımız yerin rənginə bürünək.
 
Balans deyir ki, balansı gözlə, balansın dolsun.
 
Balans başımıza tumar çəkir ki, mən sənin qiymətini bilirəm, darıxma, səni gələcək nəsillər qiymətləndirəcək.
 
Balans qəzəblənəndə deyir ki, çox atdanıb-düşmə, minnətin olsun ki, səni adam yerinə qoyuruq.
 
Balansın ürəyi yumşaqdı ; o mükafat verirsə, iki yerə bölür, sertifikat verirsə, əlli-altmış yerə.
 
Balansın əsəbləri hamımızın əsəblərindən əzizdir, buna görə də o problemdən danışmağı sevmir.
 
Balans ürəyiaçıqlıq göstərmək üçün özgələrə daha çox kömək edir, yanındakılar isə zatən yanındadır deyə vecinə də almır.
 
Balans arada adamın cibinə pul basır, qonaqlıq verir, tərifləyir, maaşını 50 manat artıq yazır.
 
Balans  çox inanclıdır ; özünə sərf edəndə, özəl marağı olanda,  çox səmimi şəkildə istedadsızın istedadlı olmasına inanır.
 
Balans dil pəhləvanıdır ; o bir cümlənin içində adamı həm təhqir edir, həm də könlünü alır.
 
Balans  çox əminliklə inanır ki, o yenilikçidir.
 
Balans həm də tez-tez deyir ki, yaxşı hər şey o vaxtlarda qaldı.
 
Balans  qohumcanlıdır ; bütün qohumlarını - qızını, oğlunu, əmisioğlunu, xalası uşağını, dayısı nəvəsini, bibisinin ərini, yeznəsini, qaynını hamını işə götürür.
 
Balans səyahətsevərdi ; Parisə özü gedir, Başqırdıstana işçilərini göndərir.
 
Balans düşünür ki, o həmişə yaxşıdır ; inciyir ki, niyə məndən inciyirlər ?
 
Balans şübhəçidir ; onun fikrincə hamını öyrədən var.
 
Balans  şeşələnəndə deyir ki, hər şeydən xəbərim var.
 
Balansın günahkar olanda deyir ki, bütün olanlara məəttəl qalmışam.
 
Balans şeirsevərdi ; 11 hecalı, çarpaz qafiyəli, kvadrat şeirləri çox sevir.
 
Balans nəsr aşiqidir; maqazin jurnallarının dili ilə yazılan, səthi, hər şeyi üzdə olan, birbaşa nəsr əsərlərini yüksək qiymətləndirir.
 
Balans kinosevərdi ; eşqbazlıqdan bəhs edən, ağlamalı sevgi filmlərindən ötrü sinov gedir.
 
Balans ədəbiyyatşünasdı ; fal kitablarını ədəbiyyata tətbiq etməyi çox sevir.
 
Balans ektrasensdir ; hər şeydə ruh axtarır.
 
Balans  bir nəfər deyil, balans çoxluqdur.
 
***
 
Dilində həmişə konservləşdirilmiş şüarları, teatral qəhqəhəsi olan adamlar müdirimiz, qonşumuz, tanışımız, hətta yaxın  qohumumuz belə olsa, onlardan aralı gəzmək fərzdir. Əsəblərin pəncərəsinə barmaqlıq, ürəyə anti-virus lazımdır ; dünyadakı qiymətli yeganə şeyi - İçimizi - bacarıb mümkün qədər qorumaq üçün. /kulis.az/  

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.