"Qızıl Kəlmə" sahiblərinə mükafatlar təqdim edilib
08.05.13

M.F.Axundov adına Milli Kitabxanada «Qızıl Kəlmə» ədəbi mükafatının təqdimetmə mərasimi keçirilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mükafatın yaranması tarixindən danışıb: «Bir neçə il əvvəl nazirlikdə qərara gəldik ki, xüsusi bir mükafat təsis edək. Ayrı-seçkiliyə yol vermədik, bu mükafata təhsil ocaqları, nəşriyyatlar, redaksiyalar ayrı-ayrı nominasiyalarda namizədlərini təqdim edə bilərlər. Bu dairə getdikcə genişləndi, mükafatı iki ildən bir, məhz ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində təqdim etməyi məntiqli hesab etdik. Heydər Əliyev həmişə ədəbiyyat adamlarını dəstəkləyib, onları yüksək dəyərləndirib. O, həmişə çalışırdı ki, Azərbaycan yazıçılarının və şairlərinin əsərləri xalqımız tərəfindən qəbul olunsun, millətin mənəviyyatına müsbət təsir göstərsin, son nəticədə xalqımızı daha yüksək zirvələrə qaldırsın. Artıq üçüncü təqdimatının keçirilməsi də sübut edir ki, «Qızıl Kəlmə» mükafatının yaşamağa haqqı var. Burada əsas mahiyyət ondan ibarətdir ki, təkcə Azərbaycan ədəbi mühitində yox, dünya ədəbi mühitində gedən proseslər də qiymətləndirilsin.  Buna görə də bu mükafatda tərcümə nominasiyası da mövcuddur. Düşünürəm ki, bu, çox geniş imkanlar açır. Bu nominasiyaların sırasında bir nominasiya da var ki, dövlətin və Ulu Öndərin həmişə apardığı siyasətlə çox yaxşı uzlaşır. Bu nominasiya «Şans» adlandırılıb. Bu «Şans» yeni nəsilə, gənc ədiblərə yeni üfüqlər açır, onlara stimul verir ki, yaratdığı əsərin  qiymətləndirildiyinin şahidi olsun.  Bir sözlə, «Qızıl Kəlmə»nin təsis olunması Azərbaycanda həm nəsrin, həm poeziyanın, həm tərcümənin, həm də ədəbi tənqidin inkişafına yönəlmiş bir addım idi».

Nazir Azərbaycanda nəşriyyat işinin, kitab təbliğatının son dövrlərdə geniş  vüsət almasından da söz açıb: «İldən-ilə bizim kitablarımız xaricdə keçirilən kitab sərgilərində, yarmarkalarında daha artıq təmsil olunur. Ən gözəli odur ki, Azərbaycan nəşriyyatı tərəfindən buraxılan nəfis kitablar müxtəlif mükafatlara layiq görülür. Biz bu il Bakıda artıq üçüncü dəfə beynəlxalq kitab sərgisi keçirməyi planlaşdırırıq. Bilirsiniz ki, iki ildən bir keçirilən bu sərgi ilk dəfə Bakının islam ölkələrinin paytaxtı seçilməsi münasibətilə keçirilmişdi. Keçən dəfə -2011-ci ildə isə artıq 30-va qədər ölkə sərgidə iştirak elədi. Demək olar ki, Azərbaycanda poliqrafiya və nəşriyyat işi ilə məşğul olan elə bir təşkilat qalmadı ki, bu sərgiyə qatılmasın. Doğrudan da bu, sözün əsl mənasında böyük bayrama çevrildi. Tədricən kitabın, ədəbiyyatın yeri cəmiyyətdə dəyişir. Onun müxtəlif yeni daşıyıcılara çevrilməsi, müasir texnologiya vasitələri ilə oxucularını tapması prosesləri getməkdədir. Bu gün ədəbi prosesimiz də sözsüz ki, buna uyğunlaşmalıdır. Belə mükafataların təsis edilməsi, müxtəlif kitab sərgilərinin, fuarların, kitab bayramlarının təşkili çox vacibdir. Çünki bunsuz kitab oxucularına yetişməyəcək. Baxmayaraq ki, bu gün dünyada kitabın oxucusunun sayının azlığı tendensiyasını müzakirə edirlər, kitab öz-özlüyündə heç vaxt ölməyəcək. Düşünürəm ki, kitab Azərbaycan cəmiyyətində həmişə özünəməxsus hörmətli yerdə olacaq. Biz hamımız bunun daha da möhkəmləndirilməsi üçün var qüvvə ilə çalışmalıyıq və inanıram ki, bu gün nominantların və laureatların sırasında olan bizim ədiblər gələcəkdə bu sahədə əsərləri ilə qətiyyətli sözlərini deyəcəklər».

Mədəniyyət və  turizm nazirliyinin sektorun müdiri Çingiz Əlioğlu nominasiyalar üzrə qalib gəlmiş əsərlər və onların müəllifləri  haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Sonra Ç. Əlioğlu mükafatçıları ödüllərini almaq üçün tribunaya dəvət edib: «Nəsr nominasiyasında komissiya üzvləri mükafatı «Ölüm mələyi» əsərinin müəllifi, illərdir bizim nəsrimizdə qələm çalan tanınmış yazıçı Mustafa Çəmənliyə vermək qərarına gəlib».

Mustafa Çəmənli: «Bəlkə də kitab yazmaq asandır, kitabın belə qiymətləndirilməsi isə hər saat baş verən hadisə deyil. Çəkdiyim zəhmətin nazirlik tərəfindən belə yüksək qiymətləndirilməsinə görə minnətdarlığımı bildirirəm».

