Narıngül - Nəhəng adam
13.05.13

Esse

Kimin növbəsidir?

Səs uzaq məchulluqdan, sonu görünməyən boş­luq­dan gəlir. Key-key irəliyə boylanıram. Gözləri qa­yır-qayır qaynayan, güclü və özünə inamlı görü­nən, qıvrım saçlı, qarayanız kişi üzümə gülümsünür. Təbəssümü o qə­dər də­rin və anlaşılmazdır ki, məni vahimə bürü­yür. O, bö­yük insan kütləsi içərisindən yalnız məni seçir, sanki güclü bir maq­nit dalğası onun bütün diqqətini uzun növbənin sonu­nu gözləməkdən şil-küt olmuş, yorğun adam­la­rın çiyni üzərindən mə­nə tərəf yönəldir.  Bunu gözləmirəm, qeyri-ix­tiyari başımı qaldırıb gözlərinin içinə baxıram. Mənə tamamilə yad olan bu kişinin  dibi gö­rün­məyən məchul göz­lə­rində ani olaraq özümü seyr edirəm. Bu mənəm: üz -gözündən yor­ğunluq və çaşqınlıq  yağan, solğun bə­niz­li, uzun qara saçları pəri­şan şəkildə çiynlərinə tökül­müş, zərif gör­kəmli qadın.  Nə isə mızıldanıram və adi qadın instinkti ilə anlayıram ki, bu adam məndən əl çək­məyəcək. O, məni üşəndirir, təsirdən qurtulmağa çalışıram.

Gözlərimi divardan asılmış, bəlkə də çoxdan yaddan çıxıb qalmış və daha heç kimə gərək olmayan, insanları texniki təhlükəsizlik qaydalarına riayət etməyə çağı­ran köhnə plakata zilləyirəm

Bu anda mən göydən asılmışam. Keçib gəldiyim yollar yenidən qayıtmaq üçün yaramır. Ortada o qə­dər xoşagəlməz şeylər var ki... Elə şeylər ki, onları yoluna qoymaq üçün böyük bir zaman, uzun bir təkamül yolu gərəkdir. Gözlərimi yumub ruhumun harda qərar tutduğunu, ağlımın, hisslərimin hansı isti­qamətə hərəkət etdiyini dərk etməyə çalışıram. Ən əsası isə, mən ümidimi itirmişəm. Həyat ümid və istəklərdən başqa bir şey deyilmiş.

Növbədəki adamlar tamamilə laqeyddirlər, mürgülü gözləriylə bir nöqtəni qaralayıblar, növbədə dayanandan daha çox keşik çəkənə bənzəyirlər.

Gözləməyə dəyməz çətin ki, sənə növbə çata.

Səs bu dəfə lap yaxından gəlir. Onun varlığını bir addımlıqda hiss edirəm, bir qədər vahi­mə­lənirəm. Mənə elə gəlir ki, gözlərinin dərin­liyində hiy­ləgərlik gizlənib bu adamın. Bəlkə də elə deyil, sadəcə mən belə hiss edirəm. Qürurunu, hökm sahibi oldu­ğu­nu məharətlə ört-basdır etməyə çalışan ada­ma oxşayır. De­məli, səhvlərini dərk etmədən özünə bəraət verən adam­lardandır, belə adamlar, adətən, kənardakı adam­­ları özlərinə tabe etməyi xoşlayırlar.

Hər şey cə­hən­nəmə, axı nə istəyir bu, məndən?

Özümü qətiyyətlə inandırmağa çalışıram ki, onun mənə heç bir dəxli yoxdur. “Qoy gedib öz işləri ilə məşğul olsun”. Uzun saçlarımı laqeyd­cəsinə əl barmaqlarımın ucuyla darayıram. Üzü­mə etinasız ifadə verib gözlərimi qarşıdakı adamın dabanlarına zilləyirəm, o da eyni qaydada özündən irəlidəki adamın ayaqlarının altını gözləriylə nişan alıb.Yorulmadan beynimi qurda­la­yır, reallıq axtarıram. Keçmişə boylandıq­ca hə­ya­tımın səhvlər üzərində qurulması mənim son qəna­ətim olur. Mən indimi keçmişimin üzərində qur­ma­ğa, keç­mişimlə ayarlamağa çalışıram, indimə ge­ci­kirəm. Daha doğrusu, zamanla problemim var, indi­mə sahib çıxa bilmirəm. Amma insanlar belə deyillər. İnsanlar məndən fərqli olaraq, yaxşı şey­lərin dəyərini bilir­, qiymətli olanları seçirlər.  

Üzümə güclü qasırğa küləyinin  xəfif dalğası  toxunur.

Mən sənə kömək edərəm. Mənsiz heç nə edə bimə­yəcəksən, gücün çatmayacaq. Zaman səni sürükləyir. Zamanı sındırmaq gərəkdir.

O, məni özümdən çıxardır, eyni zamanda hiss et­dir­mədən sırf qadın xislətimlə onu izləməyə baş­la­yıram. Mühafizəkarlığım və qorxaqlığım bir qədər də maraqla əvəz olunur. Uzaqdan səs eşi­dirəm. Bəl­kə də, beynimin, yaxud ürəyimin hansısa qatından gə­lən intuitiv səsdir: “Bu nəhəng adamdır, ondan qorx­ma. Bu indiki zamandır, indiki zaman həm də şans zamanıdır. Şans zamanı... O, sənə kömək edəcək”- Var gücümlə səsə tabe olma­ma­ğa çalı­şıram. Hisslərim bütün vücudum boyu etirazla geriyə dartınır. Səs elə hey üyüdüb tökür: - “Onun əlləri böyükdür, vahi­məlidir, am­ma sığı­nacaqdır, müdafiə yeridir. Sən onun əllə­rin­dən tut­malısan, göylərdən asılmış ruhunu xilas et­mək üçün, fırtınalı dənizlərin dibin­də boğulmamaq üçün”.

