Aydın Dadaşovun yeni kitabları çap olundu

09.05.13

Mədəniyyət və Turizm Nazirliyi əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, fəlsəfə elmləri doktoru., professor Aydın Dadaşovun, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa məsləhət görülən “Müasir Azərbaycan dramaturgiyası” monoqrafiyasını “Elm və Təhsil” nəşriyyatında çap etdirmişdir.

Kitabın elmi redaktoru mərhum akademikimiz Bəkir Nəbiyev, rəyçiləri f.e.d., professor Nizaməddin Şəmsizadə, fəlsəfə elmləri doktoru.,, professor Həsən Quliyevdir.

Monoqrafiyada müstəqillik dövründə ərsəyə gəlmiş və əsasən tamaşaya qoyulmuş pyeslər struktur, üslub və janr istiqamətində sistemləşdirilərək nəzəri baxımdan tədqiqata cəlb olunub. Kitab mütəxəssislərlə, tələbələrlə, teatrsevərlərlə yanaşı, teatr rejissorlarımız üçün təhlilə cəlb olunan əsərlərin gələcək səhnə yozumunda da dəyərli elmi mənbə sayıla bilər.


Aydın Dadaşovun həmçinin "İran kinosunun inkişaf təmayülləri" kitabı da çap olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun elmi şurasının qərarı ilə “İran kinosunun inkişaf təmayülləri” monoqrafiyası nəşr olunmuşdur.

Monoqrafiyanın müəllifi Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Aydın Dadaşovdur.

“Elm” nəşriyyatında çapdan çıxmış monoqrafiyada İranın ekran sənətinin formalaş­ma­sına təkan verən tarixi hadisələr dini-ideoloji amillər fonunda ölkənin neorealizm, “Yeni dalğa” cərəyan­la­rı­nın ustad kino sənətkarları ilə yanaşı, çağdaş nəsil və qadın rejissorlarının da filmləri mövzu, struktur, üslub, janr kontekstində xronoloji ardıcıllıqla təhlil olun­­­­muşdur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq kafedrasının müdiri Aydın Dadaşov, həmçinin “Dramaturgiya”, “Ekran dramaturgiyası”, “Ssenari yaradıcılığı” dərsliklərinin, “İslam və demokratiya”, “KİV-də reklam və marketinq problemləri”, “Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində” monoqrafiyalarının müəllifidir.

https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=4d6b9aa274&view=att&th=13e878e8c9747718&attid=0.2&disp=inline&safe=1&zw&saduie=AG9B_P83Dlo3I-_9vWz7iB_o1p5t&sadet=1368079762682&sads=lAi-uN2w15JRomItKSdqfTeFs7k

https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=4d6b9aa274&view=att&th=13e878e8c9747718&attid=0.1&disp=inline&safe=1&zw&saduie=AG9B_P83Dlo3I-_9vWz7iB_o1p5t&sadet=1368079826249&sads=eniDD53hXT0PH0Rf-EN0eIpjRAY

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.