Çingiz Əlioğlu: «Nəsr nominasiyasında ikinci laureatımız Pərvin ədəbiyyata gəldiyi ilk gündən öz sənət uğurları ilə həmkarlarının diqqətini çəkib. Qürurla qeyd edirəm ki, Gənc Ədiblər Məktəbinin yetirməsi olan Pərvin «Qar yağacaq» kitabına görə mükafatlandırılır».

Pərvin: "Qazandığım uğurlara və yeni mükafata görə Mədəniyyət və Turizm Nazirliyinə, münsiflər heyətinə, Yazıçılar Birliyinə, "Təhsil" nəşriyyatına, «525-ci qəzet»ə minnətdaram. Bir il öncə kitabımın təqdimat mərasimində xalq yazıçısı Anar demişdi ki, bu təqdimatda deyilən sözlər bir avansdır, arxayınlaşma. Düz bir ildir ki, mən o avansı ödəməklə məşğulam. Bu gün artıq yenicə dincəlmək istəyirdim ki, növbəti avans gəldi. Söz verirəm ki, mənə inanan hər kəsin etimadını doğruldacağam və sabah dünənkindən daha yaxşı yazmağa çalışacağam».

«Poeziya" nominasiyasında mükafata «Yurd yerim-dərd yerim» kitabına görə mükafat alan şair Adil Cəmil deyib: «Özümü xoşbəxt hiss edirəm. Çünki Mədəniyyət və Turizm Nazirliyinin obyektivliyinin şəxsən şahidi oldum. Bu mükafatın mənim üçün böyük mənəvi dəyəri var».

Çingiz Əlioğlu növbəti mükafatçını bu cür təqdim edib: «Heç kimə sirr deyil ki, şair dostumuz Elçin İsgəndərzadə ən azı Şərq ölkələrində elə bir mükafat qalmayıb ki, onu almamış olsun. «Qızıl Kəlmə»yə isə «Qürbət hücrəsində» kitabına görə layiq görülüb».

Elçin İsgəndərzadə:  «Müqəddəs məmləkətimizin ən ali mükafatlarından olan «Qızıl Kəlmə»yə layiq görüldüyümə görə ilk öncə ölkəmizin memarı, qurucusu olan Ulu Öndər Heydər Əliyev siyasətinə minnətdaram. Bu siyasətin ən ümdə vəzifəsindən biri ədəbiyyat, sənət adamlarına diqqətdir. Çox şükürlər olsun ki, bu diqqət və qayğı bu gün də ali səviyyədə icra edilir».

Çingiz Əlioğlu: «Yəqin ki, bunu deməklə mübaliğəyə yol vermiş olmaram ki, bugünkü  ədəbi fikrimizin ən görkəmli simalarından biri də qələm dostumuz, «Sözü işığa danışdım» kitabına görə mükafatlandırılan Rüstəm Kamaldır».

Rüstəm Kamal: «Fikrimcə, Azərbaycan ədəbiyyatının coğrafiyası böyüdükcə, onun fiziki coğrafiyası da böyüyəcək, genişlənəcək. Xüsusi olaraq bu gün Vaqif Bəhmənliyə və Çingiz Əlioğluya öz məhəbbətimi və sayğımı bildirirəm».

Çingiz Əlioğlu: «Hərdən mənə elə gəlir ki, Əsəd Cahangirin qarşısını alan olmasa, respublikada almadığı mükafat qoymayacaq. Əsəd Cahangir doğrudan da son dərəcə işlək, sanballı qələm sahibidir. Onun «Kim yatmış, kim oyaq» kitabı da bunun sübutudur»

Əsəd Cahangir: «Mən«Qızıl Kəlmə» mükafatını Nobel mükafatından üstün sayıram. «Qızıl Kəlmə» mükafatı ilə məhz dövlətimin və millətimin mükafatı kimi fəxr edirəm».

Çingiz Əlioğlu: «Şans» nominasiyası üzrə mükafat gənc şair Qismətə onun «Meqapolis hüznləri» kitabına görə təqdim edilir. Məncə, bu nominasiya gənc qələm sahibləri üçün çox möhtəşəm bir tramplin sayıla bilər».

Qismət: «Gələcəkdə  başqa mükafatlara da layiq görüləcəyimizə ümid edirəm».

Çingiz Əlioğlu: «Şans» nominasiyasında ikinci mükafat gənc ədəbi fikrimizin çox istedadlı hesab etdiyim nümayəndəsinə -Elnarə Akimovaya «Yeni təfəkkür və ədəbi tənqid» kitabına görə verilir».

Elnarə Akimova: «Belə mükafatlarla gənclərə dövlət səviyyəsində  yaşıl işıq yandırılması çox xoşdur».

Çingiz Əlioğlu: «Elxan Zal Qaraxanlı və Akif Əhmədgil böyük qazax şairi Oljas Süleymenovun «Kuman nəğməsi» kitabının tərcüməsinə görə mükafatlandırılıblar».

Sonda mərasimi yekunlaşdıran nazir Əbülfəs Qarayev mükafatın ideya müəllifləri olan Vaqif Bəhmənlinin və Çingiz Əlioğlunun təşəbbüslərini təqdir edib: «Yaxşı fikir, dəyərli ideya həmişə qiymətləndirilir. Əminəm ki, belə ideyaların gerçəkləşməsi ilə Azərbaycan ədəbi mühiti daha da inkişaf edəcək». /525.az/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.