Gücümü toplayıb səsdən xilas olmağa çalışıram.

O, gözlərini mənim üzümə zilləyib, elə bil orada çoxdan axtardığı hansısa qiymətli bir it­ki­sini tapmağa çalışır. Hiss edirəm ki, məni ra­hat­lıq­la oxuyur, çünki mən də onu oxumağı bacarıram.

Nəhəng adam bir addım da irəli gəlir, mərhəmətlə gülümsünür. Təbəssümündə rinqdə qalib gəlmiş adamın lovğalığı var. Eqoist və tədbirli adama oxşayır. Bəlkə də, məq­sədinə çatmasa ölə bilər...

Adam ürəyindən keçənləri gözləri ilə diqtə edir: - “Mən reallıqdan gəlmişəm, sənin baş vura bilmədiyin yerlərdən. Mən işıqda baş verən­ləri yaxşı dərk edirəm. Səninlə di­varın o biri üzündəki adamlar arasında əlaqə yarada­caq, səni işığa aparacağam. Sən da onlar kimi olaca­qsan. Özünə güvənəcək, həyatda real olanları axta­racaqsan. Sənə ehtiyacım var”. Heç bir düşüncəyə, sorğu-suala yol vermədən inanıram. Bəzən nəhəng adamların da kiçik adamlara ehtiyacı olur, nəhənglər də kiçik ola bil­­məməyin əzabını çə­kirlər. Bu an mənim çarə­siz­liyim onun xoşbəxt­liyi­,  məğlubiyyətim onun qələbəsi­dir. Bu hə­yat dialektikasıdır, me­ta­fizi­ka­nın inkişaf qanu­nu­dur.

O, bir söz demədən və gözlərini üzümdən çək­mə­­dən, qalib addımlarla mənə yaxınlaşır, əlini mənə uza­­dır. Əlləri böyük və sehrlidir.

Mən bu an aciz və xoşbəxtəm. Dayanmadan  hisslərimlə onu ölçü­rəm. O, mənim hisslərimlə bir boydadır və bun­dan artığını düşünmək istəmirəm. Dalğa-dalğa artan həyəcan və qorxunun içərisindən  sivrilib çıxan intuitiv səs məni ona doğru sürükləyir.

Gözlərimi qarşıdakı çəpgöz pəncərəli binaya  zillə­mişəm. Zaman irəliyə doğru dartınır. Mən daha za­mandan yapışmalıyam. Yorulub usan­madan irə­liyə doğru getməliyəm. Ruhumun hərə­kətini izlə­yirəm. Boğulmaqda olan ruhum sonuncu dəfə öz inad­karlığını edir, ağlıma təslim olurBu zaman güclü ira­dəm mənə ma­ne olmağa çalışır. Mənim iradəm, həm də inad­kar­lığımdır, ağlıma itayətsizliyimdir. An­caq sonucda o da dəfedilməz deyil, məğlub olan­dır.

Əllərimi ona uzadıram. Əllərim onun əllərinin için­­də görünməz olur, nəhəng adamın üzü işıqlanır, əl­lə­ri sıxılır.

O, məni uzun və sonu görünməyən insan növ­bə­sin­­dən kənara çıxardır. Biz hay-küylü, uzun və so­nu görünməyən yola çıxırıq.

Bayırda hava çox gözəldir. Dünyanın sakit və xə­­tər­siz, günəşli, mərhəmətli bir günüdür. Havadan zərif yasə­mən ətri gəlir.

Ürəyimin döyüntüsünü eşidirəm. Ürəyimin dö­yün­­tüsü addım səslərimə qarışaraq irəlidə uzanan küçəyə yayılır. Mən gə­lə­­cə­yə gedirəm, məchulluğu dəf edəcəyəm. Bu mə­nim bey­n­imin çoxsaylı qatlarının, düşüncəmin və id­ra­kı­mın ənginliklərinin mənə təlqin etdiyi naməlum yoldur. Mə­nim başqa yolum yoxdur. Bu yolda qorxu, hə­yə­can, səhv etmə ehtimalı var. Amma bu, həyat yo­lu­, diri­lik yoludur. Həyatda hər şey mümkündür.

Yolboyu məchullluqdan gələn səs qulağıma pıçıldayır: “Qorxma bu, o adamdır. İndindən qorxma, yoxsa, keçmişin ol­ma­ya­­caq”.

Başımı qaldırıb göyün üzünə baxıram. Göyün or­ta­­sında günəş mərhəmətlə gülümsünür. Yanağım aşa­­ğı yuvarlanan bir damla göz yaşını barmaqlarımın ucuy­­la silərək gülümsünürəm.

Havadan gələn xəfif  yasəmən ətri bir qədər sonra burulub səmtini itirən küçə ilə bərabər yoxa çıxır.


Avanqard.net

Yenililklər
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
29.09.23
Bakıda “Türkiyə-Azərbaycan Qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi açılacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.